...

MSK növbədənkənar prezident seçkilərini müzakirə edəcək

Siyasət Materials 5 Fevral 2018 17:06 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

Trend-in məlumatına görə, iclasda növbədənkənar prezident seçkiləri ilə bağlı məsələ müzakirə ediləcək və müvafiq qərarlar veriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti