...

Kanada nümayəndəsi: Bakıdakı UNESKO Ümumdünya İrs Komitəsinin sessiyası böyük əhəmiyyət daşıyır

Siyasət Materials 2 İyul 2019 20:39 (UTC +04:00)
Bakıda keçirilən UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası dünya mədəni irsinin mühafizəsi və bunun gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır
Kanada nümayəndəsi: Bakıdakı UNESKO Ümumdünya İrs Komitəsinin sessiyası böyük əhəmiyyət daşıyır

Bakı. Sara İsrafilbəyova - Trend:

Bakıda keçirilən UNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası dünya mədəni irsinin mühafizəsi və bunun gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıyır.

Trend-in məlumatına görə, bunu sessiyada iştirak edən Kanada nümayəndəsi Mark Qustafson deyib.

O qeyd edib ki, Bakı Şərqlə Qərbin inanılmaz birliyidir: “Şəhər mənim gözləntilərimi üstələdi. Tədbirin təşkilatçılığı, xüsusilə də açılış mərasimi məni heyran etdi".

Qeyd edək ki, 43-cü sessiyaya xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti