...

Angela Merkel: Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda tərəfdaş kimi dəstəkləməyə hazırdır

Siyasət Materials 26 Aprel 2018 12:52 (UTC +04:00)
Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkeldən Prezident İlham Əliyevə təbrik məktubu gəlib.
Angela Merkel: Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda tərəfdaş kimi dəstəkləməyə hazırdır

Bakı. Trend:

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkeldən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Mən dövlətlərimiz və cəmiyyətlərimiz arasındakı əlaqələrin daha da dərinləşməsini dəstəkləyirəm. Almaniya Azərbaycanı siyasi və iqtisadi modernləşmə yolunda gələcəkdə də tərəfdaş kimi dəstəkləməyə hazırdır.

Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti