...

Zakir Həsənov Belarusa səfər edəcək

Siyasət Materials 20 Fevral 2018 12:53 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri Belarusa işgüzar səfər edəcək.
Zakir Həsənov Belarusa səfər edəcək

Bakı. Trend:

Azərbaycanın müdafiə naziri Belarusa işgüzar səfər edəcək.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusun müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə fevralın 22-də Minsk şəhərinə yola düşəcək.

İşgüzar səfər çərçivəsində Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti