...

Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib (FOTO)

Siyasət Materials 25 Fevral 2019 14:48 (UTC +04:00)
Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən Düşənbə şəhərində tədbir keçirilib.
Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə bağlı Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən Düşənbə şəhərində tədbir keçirilib.

Azərbaycanın Tacikistandakı Səfirliyindən Trend-ə verilən məlumata görə. fevralın 21-də Xocalı soyqrımının 27-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Düşənbənin “Kayxon” kinoteatrında çoxsaylı beynəlxalq mükafatların laureatı, ABŞ və Litva kinomatoqrafçıların birgə istehsalı olan “Sonsuz Dəhliz” (“Endless Corridor”) sənədli filmi nümayiş etdirilib.

Mərasimdə Tacikistan dövlət qurumlarının nümayəndələri, Tacikistanda akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, ölkənin tanınmış şəxsləri və jurnalistlər iştirak ediblər.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Azərbaycanın Tacikistandakı səfiri Həsən Məmmədzadə Xocalı soyqırımını XX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi adlandırıb. Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində doğma torpaqlarından zorla çıxarılan bir milyondan artıq azərbaycanlının öz vətənlərində qaçqın və məcburi köçkün kimi yaşadıqlarını diqqətə çatdırıb.

Xocalı soyqırımından 27 il keçməsinə baxmayaraq, onun bütün azərbaycanlıların xatirəsində əbədi iz qoyduğunu vurğulayan səfir bu faciəni bəşəriyyətə qarşı yönəlmiş cinayət kimi dəyərləndirib, Xocalıda insanların yalnız azərbaycanlı olduqları üçün qətlə yetirildiyini bildirib. O, Xocalı soyqırımının 10-dan artıq dövlətin parlamenti və ABŞ-ın 20-dən artıq ştatı tərəfindən rəsmən tanındığını qonaqların diqqətinə çatdırıb. Əlavə olaraq qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında aparılan işlər nəticəsində Azərbaycan həqiqətləri, Xocalıda baş verən hadisələr dünya ictimaiyyətinə çatdırılır.

Filmi ürəkağrısı ilə izləyən tamaşaçılar Xocalı hadisələri nümunəsində erməni faşizminin əsl simasını bir daha görüb, bu cinayəti törətmiş şəxslərin tezliklə öz cəzalarını alacaqlarına şübhə etmədiklərini bildiriblər.

“Sonsuz Dəhliz” filmi ilk dəfə olaraq Tacikistanda nümayiş olunub. Tədbirdə iştirak edən tacik bloqerləri və yerli KİV nümayəndələri də Xocalıda baş verən hadisələr barədə sosial şəbəkələrdə paylaşımlar ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti