Bakı. Trend:
Estoniya parlamentinin bir qrup deputatı Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib.
Trend-in məlumatına görə, Estoniya parlamentin saytında dərc olunan başsağlığında deyilir: "Biz Azərbaycan xalqının 600-dən çox dinc sakinin, o cümlədən uşaq, qadın və qocaların öldürüldüyü Xocalı soyqırımı ilə bağlı kədərini bölüşürük".
Qeyd olunur ki, deputatlar 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin işğalı zamanı dinc Azərbaycan vətəndaşlarına qarşı qeyri-insani hərəkətləri, bu cinayəti törədənləri və günahkarları qətiyyətlə pisləyir. Bu qanlı qırğında əli olanlar layiq olduqları cəzanı almalıdırlar:
"Azərbaycanın öz ərazi bütövlüyünün bərpası istiqamətində səylərinə dəstəyimizi ifadə edirik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bütün regionun inkişafı baxımından mühüm amildir".