...

Əli Həsənov: Azərbaycan xalqına dövlətçiliyin ən yaxşı dəyərlərini yenidən təlqin etməliyik

Siyasət Materials 30 Yanvar 2018 12:17 (UTC +04:00)
Azərbaycan xalqına dövlətçiliyin ən yaxşı dəyərlərini yenidən təlqin etməliyik.
Əli Həsənov: Azərbaycan xalqına dövlətçiliyin ən yaxşı dəyərlərini yenidən təlqin etməliyik

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan xalqına dövlətçiliyin ən yaxşı dəyərlərini yenidən təlqin etməliyik.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov KİV əməkdaşlarına mənzillərin açarlarının təqdimatı mərasimində deyib.

Ə.Həsənov bu il Azərbaycan dövlətçiliyi ili olduğunu vurğulayıb: "Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etdi. Media da dövlətçilik ənənələrini formalaşdıran əsas institutlardan biridir. Bu ənənəni möhkəmləndirməli, inkişaf etdirməliyik".

Prezident köməkçisi qeyd edib ki, Azərbaycan xalqının yaddaşında, Azərbaycan xalqının qəlbində keçmişdə mövcud olmuş dövlətçilik ənənələrini cücərtmək lazımdır:

"Xalqa dövlətçiliyin ən yaxşı dəyərlərini yenidən təlqin etməliyik və qarşıdakı dövrdə dövlətin bu istiqamətdə addımlarına qoşulmalıyıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti