...

Karaqanda hadisələri: Ermənistan əkdiyini biçməkdədir

Siyasət Materials 8 Yanvar 2019 12:28 (UTC +04:00)
Karaqandadakı hadisələr onu göstərir ki, Ermənistan əkdiyini biçməkdədir
Karaqanda hadisələri: Ermənistan əkdiyini biçməkdədir

Bakı. Ləman Zeynalova - Trend:

Karaqandadakı hadisələr onu göstərir ki, Ermənistan əkdiyini biçməkdədir.

Bunu Trend-ə “Baku Network” Ekspert Şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

Xatırladaq ki, cari ilin 1 yanvar tarixində Yeni il gecəsi Qazaxıstanın Karaqanda şəhərində ermənilərə məxsus olan “Drevniy Rim” restoranında cinayət hadisəsi baş verib. İaşə obyektində Yeni ili qarşılamaq üçün toplaşmış ermənilər və qazaxlar arasında mübahisə yaranıb, daha sonra restoranın həyətində dava formasında davam etdirilib və nəticədə 1 qazax gənc - 1995-ci il təvəllüdlü Raxımjan Janseyt öldürülüb, digər 3 qazax müxtəlif xəsarətlər alıb.

Hadisə ilə bağlı videogörüntülər də sosial şəbəkələrə ötürülüb. Hüquq-mühafizə orqanları tərəfindən qətl hadisəsini törətmiş və bu cinayətdə təqsirli bilinən erməni milliyyətli 2 nəfər - Malxasyan Torqom Manveloviç, Malxasyan Soxak Samveloviç və qazax milliyyətli 1 nəfər - Nadırbekov Kair Xamitoviç tutularaq barələrində həbs qətimkan tədbiri seçilib, erməni milliyyətli digər 1 nəfər - Qururyan Narek haqqında isə axtarış elan edilib. Bu şəxslər barəsində məlumat hadisədən 2 gün sonra mətbuatda rəsmi olaraq dərc olunub. Baş vermiş hadisə, yəni ermənilərin mütəşəkkil dəstə şəklində etnik qazaxı öldürməsi Qazaxıstan ictimaiyyətində haqlı narazılığa səbəb olub.

E.Ələsgərov bildirib: “Ermənistan hakimiyyətinin nümayəndəsi Karaqandada vəziyyətin gərginləşməsində Azərbaycanı ittiham edib, amma reallıqda hadisələr onunla bağlıdır ki, Qazaxıstanda anti-erməni əhvali-ruhiyyə artır. Bu isə iki amillə bağlıdır: birincisi, əlbəttə ki, Karaqandada törədilmiş cinayətdir, ikincisi isə Ermənistanın anti-türk ideologiyasıdır”.

O qeyd edib ki, erməni politoloqlar öz şərhlərində çox vaxt hədlərini aşaraq türk xalqlarını “ikinci növ insanlar” və “mədəniyyətsiz” adlandırır:

“Əlbəttə ki, bu, türkdilli əhalinin yaddaşından silinə bilməz. Belə bir atalar sözü var: Nə əkərsən, onu biçərsən”.

Onun fikrincə, Qazaxıstanla Ermənistan arasında münasibətləri pozan daha bir amil KTMT ilə bağlı hadisələrdir:

“Ermənistanda Qazaxıstanın KTMT-yə erməni Baş katibin ikinci müddətə seçilməsini dəstəkləməməsi ilə bağlı vəziyyəti düzgün qəbul etməyiblər”.

E.Ələsgərov qeyd edib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Dağlıq Qarabağ münaqiçəsi ilə bağlı bəyanatından sonra ermənilər onun şərəfinə adlandırılmış küçənin adını dəyişdilər və anti-Qazaxıstan şüarlar səsləndirdilər:

”Ona görə də Karaqandada baş verənlər dərin köklərə malikdir. Ermənilərin şovinizm ideologiyası qonşuların cavab reaksiyasını yaradır. Bu, Türkiyədə də, Qazaxıstanda da, Özbəkistanda da, digər türkdilli ölkələrdə də hiss olunur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti