...

Santa Monika şəhərində 28 may tarixini “Azərbaycan Milli Günü” elan edilib

Siyasət Materials 7 İyun 2018 09:59 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatının Santa Monika şəhəri 28 may 2018-ci il tarixini “Azərbaycan Milli Günü” elan edib.
Santa Monika şəhərində 28 may tarixini “Azərbaycan Milli Günü” elan edilib

Bakı. Elçin Mehdiyev - Trend:

ABŞ-ın Kaliforniya ştatının Santa Monika şəhəri 28 may 2018-ci il tarixini “Azərbaycan Milli Günü” elan edib.

Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan Trend-də verilən məlumata görə, bununla bağlı şəhər meri Ted Vinterer tərəfindən müvafiq bəyannamə imzalanıb.

Baş konsulluğa göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə həmçinin qeyd olunur ki, Los Ancelesdəki Baş konsulluğu vasitəsilə Azərbaycan Santa Monika şəhəri ilə son illərdə güclü əlaqələr qurub.

Bəyannamənin sonunda 28 may tarixi Santa Monika şəhərində “Azərbaycan Milli Günü” elan edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti