...

Prezident İlham Əliyev Mozambik, Xorvatiya və Sloveniya dövlət başçılarını təbrik edib

Siyasət Materials 23 İyun 2018 14:50 (UTC +04:00)
Prezident İlham Əliyev Mozambik, Xorvatiya və Sloveniya dövlət başçılarını təbrik edib
Prezident İlham Əliyev Mozambik, Xorvatiya və Sloveniya dövlət başçılarını təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Sloveniya Respublikasının Prezidenti Zati-aliləri cənab Borut Pahoru təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Sloveniya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Sloveniya xalqına sülh və rifah arzulayıram".

XXX

Prezident İlham Əliyev Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri xanım Kolinda Qrabar-Kitaroviçi təbrik edib:

"Hörmətli xanım Prezident,

Xorvatiya Respublikasının milli bayramı – Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Xorvatiya münasibətləri dinamik və hərtərəfli inkişaf yolundadır. Ölkələrimizin strateji tərəfdaşlığı qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığımız üçün geniş imkanlar açır. İnanıram ki, bu imkanlardan səmərəli istifadə etməklə dost xalqlarımızın rifahına töhfələr verəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və firavanlıq diləyirəm".

XXX

Prezident İlham Əliyev Mozambik Respublikasının Prezidenti Zati-aliləri cənab Filipe Jasinto Nyusini təbrik edib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Mozambik əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və tərəqqi diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti