...

Deputat: Azərbaycan torpaqlarının işğalı ilə bağlı qanun layihəsi hazırlanmalıdır

Siyasət Materials 1 Fevral 2018 13:43 (UTC +04:00)
Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qanun layihəsi hazırlanmalıdır.
Deputat: Azərbaycan torpaqlarının işğalı ilə bağlı qanun layihəsi hazırlanmalıdır

Bakı. Elçin Mehdiyev - Trend:

Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə bağlı qanun layihəsi hazırlanmalıdır.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin yaz sessiyasında deputat Rövşən Rzayev çıxış edib.

R.Rzayev ermənilərin Strasburqda AŞ PA-nın qış sessiyası çərçivəsində Dağlıq Qarabağın işğalının 30 illiyini “Demokratik Dağlıq Qarabağ hərəkatı” adı ilə təqdim etdiyini diqqətə çatdırıb.

Millət vəkili bunu Azərbaycana qarşı ikili standartlar kimi qiymətləndirib. O təklif edib ki, bu məsələ ilə bağlı ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrə ayrı-ayrılıqda müraciət edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti