...

Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə şəhid zabitin ailəsi yeni mənzillə təmin olunub

Siyasət Materials 29 Mart 2019 14:34 (UTC +04:00)
Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə şəhid zabitin ailəsi yeni mənzillə təmin olunub.
Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə şəhid zabitin ailəsi yeni mənzillə təmin olunub

Bakı. Trend:

Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə şəhid zabitin ailəsi yeni mənzillə təmin olunub.

Trend-in məlumatına görə, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişi ilə 2016-cı il aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun ailəsi yeni mənzillə təmin olunub.

Qeyd edək ki, bu günlərdə Ali Məhkəmə “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında şəhid zabit Sənan Axundovun ailəsinin əlindən 50 kvadratmetrlik mənzilin alınması haqqında qərar çıxarıb.

Yaranmış vəziyyətlə əlaqədar Heydər Əliyev Fondunun nümayəndələri şəhid zabitin ailəsi ilə görüşüb və Vətən uğrunda döyüşlərdə həlak olmuş Sənan Axundovun xatirəsinin əziz tutulması, onun ailəsinin üzləşdiyi probleminin həlli ilə bağlı Fondun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Bakının Nərimanov rayonunda yeni mənzillə təmin olunduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti