...

Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra həmkarları ilə görüşdü (FOTO)

Siyasət Materials 27 Sentyabr 2018 13:10 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nahyan, Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdıldayev və Hondurasın xarici işlər naziri Mariya Dolores Aquero Lara ilə görüşüb.
Elmar Məmmədyarov Nyu-Yorkda bir sıra həmkarları ilə görüşdü (FOTO)

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah bin Zayed Əl Nahyan, Qırğız Respublikasının xarici işlər naziri Erlan Abdıldayev və Hondurasın xarici işlər naziri Mariya Dolores Aquero Lara ilə görüşüb.

XİN-dən Trend-ə verilən məlumata görə, görüşlər zamanı ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstək məsələləri, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti