Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib (FOTO)

Naxçıvan Qarnizonu qoşunlarının birgə təlimi keçirilib (FOTO)

Bakı. Trend:

Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi təlimi izləyiblər.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə hazırlıq barədə raport verib. Sonra təlimin mövzusu, məqsədi və mərhələləri barədə məlumat verilib. Qeyd olunub ki, təlimin keçirilməsində məqsəd Naxçıvan Qarnizonunun güc strukturlarının idarəetmə orqanlarının xüsusi əməliyyatların planlaşdırılmasında uzlaşmış fəaliyyətinə nail olmaqdan, birləşmə və hissələrin idarəetmə və əməliyyat heyətinin əməliyyatların planlaşdırılması, idarə edilməsi və təşkili üzrə bilik və bacarıqlarını təkmilləşdirməkdən, eləcə də müdafiə zamanı düşmənin kəşfiyyat-diversiya orqanlarının aşkar, təcrid və məhv edilməsindən ibarətdir.
Ali Məclisin Sədri yeni hərbi təyinatlı cihazlara baxıb.

Məlumat verilib ki, Silahlı Qüvvələrin Hərbi Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının birgə hazırladıqları “İldırım RP-10” radiopartladıcı və “Sərhəd Sipər Sistemi” yüksək texniki göstəricilərə malikdirlər. “İldırım RP-10” radiokanal sistemi mürəkkəb relyefi olan ərazidə 3500 metr məsafədə, birbaşa görüntülü ərazidə isə 5 min metr məsafədə döyüş tapşırığını yerinə yetirir. “Sərhəd Sipər Sistemi” isə 1 kilometr məsafədə mühəndis çəpərinə quraşdırılır və radiosiqnallar vasitəsilə xəbərdaredici maneələr zolağı yaradır. Dövlət sərhədinə hər hansı müdaxilə olduğu zaman sistem onun yerini müəyyənləşdirir və mərkəzə məlumat ötürür.

Sonra komanda verilib və təlim başlayıb.

Təlimdə Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı birləşmə və hissələrinin, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlı bölmələrinin ümumilikdə mindən artıq şəxsi heyəti, 80-ə yaxın zirehli və avtomobil texnikası, 20-dən artıq hava hücumundan müdafiə vasitələri, 40-a yaxın artilleriya qurğusu, 10-dan çox aviasiya texnikası və pilotsuz uçuş aparatları iştirak edib.

Təlimdə düşmənin genişmiqyaslı hücum əməliyyatının və diversiya-təxribat fəaliyyətlərinin qarşısının alınması üçün şərti olaraq müxtəlif döyüş tapşırıqları yerinə yetirilib. Düşmən birinci eşelon birləşmələrinin güclü müqavimətinə rast gələrək hücumu dayandırmağa məcbur olub. Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı bölmələri Naxçıvan Qarnizonunun digər güc strukturlarının bölmələri ilə qarşılıqlı əlaqədə əks-zərbə endirib, düşmən müdafiəsinin yaxın dərinliyindəki dağ aşırımlarını, təminat və təxliyə yollarını tutub, mühüm obyektlərini məhv edib, döyüş texnikasını ələ keçirib.

Düşmənin diversiya-təxribat qrupunun zərərsizləşdirilməsi məqsədi ilə fəaliyyətə başlayan Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları təxribatçıları zərərsizləşdirərək tam tərkibdə ələ keçiriblər. Sərhədçilər dövlət sərhədinə basqın edən düşmənlə mübarizədə qarşıya qoyulmuş tapşırığı uğurla yerinə yetiriblər. Xüsusi təyinatlı qrup isə düşmən kolonunu mina tələsinə salaraq döyüş texnikalarını qrupun atəşi ilə məhv edib, irəliləmə və geriçəkilmə yollarını bağlayıb.

Düşmənin döyüş-nəqliyyat vertolyotlarından istifadə etməklə qoşunlarımızın müdafiə dərinliyinə hava desantı çıxarmaq cəhdinin qarşısı alınıb, Əlahiddə Əməliyyat Briqadasının xüsusi təyinatlı dəstəsi düşmənin taktiki hava desantını mühasirəyə alaraq qısa müddətdə zərərsizləşdirib. Hakim yüksəkliyin aşırımını müdafiə edən düşmənin canlı qüvvəsini məhv etmək üçün xüsusi təyinatlı qrup ərazinin relyefindən yararlanaraq düşmən mövqeyinə gizli şəkildə yaxınlaşıb. Xüsusi təyinatlı qrup sərrast atəşlərlə düşmənin canlı qüvvəsini məhv edib, müdafiə mövqeyini ələ keçirib və hakim yüksəklik istiqamətində digər qrupların fəaliyyətinə əlverişli şərait yaradıb. Dağ aşırımının digər yamacını ələ keçirmək tapşırığı almış xüsusi təyinatlı qrup təyin edilmiş rayona zirehli “SANDCAT” avtomobilləri ilə hərəkət edib. Xüsusi təyinatlı qrup yüksəklikdə yerləşən düşmən mövqeyini ələ keçirməklə hakim yüksəkliyə hücum edən bölmələrin cinahlardan təhlükəsizliyinə və taktiki desantın hakim yüksəkliyə endirilməsinə şərait yaradıb.

Sərf edilmiş döyüş sursatlarının yenisi ilə təmin olunması, yaralıların təxliyə edilməsi, partlamayan və partlayış-təhlükəli mərmilərin tapılaraq zərərsizləşdirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin pirotexniki taqımı, kinoloqları və xilasediciləri qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər. Alpinistlər əlverişli istiqamətlərdə hakim yüksəkliyə qalxaraq bölmələrimizə müxtəlif döyüş sursatları çatdırıb, yaralanmış şəxsi heyət təxliyə olunub.

Təlimin gedişində düşmənin ehtiyatlarına aviasiya zərbəsi və hakim yüksəkliyə taktiki hava desantının endirilməsi göstərişi verilib. “SU-25” təyyarələri hədəfi qısa müddətdə məhv edib, “Mİ-35M” vertolyot manqası düşmənin hakim yüksəklikdə yerləşən mövqelərinə atəş zərbələri endirib. Vertolyotlardan endirilən taktiki hava desantı qrupları mühasirəyə aldıqları düşməni məhv ediblər. “KORD” və “NSVT” pulemyotları ilə silahlandırılmış “KOBRA” və “SANDCAT” yüngül zirehli transportyorların heyətləri düşmənin atəş nöqtələrini susdurublar. Snayper cütlükləri düşmənin döyüş sahəsində komanda heyətini, rabitəçiləri və əsas atəş vasitələrini aşkar edərək zərərsizləşdiriblər. Xüsusi təyinatlı qruplar isə Azərbaycan istehsalı olan “ZƏFƏR” tapançalarından və digər atıcı silahlardan istifadə edərək düşmənin yaxın məsafələrdəki canlı qüvvəsini məhv edib.
Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin qarşılıqlı əlaqədə birgə fəaliyyəti nəticəsində təlimdə qarşıya qoyulmuş məqsədlərə tam nail olunub, yaradılmış hədəf qrupları və maketləri məhv edilib.

Xüsusi təyinatlı qruplar tərəfindən təlim ərazisindəki ən yüksək zirvədə üçrəngli bayrağımız qaldırılıb və işğaldan azad edilmiş Günnüt kəndi ilə bağlı “Günnüt Azərbaycan əsgərinin rəşadət əzmidir” şüarı nümayiş olunub.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev təlimin başa çatması barədə raport verdikdən sonra təlimdə iştirak edən şəxsi heyətlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov hərbi təlimin hadisəsiz və uğurla başa çatması münasibətilə zabit, gizir və əsgərləri təbrik edib, təlimdə iştirak edən bütün şəxsi heyətə təşəkkürünü bildirərək deyib: Bu il ölkəmizdə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının 27-ci ildönümü qeyd olundu. Hər bir dövlətin inkişafı üçün onun müstəqilliyi vacib şərtdir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması bundan da çətindir”.

Ali Məclisin Sədri deyib: Ordusu olmayan dövlət müstəqil ola bilməz. Güclü ordu güclü dövlətçilik, sabitlik və inkişaf deməkdir. Azərbaycan xalqının heç bir zaman öz müstəqilliyindən geri çəkilməyəcəyini bəyan edən Ümummilli Liderimiz deyirdi ki, “Azərbaycan təkcə bu gün yox, gələcəkdə də torpaqlarını, dövlət müstəqilliyini qorumaq üçün güclü orduya malik olmalıdır”. Ulu Öndərimizin ordu quruculuğu sahəsində başladığı işi uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev dövlət müstəqilliyimizin qarantı olan güclü ordu yaratmışdır. Bu gün ordumuzun maddi-texniki bazasının gücləndirilməsi və döyüş hazırlığının artırılması istiqamətində kompleks tədbirlər görülür.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasının da müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Keçirilən hərbi təlim də göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı ordu, birləşmə və hissələri istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə qadirdir. Ordumuz ona görə güclüdür ki, şəxsi heyətdə yüksək vətənpərvərlik var. Vətənpərvərlik sahib olduğumuz ən ali dəyərimizdir. Bu gün keçirilən hərbi təlimdən çıxarılan konkret nəticə də ondan ibarətdir ki, Silahlı Qüvvələrimizin hərbi qulluqçuları yüksək döyüş hazırlığı ilə yanaşı, həm də yüksək vətənpərvərliyə malikdirlər.

Ali Məclisin Sədri bir daha hərbi təlimin uğurla başa çatması münasibətilə təşkilatçılara, bütün şəxsi heyətə təşəkkür edib, çıxışını ölkə Prezidentinin fikirləri ilə tamamlayıb: “Bizim ordumuz bizim qürurumuzdur”.
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimdə qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə şəxsi heyətləri təbrik edərək deyib: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər sırasında Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinə xüsusi diqqət yetirir. Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlər isə Silahlı Qüvvələrin buradakı ordu, birləşmə və hissələrində xidmətin və döyüş hazırlığının yüksək səviyyədə təşkilinə imkan verir. Bu gün Əlahiddə Ümumqoşun Ordusu ən müasir silah, texnika və digər avadanlıqlarla təmin edilmişdir. Keçirilən təlim bunu bir daha təsdiq etdi. Muxtar respublikadakı bütün güc strukturlarının xüsusi təyinatlıları tərəfindən qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi, şəxsi heyət yüksək peşəkarlıq nümayiş etdirdi. Artıq düşmən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun, eləcə də Silahlı Qüvvələrin muxtar respublikadakı digər birləşmə və hissələrinin yüksək döyüş hazırlığından, müasir silah və texnika təminatından qorxur və bunu etiraf edir.
Əlahiddə Ümumqoşun Ordunun komandanı, general-leytenant Kərəm Mustafayev çıxış edərək deyib ki, təlimdə Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələri tam döyüşə hazır vəziyyətə gətirilib, bölmələr döyüş uzlaşması keçib və tapşırıqlar uğurla yerinə yetirilib. Xüsusi təyinatlıların fəaliyyət ardıcıllığının vahid qaydada qəbul edilməsində, eləcə də radiotexniki, radioelektron, məlumat, xüsusi və qoşun kəşfiyyatlarının aparılmasında əməli təcrübə qazanılıb. Kərəm Mustafayev təlimdə iştirak edən şəxsi heyət adından minnətdarlıq edib, bundan sonra da bütün əmr və tapşırıqların uğurla yerinə yetiriləcəyini bildirub.

Ali Məclisin Sədri təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə mükafatlandırıb.

Gizir Bəhruz Məmmədov və zabit Vüqar Məlikov minnətdarlıq edərək deyiblər ki, bu gün muxtar respublikada hərbi xidmət nümunəvi təşkil olunub. Hərbi hissələrin maddi-texniki təminatı, əsgərlərin məişət və xidməti şəraitinin yaxşılaşdırılması, eləcə də zabit-gizir ailələrinin yaşayışı üçün ardıcıl tədbirlər görülüb. Yaradılan şərait və bu cür təlimlərin keçirilməsi mübarizə əzmimizi və döyüş ruhumuzu daha da artırır. Əmin edirik ki, düşmənin istənilən təxribatının qarşısını almağa tam hazırıq.
Şəxsi heyət birlik və bərabərliyin ifadəsi olan “Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov xüsusi təyinatlıların təlim mərkəzində yaradılan şəraitlə maraqlanıb.

Bildirilib ki, təlim mərkəzində şəxsi heyətin yaşayışı, qidalanması və xidmətin aparılması üçün lazımi şərait var. Burada yataq yerləri, əşya və ərzaq anbarları, yeməkxana və məişət guşələri istifadəyə verilib. Görülən işlər istənilən hava şəraitində təlimlərin uğurla həyata keçirilməsinə imkan verir.

Ali Məclisin Sədri Naxçıvan Qarnizonu qoşunlarının birgə taktiki-xüsusi təlimlərinin bundan sonra da davam etdirilməsi və qarşılıqlı fəaliyyətin təşkili barədə müvafiq tapşırıqlar verib.

"Şaxtyor" və "Sevilya" Avropa Liqasının yarımfinalına yüksəliblər
"Şaxtyor" və "Sevilya" Avropa Liqasının yarımfinalına yüksəliblər
"Mançester Yunayted" Avropa Liqasının yarımfinalına çıxıb
"Mançester Yunayted" Avropa Liqasının yarımfinalına çıxıb
“Qəbələ” albaniyalı müdafiəçini transfer edib
“Qəbələ” albaniyalı müdafiəçini transfer edib
Loading Bars
Xəbər lenti
Pirşağı qəsəbəsinin bütün küçələri təmir edilir (FOTO)
Bu gün Gürcüstandan daha 74 Azərbaycan vətəndaşı ölkəyə gətiriləcək
Dünya bazarlarında ən çox bahalaşan məhsullar açıqlanıb
Cəlilabadda karantini pozan kafe aşkarlandı
İmişlidə bıçaqlanma olub: 1 ölü, 1 yaralı
Azərbaycanda kəhrizlərin 332-si erməni işğalı altındadır - İnstitut direktoru
Cənubi Koreyada güclü yağışlar 33 nəfərin ölümünə səbəb olub
BNA: Hazırda gün ərzində 1.600.000-dən artıq sərnişin səfər sayı qeydə alınır
Braziliyada bir gündə koronavirusdan 1 274 nəfər ölüb
İsmayıllıda tarixi abidə və sənət nümunələri tapılıb (FOTO)
Ermənistan atəşkəsi 35 dəfə pozdu
Azərbaycanda yaşı 15-dən çox olan əhalinin 15,2 faizi siqaret çəkir
Avqustun 12-də xarici valyutaların manata qarşı məzənnələri
"Google" ən geniş zəlzələ xəbərdarlığı şəbəkəsini yaratmağı planlaşdırır
Türkiyədə 4,4 bal gücündə zəlzələ olub
Mingəçevirdə birmərtəbəli evdə yanğın olub, xəsarət alan var
Qazaxıstanda daha 691 nəfər koronavirusa yoluxub
İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib
"Comex" birjasında qızılın qiyməti düşüb
İsraildə koronavirusa yoluxanların sayı 86 min nəfəri ötüb
Bağdadın "yaşıl zona"sı raket hücumuna məruz qalıb
Moskvada bir sıra aviareys ləğv edilib
"Şaxtyor" və "Sevilya" Avropa Liqasının yarımfinalına yüksəliblər
Beyrutda toqquşmalar zamanı 42 nəfər xəsarət alıb
Moskvada koronavirusdan ölənlərin sayı 4 611 nəfərə çatıb
Batma təhlükəsi ilə üzləşən 12 nəfər xilas olunub
Bayden ABŞ vitse-prezidenti vəzifəsinə namizəd seçib
ÜST dünyada koronavirusla bağlı son statistikanı açıqlayıb
“Hədəf” də gündəmin ən aktual mövzuları təhlil olunub (FOTO)
Paytaxtda 1 nəfər liftin şaxtasına yıxılaraq xəsarət alıb
Beyrutda baş vermiş partlayışda ölənlərin sayı artıb
PAŞA Bank əməkhaqqı kart sahibləri üçün “Rahat-Yol” kartlarına 20% endirim!
Beynəlxalq Gənclər Gününə həsr olunmuş konfransda Azərbaycan həqiqətləri Avropa Gənclərinin diqqətinə çatdırıldı (FOTO)
Sosioloq: Bayramlaşmaya aid bəzi davranış və rituallar gələcəkdə dəyişikliyə məruz qala bilər
Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Türkiyədə koronavirusdan sağalanların sayı 226 min nəfəri ötüb
Dövlət Komitəsi sosial şəbəkədə tənqid olunan uşaq ədəbiyyatı ilə bağlı açıqlama yaydı
İşgəncələrə Qarşı Azərbaycan Komitəsi BMCMİ-də monitorinq keçirib
Dövlət katibi: Rumıniya Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün danışıqları bərpa etmək istəyir
Ceyhun Bayramov Mövlud Çavuşoğlu ilə görüşüb (FOTO)
PAŞA Bank ailəsinə qoşulun!
Şəkidə sərt karantin rejimi ləğv edilsə də, mübarizə davam edir (FOTO)
Hazırda Bakının “Dakar” meydanında nəqliyyatın hərəkəti dayanıb - SƏBƏB (FOTO)
Binəqədidə karantin qaydalarını pozanlar cərimələnib (FOTO)
Hərbi hissədə ideoloji işə həsr edilən növbəti tədbir keçirilib (FOTO/VİDEO)
Aeroport şossesində qəza olub, yolda sıxlıq yaranıb
Abşeronda sanitar-karantin qaydalarını pozan 28 nəfər cərimələnib (FOTO)
Xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn görüş keçirilib
Malayziya turistlər üçün sərhədi müəyyən istiqamətlər üzrə açacaq
İnsanlığa dəyər verən millətlərin seçimi terrorçuluq ola bilməz!
Nazirlər Kabineti ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı qərarına dəyişiklik edib
AQTA maarifləndirir: Dadlı və faydalı quru meyvələri necə seçək?
Avropa Komissiyası koronavirusla mübarizə layihələrinə 128 milyon avro ayıracaq
AQTA daha 187 müəssisədə reyd keçirib
Vyana Texnologiyalar Universiteti Bakıda ilk Magistr proqramına müsabiqə elan edib
Müdafiə Nazirliyi: Xaricdə məskunlaşan bəzi üzdəniraq şəxslər yüksək rütbəli zabitlərə qarşı qarayaxma kampaniyası aparırlar
Vilayət Eyvazov Serbiyalı həmkarı ilə görüşüb
Dövlət Komitəsi köçkün ailəsini nəzarətə götürdü (FOTO)
Neftçalada reyd: 3 nəfər cərimələnib (FOTO)
PAŞA Bank MasterCard əməkhaqqı kart sahibləri üçün MEGOGO-dan 1 aylıq pulsuz abunəlik!
“Azəriqaz”: Son 5 ildə yeni əhali abonentlərinin sayı yarım milyonu keçib (FOTO)
Avqustun 12-də dolların manata qarşı məzənnəsi
Telekommunikasiya ilə əlaqədar İnzibati Xətalar Məcəlləsində cərimələr müəyyənləşib
“Telekommunikasiya haqqında” Qanuna dəyişiklik edildi
Karantin qaydalarını pozaraq ad günü keçirənlər cərimələnib (FOTO)
Türkiyənin "Anadolu" agentliyi deputat Sevil Mikayılovanın Azərbaycan-Türkiyə münasibətləri barədə müsahibəsini dərc edib
Nəsimidə 12 kiloqramdan çox narkotik vasitə aşkarlanıb (FOTO)
Azərbaycanda 84 nəfər koronavirusa yoluxdu, 214 nəfər sağaldı
PAŞA Bank sahibkarlara dövlət dəstəyi proqramı çərçivəsində sürətli krediti tam onlayn şəkildə verən ilk bank oldu
FHN Tovuzda düşmən təxribatları nəticəsində dəyən ziyanın aradan qaldırılması işlərinə başlayıb (FOTO)
Pandemiya zamanı biznesinizi xilas edin!
Şagirdlərin elektron yerdəyişməsi başlayır
Nigeriyada qəbilələr arasında münaqişə: 13 nəfər həlak olub
Deputat: Yoluxma sayındakı müsbət dinamikanın davam etməsi üçün hər birimiz üzərimizə düşən vəzifəni yerinə yetirməliyik
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub
Vüqar Rəhimzadə: Növbəti illərdə “Qarabağ” və digər yataqlar uğurla istismar ediləcək və ölkəmizə böyük fayda gətirəcək
Rəcəb Tayyib Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənovu qəbul edib
BBAK: Bu il yarım milyondan çox sərnişin daşınıb
Quba və Neftçalada fərdi ev yanıb
Bakı Dövlət Peşə Mərkəzi “KKM Group” ilə əməkdaşlıq edəcək
Sosial müavinət və təqaüdlərin təyinatı sistemi tam proaktiv qaydada qurulacaq
Lənkəranda Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzi istifadəyə verildi (FOTO)
Avqustun 14-dən banklarda bloklanmış əmanətlərin qaytarılmasına başlanılacaq
Bakıda çimərliyi çirkləndirənlər cərimələndi (FOTO)
Bakıda azyaşlı oğlunun bıçaqla boğazını kəsən şəxs barəsində cinayət işi açılıb
Baş Nazir Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru arasında telefon danışığı olub
Gürcüstanda koronavirusa yoluxma halları artır
Bakıda 30-a yaxın evdən oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Masallıda yeni məktəb binasının tikintisinə 1,5 milyon manat ayrılıb
Əhmədiyyə Cəbrayılovun 100 illiyi qeyd ediləcək - Sərəncam
Qubada toy yarımçıq dayandırıldı, bəy və restoran sahibi saxlanıldı (FOTO)
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşlarına ünvanlanan mühazirə təşkil edilib
Avqustun 13-14-də 35 şəhər və rayonda imtahan keçiriləcək
Balakəndə karantini pozan obyekt sahibi 3 min manat cərimələnib (FOTO)
BMT Livana 50 min ton un göndərəcək
Azərbaycan nefti bahalaşır
Çində aramsız yağıntılar nəticəsində ölənlər var
“Abşeron” layihəsinin dayaq blokları hazırdır
Su ehtiyatlarından səmərəli istifadə üçün konkret və ciddi vəzifələr qoyulub - Nazir (FOTO)
Yeni "Rolls-Royce Ghost"un mühəndislik nailiyyətləri (VİDEO)
Bütün xəbərlər