...

Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb (YENİLƏNİB) (FOTO)

Siyasət Materials 25 Aprel 2018 12:58 (UTC +04:00)
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb.
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb (YENİLƏNİB) (FOTO)

Bakı. Trend:

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman ilə görüşüb.

Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Görüşdə İsmayıl Qəhrəman Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfərindən məmnunluğunu bildirdi. Türkiyə parlamentinin sədri dövlətimizin başçısının prezident seçkilərində parlaq qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq dedi: “Sizin böyük səs çoxluğu ilə qalib gəlməyiniz bizi şərəfləndirdi. Prezident İlham Əliyev təkcə öz ölkəsi üçün deyil, bölgə və dünya üçün də mühüm şəxsiyyətdir”.

Prezident İlham Əliyev səmimi təbriklərə görə Türkiyə Böyük Millət Məclisinin sədrinə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı bu səfərin əlaqələrimizin inkişafında yeni mərhələ olacağına əminliyini vurğuladı.

Görüşdə ikitərəfli münasibətlərimizin uğurlu inkişafından məmnunluq ifadə edildi, parlamentlərarası əməkdaşlığın əlaqələrimizin genişlənməsinə töhfə verdiyi qeyd olundu.

Söhbət zamanı Azərbaycanın və Türkiyənin regionda əməkdaşlığa və təhlükəsizliyə verdiyi töhfənin, ölkələrimizin birlikdə qlobal əhəmiyyətli böyük strateji layihələr həyata keçirməsinin əhəmiyyəti qeyd olundu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti