...

Alfano: ATƏT müşahidəçilərinin artırılması Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirə bilər (YENİLƏNİB)

Siyasət Materials 1 Fevral 2018 14:34 (UTC +04:00)

Bakı. Trend:

ATƏT həlli uzanmış münaqişələrin nizamlanması üçün istənilən şəraitin yaradılmasına kömək etmək niyyətindədir.

Trend-in məlumatına görə, bunu İtaliyanın xarici işlər naziri Ancelino Alfano rusiyalı həmkarı Sergey Lavrov ilə birgə mətbuat konfransında deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə italiyalı həmkarı Ancelino Alfano ilə birgə mətbuat konfransında bildirib ki, ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birgə aktiv fəaliyyətini davam etdirəcək.

A.Alfano qeyd edib ki, Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində ATƏT müşahidəçilərinin sayının artırılması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirə bilər.

O əlavə edib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin işinə tam dəstək göstərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti