...

MSK-nın prezident seçkilərinə yekun vurulması ilə bağlı iclası başlayıb

Siyasət Materials 15 Aprel 2018 11:09 (UTC +04:00)
MSK-nın prezident seçkilərinə yekun vurulması ilə bağlı iclası başlayıb.
MSK-nın prezident seçkilərinə yekun vurulması ilə bağlı iclası başlayıb

Bakı. Elçin Mehdiyev – Trend:

Mərkəzi Seçki Komissiyasının (MSK) aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurulması ilə bağlı iclası başlayıb.

Trend-in məlumatına görə, Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK seçkilərin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Azərbaycan Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edəcək.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 5641 seçki məntəqəsində sayılmış səslərin nəticəsinə əsasən hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,03 faizini toplayıb.

Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.

Azərbaycanda 5 332 817 nəfər səsvermə hüququ olan şəxs var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti