...

Belarusda Azərbaycan prezidenti seçkilərində səsvermə fəal şəkildə davam edir

Siyasət Materials 11 Aprel 2018 17:29 (UTC +04:00)
Belarusda Azərbaycan səfirliyinin ərazisində keçirilən Azərbaycan prezidenti seçkilərində səsvermə fəal şəkildə davam edir.
Belarusda Azərbaycan prezidenti seçkilərində səsvermə fəal şəkildə davam edir

Bakı. Trend:

Belarusda Azərbaycan səfirliyinin ərazisində keçirilən Azərbaycan prezidenti seçkilərində səsvermə fəal şəkildə davam edir.

Trend-in məlumatına görə, bu barədə səfirliyin müşaviri Zülfüqar Tanarverdi deyib.

O bildirib ki, seçici siyahısında cəmi 503 nəfər var: "Bu göstərici təkcə Minsk deyil, bütün region üzrədir".

Seçki məntəqəsinin bağlanmasından sonra səslər hesablanacaq və protokollar Bakıya göndəriləcək.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 17:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 69,93 faizi, yəni 3 716 135 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti