...

TÜRKPA müşahidəçiləri Bakıya gəlib

Siyasət Materials 10 Aprel 2018 10:41 (UTC +04:00)

Bakı. Trend:

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Beynəlxalq Müşahidəçilər Missiyasının üzvləri 11 aprel Azərbaycanda keçiriləcək erkən prezident seçkilərini müşahidə etmək məqsədilə Bakıya gəlib.

TÜRKPA-dan Trend-ə verilən məlumata görə, missiyanın tərkibinə Qazaxıstan Parlamenti Məclisinin üzvü Berik Ospanov, Qırğızıstan Joqorku Keneşinin üzvləri Duişon Torokulov və Salaidin Aydarov, Türkiyə Böyük Millət Məclisinin üzvləri Haluk İpek və Ceyhun İrgil daxildir.

Bu gün TÜRKPA müşahidəçilərinin Milli Məclisin sədri Oqtay Əsədov, Xarixi İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ilə görüşlər keçirəcəyi nəzərdə tutulur.

Seçki günü Müşahidə Missiyası seçki prosesini izləmək məqsədilə Bakı, Sumqayıt və Abşeron rayonun bir sıra seçki məntəqələrini ziyarət edəcək.

11 aprel tarixində, axşam radələrində TÜRKPA parlamentarilərinin müşahidə fəaliyyəti ilə bağlı ilkin nəticələrinin təqdimatı gözlənilir. Növbəti gün isə TÜRKPA və Türk Şurası müşahidə missiyaları seçkilərin nəticələrinə dair birgə bəyanat təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti