...

BMT-nin Azərbaycandakı nümayəndəliyi bayrağını endirdi - SƏBƏB?

Siyasət Materials 11 Mart 2019 12:04 (UTC +04:00)
BMT-nin Azərbaycandakı nümayəndəliyi “Efiopiya hava yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar təşkilatın bayrağını yarıya qədər endirib.
BMT-nin Azərbaycandakı nümayəndəliyi bayrağını endirdi - SƏBƏB?

Bakı. İlhamə İsabalayeva - Trend:

BMT-nin Azərbaycandakı nümayəndəliyi “Efiopiya hava yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar təşkilatın bayrağını yarıya qədər endirib.

Trend-in məlumatına görə, “Efiopiya hava yolları”na məxsus təyyarənin qəzaya uğraması nəticəsində 157 nəfər, o cümlədən BMT-nin 11 əməkdaşı həlak olub:

"Onların xatirəsini anmaq üçün BMT-nin Azərbaycandakı nümayəndəliyi təşkilatın bayrağını yarıya qədər endirib. BMT-nin Baş katibi Antonio Quterreş həlak olanların ailələrinə başsağlığını çatdırıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti