Birinci vitse-prezident Mehriban Əliyeva Bakıdakı Uşaq Psixonevroloji Mərkəzində olub (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva Bakıdakı Uşaq Psixonevroloji Mərkəzində olub (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Bakının Nərimanov rayonundakı Uşaq Psixonevroloji Mərkəzində olub.

Dəfələrlə bu müəssisəyə gələn Mehriban xanım Əliyeva tibbi bərpa və təlim-tərbiyə prosesləri ilə yaxından maraqlanıb, mövcud problemlərin həllinə dair tapşırıqlar verib. Bu gün də Mehriban Əliyeva burada yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqlar üçün yaradılan şəraitlə maraqlanıb.

Mərkəzin baş həkimi İradə Musayeva Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki, hazırda müəssisədə körpəlikdən yetkinlik yaşına qədər 103 uşağa tibbi xidmət göstərilir. Burada uşaqların yaşayışı, müalicəsi, xüsusi təhsilə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə 2009-cu ildə inşa edilən bu tibb ocağında psixoloq, aromaterapiya, okulist, psixonevroloq, nevropatoloq, loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları fəaliyyət göstərir. Mərkəzdə autizm, uşaq serebral iflici və formaları, əqli gerilik və ləngimələr, onun təzahürlərindən əziyyət çəkən uşaqlar müalicə olunurlar. Onların müalicəsi isə kompleks şəklində, yəni həkim və pedaqoji müalicə daxil olmaqla aparılır. Mərkəzdə bu sahədə dünyada tətbiq olunan müasir proqramlardan istifadə edilir. Burada ən müasir tibb və diaqnostik cihazlardan, reabilitasiya avadanlığından istifadə olunaraq, sağlamlıq imkanları məhdud uşaqlara ən yüksək səviyyədə tibbi və bərpa xidməti göstərilir. Bunun üçün mərkəzdə hər cür şərait yaradılıb. Uşaqların müalicəsi, təlim-tərbiyəsi ilə peşəkar tibbi, pedaqoji və texniki heyət məşğul olur.

Birinci vitse-prezident Mehriban Əliyeva uşaqlarla söhbət etdi.

Doqquz yaşlı Ömərlə birgə rəsm çəkən birinci xanım Mehriban Əliyeva onun bacarıqlı olduğunu dedi. Heydər Əliyev Fondunun prezidenti uşaqların müalicəsi üçün tətbiq edilən prosedurları izlədi, müalicə zamanı istifadə olunan üsullarla maraqlandı. Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan 6 yaşlı Nasimin də istək və arzularını dinlədi, oyun vasitəsilə onun suallarını cavablandırdı. Tibb müəssisəsinin digər balaca pasiyenti Abdullanın müalicəsi isə filtrasiya olunan musiqinin xüsusi qulaqcıqlarla dinlənilməsinə əsasən beyinə impulsların ötürülməsi ilə aparılır.

Müalicənin bu üsulu ilə maraqlanan Birinci vitse-prezidentə məlumat verildi ki, cari ildən həmin müalicədə tətbiq edilən yeniliklərdən biri də Azərbaycan klassik musiqisinin filtrasiya olunaraq istifadə edilməsidir.

Ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Dövlət sağlamlıq imkanları məhdud uşaqların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Mərkəzdə yaradılan şərait də bunu bir daha təsdiq edir.

Xüsusi qayğıya ehtiyacı olan balacalar Mehriban Əliyeva ilə söhbət edərək, bacarıqlarını nümayiş etdirdilər.

Uşaqlar Heydər Əliyev Fondunun prezidentinə sevimli oyunlarından, oxuduqları mahnılardan danışdılar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müəssisənin həyətində inşa edilən akt zalı haqqında da məlumat verildi.

Mərkəzdə müalicə və təhsil alan uşaqlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.

Birinci vitse-prezident tibb ocağının fəaliyyətinə uğurlar arzuladı.

Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb
Türkiyəyə səfər edən Azərbaycan vətəndaşlarının sayı artıb
Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb
Azərbaycanda mehmanxanaların gəlirləri açıqlanıb
Hotellərdə gecələmələrin sayı 40 faizə yaxın azalıb
Hotellərdə gecələmələrin sayı 40 faizə yaxın azalıb
Loading Bars
Xəbər lenti
Qəzza və İordanın Qərb sahilində gün ərzində 26 fələstinli ölüb, 600 nəfərdən çox yaralanıb
Dünyada ötən sutka koronavirusa 717 mindən çox yoluxma qeydə alınıb - ÜST
Suriyadan İsrailə üç raket buraxılıb
"Amazon" ilin sonuna qədər İngiltərədə 10 min yeni iş yeri yaradacaq
Ukraynanın Səhiyyə naziri istefa etdi
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
DİN itkin düşən qadınla bağlı əhaliyə müraciət edib (FOTO)
Balakəndə evdə yanğın olub
Ukrayna iqtisadiyyat və infrastruktur nazirləri istefa ediblər
Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qarabağdan növbəti görüntülər paylaşıb (FOTO/VİDEO)
Füzulidə ev yanıb
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Bakıda restoranda qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb
"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​
Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub
Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub
Aprel ayında 11 uşaq övladlığa verilib
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib
AVRO-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır
Yasamalda gəncin intihar etməsi faktı ilə bağlı araşdırma aparılır
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub
Zabrat şossesində yolun bir zolağı hərəkət üçün məhdudlaşdırılıb
"Avro-2020"nin rəsmi mahnısı müəyyənləşib
İranda daha 202 nəfər koronavirusdan ölüb
Makron öz sözləri ilə ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu - Rusiyalı tarixçi
Azad olunmuş ərazilərdə indiyədək 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib (FOTO)
RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Volqoqradda Regionlararası forum keçirilib (FOTO)
Qaxda təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub (FOTO)
Sabah hava necə olacaq?
Şuşada 30 ildən sonra “Xarıbülbül” festivalının keçirilməsi dünyaya bir mesaj idi - Deputat
Hacıqabul sakinləri narkotikə görə saxlanıldı (FOTO)
Azərbaycan nefti ucuzlaşıb
Birjalarda neft qiymətləri necədir?
126 müəssisədən Rusiyaya pomidor ixracına icazə verilib
Fransa prezidenti Makron öz erməni "sevgisindən" əl çəkmir - Deputat
“Nar”ın “Oxu saatı” layihəsinin növbəti qiraətçisi Zülfiyyə Xanbabayeva olacaq (FOTO)
İki rayonda qaz xətləri yenilənir (FOTO)
“Xarıbülbül” musiqi festivalının mədəni və siyasi əhəmiyyəti böyükdür - Deputat
Biləsuvarda standartlara cavab verməyən avtomobillərin sürücüləri məsuliyyətə cəlb olunub
Müdafiə naziri azad olunmuş ərazilərdə yerləşən HHMQ bölmələrində olub (FOTO)
Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb
Bu gün Azərbaycan premyer liqasında 27-ci turun oyunları keçiriləcək
Qazaxda çayxana yanıb
Azərbaycan tarixinin ən mühüm mədəniyyət hadisəsi: "Xarıbülbül" festivalı milli birlik və həmrəyliyin nümayişi oldu
Diametri 200 m-ə qədər olan asteroid Yer kürəsinə yaxınlaşacaq
Kolumbiyada 4,3 bal gücündə zəlzələ baş verib
ABŞ-da atışma zamanı doqquz nəfər yaralanıb
BMT-nin Baş katibi Qəzza zolağı və İsraildə döyüşlərə son qoyulmasını tələb etdi
Qəzza və İsraildə zolağa daxil olması barədə məlumatlar təkzib edilib
Həmas hərəkatı İsrailin Aşkelon və Aşdod istiqamətində 150 ​​raket atıb
BMT Təhlükəsizlik Şurası İsrail və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcək
İsrail ordusunun hava və quru qoşunları Qəzza zolağına hücuma başlayıb
"Borussiya" beşinci dəfə Almaniya kubokunun qalibi oldu
Türkiyədə koronavirusdan sağalanların sayı 4,85 milyonu ötüb
Daşkəsəndə “Təmiz hava” aylığı ilə əlaqədar tədbirlər davam etdirilir (FOTO)
Livandan İsrailin şimal sahillərindəki Aralıq dənizi ərazisinə üç raket atıldı
ABŞ Ermənistan-Azərbaycan sərhədindəki gərginliyin azaldılmasına çağırır
Rusiya Azərbaycanın daha 30 müəssisəsindən pomidor idxalına icazə verəcək
Xarici İşlər Nazirliyi Ermənistan və Azerbaycan sərhədində baş verən gərginliklə bağlı açıqlama verib
İsrail Müdafiə Ordusu 9000 ehtiyatda olan əsgərinin çağırışını elan edib
Azərbaycanın xarici işlər nazirinin ATƏT-in fəaliyyətdə olan sədri ilə telefon danışığı olub
Samuxda 3 otaqlı ev yanıb
"Alyans" İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 98-ci doğum günü ilə əlaqədar tədbir keçirilib (FOTO)
Bu gün Azərbaycanda 21 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvənd olunub
Azərbaycanda 509 nəfər koronavirusa yoluxub, 1427 nəfər sağalıb, 16 nəfər vəfat edib
Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub
Prezident İlham Əliyev Azərbaycanın ən yeni tarixinin şanlı səhifəsini yazdı: “Xarıbülbül” festivalı hər il keçiriləcək!
"Air France" şirkəti Tel-Əvivə uçuşlarını dayandırıb
İsrail Hava Qüvvələri Qəzza zolağından buraxılan dronu vurduğunu açıqladı
"Twitter"in işində problemlər yaranıb
Heydər Əliyevin Qarabağla bağlı arzularının əks olunduğu video-çarx Prezident İlham Əliyevi kövrəltdi (VİDEO)
Prezident İlham Əliyev Cıdır düzündə bir daha "Qarabağ Azərbaycandır" dedi (VİDEO)
İstefada olan general-polkovnik Tofiq Ağahüseynov dəfn edilib (FOTO)
Mingəçevirdə qanlı dava: 3 nəfər saxlanılıb
Şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olundu (FOTO)
Azərbaycan neftinin qiyməti qalxıb
Daha 3 şəhidin yeni doğulan övladına hesab açılacaq (FOTO)
Şuşada “Xarıbülbül” festivalını yenidən keçirmək arzumuz gerçək oldu - Xalq artisti
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb (VİDEO)
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İranda ötən sutka 297 nəfər koronavirusdan ölüb
IATA və AZAL arasında IATA Travel Pass mobil əlavəsinin Azərbaycanda tətbiq edilməsinin mümkünlüyü müzakirə edilib
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə telefonla zəng edib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” musiqi festivalının qala-konsertində iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Müdafiə Nazirliyi istefada olan general-polkovnikin vəfatı ilə əlaqədar başsağlığı verib
Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub (YENİLƏNİB) (FOTO/VİDEO)
Şuşada keçirilən "Xarıbülbül" festivalı böyük tarixi qələbənin təntənəsidir - Şuşalı deputat
AXC-Müsavat cütlüyünün Naxçıvanla bağlı mənfur niyyətinin qarşısını məhz Heydər Əliyev aldı - Deputat
Mətbuat prospektində avtomobillərin hərəkətində sıxlıq var - SƏBƏB (FOTO)
Sabah hava necə olacaq?
Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" gəmi-bərəsi milli adət-ənənələrə uyğun qarşılanıb (FOTO)
Neftçala sakini narkotiklə saxlanılıb
Şuşada tikiləcək məscid Vətənimizin bir tacı olacaq - QMİ sədri
Bütün xəbərlər