...

Səfir: ABŞ Azərbaycanın yanındadır (FOTO)

Siyasət Materials 5 İyul 2019 20:43 (UTC +04:00)
ABŞ Azərbaycanın yanında olub və bu gün də yanındadır.
Səfir: ABŞ Azərbaycanın yanındadır (FOTO)

Bakı. Ləman Zeynalova - Trend:

ABŞ Azərbaycanın yanında olub və bu gün də yanındadır.

Trend-in məlumatına görə, bunu ABŞ-ın Müstəqillik Gününə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında bu ölkənin Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.

Səfir deyib ki, Azərbaycan müstəqilliyini bərpa edən vaxtdan bəri ABŞ onu dəstəkləyir:

"25 ildən artıqdır ki, ABŞ Azərbaycanı dəstəkləyir. Bu gün də Azərbaycanın dünyada rolu artdığı vaxt, biz sizin yanınızdayıq".

Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov deyib ki, Azərbaycanla ABŞ arasında sıx strateji əməkdaşlıq mövcuddur:

"Azərbaycan ABŞ-ın həyata keçirdiyi antiterror əməliyyatlarını dəstəkləyir. ABŞ isə öz növbəsində "Cənub Qaz Dəhlizi" də daxil olmaqla beynəlxalq enerji layihələrinə dəstəyini nümayiş etdirir".

Nazir qeyd edib ki, bu gün Azərbaycan ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır:

"Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 860 milyon dollar olub. Bugünədək ABŞ Azərbaycana 13, 6 milyard, Azərbaycan isə ABŞ-a 8,2 milyard dollar investisiya yatırıb".

Daha sonra S.Şərifov vurğulayıb ki, rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli prosesində ABŞ-ın səylərinə böyük ümid bəsləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti