...

"Washington Times": Azərbaycanla sülh Ermənistanda demokratiyanın ilkin şərtidir

Siyasət Materials 13 Sentyabr 2018 15:27 (UTC +04:00)

Bakı. Ləman Zeynalova – Trend:

Azərbaycanla sülh Ermənistanda demokratiyanın ilkin şərtidir.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Xarici Siyasət Şurasının baş elmi işçisi Stiven Blankın “Washington Times” qəzetində dərc olunan məqaləsində deyilir.

Müəllif qeyd edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanla danışıqlar aparmaq niyyətində olmadığını təsdiq edən çoxlu bəyanatlar verib:

“Bununla belə, Paşinyan istəmədən də olsa, öz demokratik kampaniyasını təhlükə altına qoyub. Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı müddətdə bu ölkədə sülh olmayacaq. Azərbaycanla sülh Ermənistanda demokratiyanın ilkin şərtidir”.

Məqalədə qeyd olunur ki, sülh Ermənistanın demokratikləşdirilməsi, irəli getməsi üçün yeganə zəmanətdir:

“Paşinyan Nyu Yorkda prezident Trampla görüşmək istəyir. Amma bu görüş baş tutanadək Paşinyan ABŞ-a onu dəstəkləməsi üçün səbəblər göstərməlidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti