...

Bu gün EKSPO-2025 Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər seçiləcək

Siyasət Materials 23 Noyabr 2018 09:27 (UTC +04:00)
Bu gün EKSPO-2025 Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər seçiləcək.
Bu gün EKSPO-2025 Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər seçiləcək

Bakı. Trend:

Bu gün EKSPO-2025 Ümumdünya Sərgisinin təşkil olunacağı şəhər seçiləcək. Trend-in məlumatına görə, səsvermə Parisdə Beynəlxalq Sərgi Bürosunun Baş Assambleyasının 164-cü sessiyasında keçiriləcək.

EKSPO-2025-in keçirilmə hüququna 3 namizəd ölkə var - Bakı (Azərbaycan), Yekaterinburq (Rusiya) və Osaka (Yaponiya).

Qeyd edək ki, qalib şəhər gizli səsvermə yolu ilə seçiləcək.

Səsvermədən öncə namizəd-şəhərlər öz planları ilə çıxış edəcəklər. İlk olaraq Azərbaycan təqdimat çıxışını edəcək. Daha sonra Yaponiya və Rusiya nümayəndə heyətləri çıxış edəcək.

Səsvermənin saat 18:00-dan sonra keçiriləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti