...

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkilində fəal iştirak etmiş şəxslər fəxri diplomla təltif edilib

Siyasət Materials 1 Avqust 2019 19:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkilində fəal iştirak etmiş şəxslər fəxri diplomla təltif edilib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2019-cu il 30 iyun–10 iyul tarixlərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilirlər:

Babazadə Aygün Zeynal qızı

Bağırlı Araz Fikrət oğlu

Bayramov Rizvan Mustafa oğlu

Eyvazzadə Vasif Rasif oğlu

Əhmədov Əfsun Məzahir oğlu

Əliyeva Günay Sabir qızı

Xıdırov Ələkbər Şahmar oğlu

Pietro Laureano

Sami Yusuf.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti