...

Aydın Mirzəzadə: Bakı Beynəlxalq Humanitar Forumu dünyanın siyasi həyatında çox əhəmiyyətli faktora çevrilib

Siyasət Materials 28 Oktyabr 2018 09:13 (UTC +04:00)
Bakı Humanitar Forumu artıq dünyanın siyasi həyatında çox əhəmiyyətli bir faktora çevrilib.
Aydın Mirzəzadə: Bakı Beynəlxalq Humanitar Forumu dünyanın siyasi həyatında çox əhəmiyyətli faktora çevrilib

Bakı. Samir Əli - Trend:

Bakı Beynəlxalq Humanitar Forumu artıq dünyanın siyasi həyatında çox əhəmiyyətli faktora çevrilib. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, hər Bakı Forumunda daha çox ölkədən daha çox sayda tanınmış insanlar iştirak edərək dünyanı narahat edən məsələlərin müzakirəsinə öz töhfəsini verir:

"Artıq Bakı Beynəlxalq Humanitar Forumu öz siyasi pasportunu əldə edib. Bu, inandırıcı bir tədbirdir və onun platformaları dünyanın düşünən beyinlərini özünə cəlb edə bilib. Budəfəki Forumda 86 ölkədən, 24 beynəlxalq təşkilatdan 600-ə qədər nümayəndənin iştirak etməsi Forumun böyük nüfuza malik olduğunu göstərdi. Forumun bizim üçün əhəmiyyətindən biri də ev sahibinin Azərbaycan olmasıdır. Belə ki, Forum iştirakçıları təkcə müəyyən məsələləri müzakirə etmirlər, eyni zamanda Azərbaycanın uğurları ilə tanış olurlar. Yəni müstəqillik qazanan ölkənin dövlətçiliyində öz vətəndaşlarının maraqlarını əsas götürərək böyük işlər gördüyünün şahidi olurlar".

Deputat vurğulayıb ki, cənab Prezident İlham Əliyevin Forumda çıxışı həm dünyanın qarşısında dayanan çağırışlara, həm də Azərbaycanın bu məsələlərin həllinə dair baxışlarını ortaya qoydu: "Forum iştirakçıları Azərbaycan liderinin dilindən sabitliyin, sülhün təmin edilməsinin həlli yollarını eşitdilər. Azərbaycan öz timsalında problemlərin həll edilməsi nümunəsini göstərdi. Ölkə heç bir yerdən kredit almadan, öz resurslarına söykənərək elmin, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına cəhd edir. Bu, insanların təhlükəsizliyinə, rahat yaşamasına böyük diqqət deməkdir. Dövlət başçısı rəhbərlik etdiyi ölkənin dünya birliyində layiqli yer tutmasına maksimum çalışır".

A.Mirzəzadə bildirib ki, Azərbaycan Prezidentinin Forumda çıxışı sonradan ayrı-ayrı panellərdə keçirilən müzakirələr üçün bir istiqamət oldu: "Forum iştirakçılarının bu beynəlxalq tədbir və Azərbaycan haqqında yüksək fikirlər səsləndirdilər. Bunun özü göstərir ki, Azərbaycan bu gün yeni dünyanın qurulmasına öz töhfəsini verir və dünya ölkələri Azərbaycanla birlikdə işləməyə, Azərbaycanın mövqeyini öyrənməyə kifayət qədər maraqlıdır".

Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda VI Beynəlxalq Humanitar Forum keçirilib. "Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı" mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti