...

MDB XİN Şurasının növbəti iclası Moskvada keçiriləcək

Siyasət Materials 27 Mart 2019 14:19 (UTC +04:00)

Bakı. Trend:

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri (XİN) Şurasının növbəti iclası aprelin 5-də Moskvada keçiriləcək.

Bu barədə Trend MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verir

İclasın gündəliyinə 10 məsələ daxildir.

Nazirlər MDB dövlət başçılarının II Dünya müharibəsinin başlanmasının 80 illiyi ilə bağlı bəyanat layihəsini, həmçinin xarici siyasət idarələri arasında tərəfdaşlığın artırılması məsələlərini müzakirə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti