...

Zakir Həsənov Çində istehsal edilən müasir döyüş texnikası ilə tanış olub

Siyasət Materials 29 Aprel 2018 12:27 (UTC +04:00)
Zakir Həsənov Çində istehsal edilən müasir döyüş texnikası ilə tanış olub.
Zakir Həsənov Çində istehsal edilən müasir döyüş texnikası ilə tanış olub

Azərbaycanın Müdafiə naziri Çinin “Poly Technologies” şirkətində olub

Çin Xalq Respublikasına rəsmi səfər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinə daxil olan “Poly Technologies” şirkətində olub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, şirkətin rəhbərliyi ilə görüşdə Z.Həsənova bu müdafiə sənayesi müəssisəsinin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonra müdafiə naziri müəssisənin istehsal etdiyi müasir döyüş texnikası və digər hərbi təyinatlı məhsullar ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti