...

Rusiya XİN Azərbaycandakı yeni səfir barədə: Gözləntilərimiz müsbətdir

Siyasət Materials 1 İyun 2018 15:54 (UTC +04:00)
Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikovun işindən gözləntilərimiz müsbətdir.
Rusiya XİN Azərbaycandakı yeni səfir barədə: Gözləntilərimiz müsbətdir

Bakı. Ləman Zeynalova - Trend:

Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikovun işindən gözləntilərimiz müsbətdir.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Nəşr Departamentinin direktor müavini Artyom Kojin deyib.

Rusiya XİN rəsmisi vurğulayıb ki, yeni səfir təcrübəli diplomat və hörmətli şəxsdir.

A.Kojinin sözlərinə görə, M.Boçarnikovun qarşısında dayanan vəzifə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində işləməkdir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin 29 may tarixli fərmanı ilə Mixail Boçarnikov Rusiyanın Azərbaycandakı səfiri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti