...

Mübariz Qurbanlı: Azərbaycan dinlərarası dialoqa, İslam həmrəyliyinə töhfə baxımından unikal ölkədir

Siyasət Materials 27 Dekabr 2017 11:21 (UTC +04:00)
Azərbaycan dinlərarası dialoqa, İslam həmrəyliyinə böyük töhfə baxımından unikal ölkədir.
Mübariz Qurbanlı: Azərbaycan dinlərarası dialoqa, İslam həmrəyliyinə töhfə baxımından unikal ölkədir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan dinlərarası dialoqa, İslam həmrəyliyinə böyük töhfə baxımından unikal ölkədir.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı “Söz azadlığı və dini icmalar” mövzusunda konfransda deyib.

M.Qurbanlı qeyd edib ki, bu gün dünyada dindən sui-istifadə halları müşahidə olunur: "Dindən sui-istifadə edərək dünyanın ayrı-ayrı regionlarında radikal qruplar yaratmaqla faciələrə gətirib çıxaran hadisələr törədilir".

O bildirib ki, bu cür hadisələrin qarşısını almaq üçün dinlərarası dialoqa, İslam dünyasının daxilində həmrəyliyə böyük ehtiyac var: "Azərbaycan bu baxımdan nümunəvi ölkədir. Ölkəmizdə dövlət-din modeli mövcuddur".

Komitə sədri əlavə edib ki, Azərbaycan dinlərarası dialoqa, İslam həmrəyliyinə böyük töhfə verməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti