...

Nazir: Azərbaycan və Mərakeş bir sıra sahələrdə əməkdaşlığı davam etdirəcəklər (FOTO)

Siyasət Materials 5 Mart 2018 14:06 (UTC +04:00)
Azərbaycan və Mərakeş bir sıra əsas sahələrdə əməkdaşlığı davam etdirəcəklər.
Nazir: Azərbaycan və Mərakeş bir sıra sahələrdə əməkdaşlığı davam etdirəcəklər (FOTO)

Bakı. Əli Mustafayev - Trend:

Azərbaycan və Mərakeş bir sıra əsas sahələrdə əməkdaşlığı davam etdirəcəklər.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda mərakeşli həmkarı Nasser Bourita ilə birgə mətbuat konfransında deyib.

E.Məmmədyarov qeyd edib: "Biz kənd təsərrüfatı, energetika sahələrində əməkdaşlığı, həmçinin ölkələrimizin özəl sektorlarının nümayəndələri arasında əməkdaşlığın zəruriliyini müzakirə etdik".

Nazir vurğulayıb ki, Mərakeş və Azərbaycan beynəlxalq təşkilatlarda əməkdaşlıq çərçivəsində bir-birinə böyük dəstək verir.

Qeyd edək ki, Azərbaycanla Mərakeş Krallığı arasında diplomatik münasibətlər 1992-ci ilin dekabrında qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti