...

Ekspert: Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu

Siyasət Materials 20 Yanvar 2019 15:37 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu.

Bu barədə Trend-ə Brüssel Avropa Tədqiqat İnstitutunun Mədəni diplomatiya kafedrasının rəhbəri, professor Naciye Selin Şenocak bildirib.

Onun sözlərinə görə, həmin anda Azərbaycan xalqı müdafiəsiz idi: "20 yanvarda sovet hakimiyyəti qanlı divan tutaraq Azərbaycan xalqını müstəqillikdən məhrum etmək istəyirdi".

S.Şenocak qeyd edib ki, 20 yanvarda bütün dünyanın, həmçinin Qərbin susduğu qanlı faciə baş verib: "Bütün bunlara baxmayaraq, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində qəhrəmanlıq səhifəsi oldu".

Ekspertin sözlərinə görə, bu gün Azərbaycan torpağının təxminən 20 faizi erməni işğalı altındadır: "ATƏT, həmçinin BMT Dağlıq Qarabağ məsələsində qətiyyətli hərəkət etməyənə qədər, Ermənistan dünya ictimaiyyətinə məhəl qoymayacaq və öz işğalçı siyasətini davam etdirəcək".

O daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanı Avrasiyanın parlaq ulduzuna çevirib: "Dünyanın erməni təcavüzünə göz yummasının əsas səbəbi Azərbaycanın regionun güclü dövləti olmasına mane olmaqdan ibarətdir".

Xəbər lenti

Xəbər lenti