Futbol üzrə dünya çempionatının Kubokunun əsli Prezident İlham Əliyevə təqdim edilib (FOTO) (YENİLƏNİB)

Futbol üzrə dünya çempionatının Kubokunun əsli Prezident İlham Əliyevə təqdim edilib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Futbol üzrə dünya çempionatı ərəfəsində dünya turnesi çərçivəsində çempionatın Kubokunun əsli FIFA-Coca-Cola və AFFA tərəfindən Azərbaycana gətirilib.

Fevralın 9-da kubok Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub. Kubok futbol üzrə dünya çempionatı Kubokunun sahibi, Fransa yığma komandasının keçmiş oyunçusu, dünya futbol əfsanələrindən sayılan Kristian Karambo tərəfindən təqdim edilib.

Görüşdə çıxış edən Kristian KARAMBO deyib: “Azərbaycanda olmaq mənim üçün həqiqətən də şərəfdir. Sizin gözəl şəhəriniz var. Sizin həmişə idmana dəstək verdiyinizi bilirəm və buna görə Sizə minnətdarıq. Bizi qəbul etdiyinizə görə Sizə bir daha təşəkkür edirik. Cənab Prezident, bu Kubok Sizə təqdim olunur, siz buna layiqsiniz”.

Əfsanəvi futbolçu Kristian Karambo dünya çempionatının Kubokunu Prezident İlham Əliyevə təqdim etdi.

Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Çox sağ olun. Mən FIFA-ya, şəxsən sizə, sizin həmkarlarınıza bu tarixi Kuboku Azərbaycan xalqına, azərbaycanlı azarkeşlərə təqdim etmək məqsədilə Bakıya gəlişiniz üçün minnətdaram. Biz Azərbaycanın və Bakının turnenin keçirildiyi ölkə və şəhərlərdən biri kimi seçilməsindən qürur duyuruq. Bu, bizim üçün həqiqətən də böyük şərəfdir. Bu gün bu, böyük bir hadisə olacaq və mən əminəm ki, azarkeşlər bu Kuboka baxmaqdan çox məmnun olacaqlar. Mən sizin icazənizlə bu kuboka toxundum. Mən bilirəm ki, Kuboka yalnız çempionlar və dövlət başçıları toxuna bilərlər. Əminəm ki, tariximizdə ilk dəfə qeyd etdiyimiz bu əlamətdar hadisə futbolumuzda, oyunçularımızda daha da böyük həvəs oyadacaq, dünyada bu ən məşhur idman növünün Azərbaycanda inkişafına kömək edəcək. Biz futbolun, idmanın inkişafına kömək etməyə çalışırıq. Azərbaycanın idman sahəsində yaxşı nəticələri var. Keçmiş Rio Olimpiya Oyunlarında Azərbaycan yığması ümumi medal sayına görə dünyada 14-cü yeri tutmuşdur. Biz iki mötəbər beynəlxalq idman yarışına - Avropa Oyunlarına və İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişik və bu oyunlarda komandamız medal sayına görə müvafiq olaraq ikinci və birinci yerləri tutmuşdur. Biz Bakıda futbol üzrə Avroliqanın finalına və futbol üzrə Avropa çempionatının dörddəbir finalına və bir neçə qrup oyunlarına ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Biz artıq mötəbər beynəlxalq, Avropa idman və futbol yarışlarına ev sahibliyi edəcək dünya ölkələrinin birinə çevrilirik. Əlbəttə ki, bunu biz dostluq və FIFA-ya hörmət əlaməti hesab edirik. Sizdən bizim qonağımız olmuş FIFA-nın prezidenti cənab İnfantinoya salamlarımı çatdırmağı xahiş edirəm. Biz hamımız bu tarixi günü xatırlayacağıq.

x x x

Sonra FIFA prezidenti Canni İnfantinonun ənənəsinə uyğun olaraq FIFA-nın rəsmi nümayəndəsi xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.

AFFA-nın baş katibi Elxan Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, futbol üzrə dünya çempionatının Kuboku xüsusi təyyarədə yeniyetmə azərbaycanlı futbolçuların müşayiətilə Bakıya gətirilib. Hətta uşaqlar təyyarədə Kristian Karambo ilə topla oynayıblar. Dünya çempionatının kuboku yerli azarkeşlərin görməsi üçün “Gənclik Mall”da nümayiş etdirilir.

Sonda xatirə şəkilləri çəkdirildi.

Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat etdi
Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat etdi
Bakıda yaşayış binasında yanğın olub
Bakıda yaşayış binasında yanğın olub
Metronun "Koroğlu" stansiyasında koronavirus xəstəsi saxlanılıb
Metronun "Koroğlu" stansiyasında koronavirus xəstəsi saxlanılıb
Loading Bars
Xəbər lenti
Səfir Vaqif Sadıqov etimadnaməsini Belçikanın Kralına təqdim edib
Həkimlər Saakaşvilini xəstəxanaya yerləşdirməyi tövsiyə ediblər
Ermənistana təhvil verilən erməni hərbçilərin adları məlum oldu
Macarıstanla qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub
Qarabağın dark turizm potensialı: erməni barbarlığını dünya daha yaxından görəcək
BVF Azərbaycanda qeyri-neft ÜDM üzrə proqnozu yüksəldib
Azərbaycanda statistik məlumatların istehsalı üzrə beynəlxalq modelin tətbiqi planlaşdırılır
TAP qaz qiymətlərinin artımının qarşısını qismən alır
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
İranın Astara gömrüyü üzərindən tranziti azalmayıb, əksinə, 300 faiz artıb - İranlı rəsmi
Energetika naziri 2-ci “Kəmər və Yol Energetika Nazirləri Konfransı”nda çıxış edib
BVF 2021-ci ildə Azərbaycanda ÜDM-nin 20 faizdən çox artımını proqnozlaşdırır
Mingəçevir Dövlət Universitetinin tələbəsinin təşəbbüsü ilə “Qəlb gözü” layihəsi reallaşdırılıb (FOTO)
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 45 faizdən çox artıb
Bakıda ötən ay təkrar mənzil bazarında qiymətlər ucuzlaşıb
Prezident İlham Əliyev Xorvatiyanın xarici və Avropa işləri üzrə nazirini qəbul edib (VİDEO)
Azərbaycan 5 erməni hərbçini Ermənistana qaytardı
Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat etdi
Məhərrəm Əliyev: Qalib Azərbaycan Silahlı Qüvvələri bundan sonra da xalqımızın, dövlətimizin və Müzəffər Ali Baş Komandanımızın etimadını şərəflə doğruldacaq (MÜSAHİBƏ)
Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub (FOTO/VİDEO)
Bakıda daha bir orta məktəb distant tədrisə keçib
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
Sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi məqsədilə vebinar keçirilib
Azərbaycan Dillər Universitetində “Özbək dili günü”nə həsr olunan konfrans keçirilib (FOTO)
Azərbaycandan 100 assistent Türkiyədə tədris-tədqiqat proqramında iştirak edəcək
Azərbaycanla Slovakiya arasında saziş imzalandı, Birgə İşçi Qrup yaradılacaq (FOTO)
Rusiyaya bir sıra bitkiçilik məhsullarının ixracında artım müşahidə olunub - AQTA
Bakıda anası tərəfindən dayəyə verilən azyaşlı sığınacağa yerləşdirilib
Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
“PAŞA Bank”dan 250 000 AZN-dək girovsuz biznes kreditlərini banka gəlmədən onlayn əldə edin!
Gürcüstanın Baş naziri Əli Əsədovu təbrik edib
Azərbaycan hasilat sənayesində şəffaflığın təmin olunması üzrə bütün beynəlxalq səyləri dəstəkləyir - Nazir
Oktyabrın 20-nə USD/AZN rəsmi məzənnəsi
Türk lirəsi ucuzlaşsa da Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır?
Qanunsuz balıq ovlayanlar saxlanılıb
Prezident İlham Əliyevin səfərləri göstərir ki, “Böyük Qayıdış” üçün bütün potensial imkanlar səfərbər olunub - Vüqar Rəhimzadə
“Mədəniyyət” telekanalına yeni rəhbər təyin olunub
Bakıda yaşayış binasında yanğın olub
Bakıda koronavirusa görə bağça bağlandı
Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Metronun "Koroğlu" stansiyasında koronavirus xəstəsi saxlanılıb
Neftçalada qardaşını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 102 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib
AccessBank tender elan edir
Yelo Bank “Qan ver, həyat bəxş et” aksiyasını keçirdi
BVF Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb
Nüfuzlu sığorta şirkətinə qarşı mediada qarayaxma kampaniyasına başlanılıb
Azad olunmuş ərazilərdə yaradılacaq milli parkların yerləri müəyyənləşib
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı tələblərini səsləndirib
Ələtdə Vətən müharibəsi şəhidi Abdullayev Balazadənin anım mərasimi keçirilib (FOTO)
İctimai nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı müraciət etməmişik - BNA
Milli Məclisin mümayəndə heyəti Yunanıstana gedir
TDƏŞ-ə üzv ölkələrin dövlət orqanları arasında Anlaşma Memorandumu təsdiqləndi
Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edildi
BMT rəsmisi aclıqla mübarizə üçün İlon Maskdan 6 milyard dollar istədi
Hirkan Milli Parkında "Təbiətin keşiyində" adlı eko-skaut düşərgəsi keçirilib (FOTO)
Xalqımızın hər bir nümayəndəsi Vətən müharibəsində qələbəyə öz töhfəsini verdi – Deputat
Sumqayıtda narkotik alverçisi olan qadın və daha 11 nəfər saxlanıldı (FOTO/VİDEO)
Valeh Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Macarıstan şirkətləri Qarabağın yenidənqurulması ilə bağlı EXPO-da iştirak edəcəklər
Teatr direktoru mənimsəməyə görə işdən çıxarılıb - Nazirlik
“Yüksəliş” müsabiqəsinin qalibləri üçün mentorluq proqramına start verilir
İranda koronavirusa yoluxanların sayı 5,8 milyonu keçib
Ata Abdullayev məhkəmədə ağladı
Samsung Galaxy Z Fold3 və Z Flip3 satışları bütün rekordları qıraraq, inanılmaz nəticələr göstərib (FOTO)
Minneapolisdə körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
Vəzifəli şəxslərdən pul tələb edənlərin işi məhkəməyə göndərildi
Rusiya Dövlət Dumasında 10-dan çox deputat koronavirusa yoluxub
Qanunsuz işləyən baytarlıq aptekinin rəhbəri məsuliyyətə cəlb olunub
Azərbaycanda reklam bazarının mövcud vəziyyəti müzakirə edilib (FOTO)
Mingəçevir Dövlət Universiteti şəhid məzun Kənan Abdullayevi anıb (FOTO)
Gədəbəy və Şamaxıya dolu yağıb - Faktiki hava
Slovakiya Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlıdır - Nazir
Sahibkarların kredit faizlərinin 62 milyon manata yaxını dövlət tərəfindən ödənilib
Azərbaycan azad edilən ərazilərinin bərpası ilə yanaşı, yeni imkanları da nəzərdən keçirir - Nazir
Meyxanaçı Cavid Sumqayıtlının siyasi qafiyələrə görə həbs olunması ilə bağlı iddialar yalandır - DİN
Elan saytlarında kirayə ev axtaranları belə aldadırlar
Məktəblər bağlanır? - Nazirlikdən AÇIQLAMA
“BBC World News” telekanalında “Azərbaycanı kəşf et – gələcəyə gedən yol” adlı videoçarx yayımlanır (FOTO/VİDEO)
Distant təhsil problemin həlli yolu ola bilməz - Naqif Həmzəyev
Yaxın vaxtlarda Slovakiyadan Azərbaycana minatəmizləmə maşınları gətiriləcək
Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır - Nazir
Azərbaycanla Slovakiya arasında iqtisadi əməkdaşlıq haqqında sazişin imzalanması nəzərdə tutulur
Sabahdan Bakıda bal yarmarkası başlayır
Müəlliflik hüququ ilə qorunan məhsullara nəzarət markalarının tətbiqi üzrə tədbirlər davam edir
Azərbaycan və Slovakiya XİN rəhbərləri mətbuat konfransı keçirib (FOTO/VİDEO)
Azərbaycanın İrandan Rusiyaya ixraca mane olduğu barədə məlumatlar doğru deyil - DGK
Millət vəkili Sevil Mikayılova Xaçmazda şəhid ailələri ilə görüşüb (FOTO)
Mingəçevir Dövlət Universiteti “Tələbə Mediası” layihəsində təmsil olunur (FOTO)
Azərbaycan və Slovakiya XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Rüşvət almaqda təqsirləndirilən 72 yaşlı şirkət rəhbərinə 9 il cəza verildi
Rusiyada koronavirusdan ölənlərin sayı 225 mini ötüb
Azərbaycanda QİÇS xəstələrinin sayı açıqlanıb
Bakıda daha bir qanunsuz tikinti dayandırılıb (FOTO/VİDEO)
Sabah yağış yağacaq, külək əsəcək
İl ərzində qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb
“OBA Market” “Şanslı Qonşu” lotereyasına start verir (VİDEO)
Azərbaycan əhalisinin sayı artıb
Bütün xəbərlər