...

Azərbaycanın İsveçdəki səfirliyində yaradılmış məntəqədə seçicilərin rahat səs vermələri üçün hər cür şərait var (FOTO)

Siyasət Materials 11 Aprel 2018 17:06 (UTC +04:00)
Azərbaycanın İsveçdəki səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə yerli vaxtla səhər saat 8.00-da başlayıb.
Azərbaycanın İsveçdəki səfirliyində yaradılmış məntəqədə seçicilərin rahat səs vermələri üçün hər cür şərait var (FOTO)

Bakı. Trend:

Azərbaycanın İsveçdəki səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə yerli vaxtla səhər saat 8.00-da başlayıb.

Trend-in AZƏRTAC-a istiandən məlumatına görə, səfirlikdə Azərbaycan Mərkəzi Seçki Komissiyasının 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 39 saylı məntəqə fəaliyyət göstərir.

Məntəqələrdə səsvermənin şəffaf şəraitdə keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçki məntəqəsində İsveç, Norveç və Finlandiyada daimi yaşayan və müvəqqəti qeydiyyatdan keçmiş, o cümlədən bu ölkədə səfərdə olan vətəndaşlarımız səsvermə hüququndan istifadə edirlər.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərir. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyir.

Prezident seçkilərində səsvermə saat 19:00-da sona çatacaq. Hazırkı məlumata əsasən, Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.

Saat 15:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 60,74 faizi, yəni 3 227 817 seçici səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti