Bakı. Trend:
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş iyunun 21-22-də Belarusun paytaxtı Minskdə keçiriləcək.
Tədbir çərçivəsində E.Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.