Vüqar Rəhimzadə: Paşinyanın hakimiyyət hərisliyi Ermənistanı növbəti siyasi kollapsla qarşılaşdırıb

Vüqar Rəhimzadə: Paşinyanın hakimiyyət hərisliyi Ermənistanı növbəti siyasi kollapsla qarşılaşdırıb

Bakı. Trend:

“Ermənistan çox ciddi iqtisadi və siyasi böhranla üz-üzədir. Nikol Paşinyanın hakimiyyət hərisliyi və acgözlüyü Ermənistanı növbəti dəfə siyasi kollapsla qarşılaşdırıb. Buna səbəb isə “Amulsar” qızıl mədəninin “Lydian Armenia” şirkəti tərəfindən işlədilməsi ilə bağlı davam edən proseslərin Ermənistan hökuməti ilə xalq arasında fikir ayrılığının yaranmasıdır”. Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında deyib.

V.Rəhimzadə bildirib ki, “Amulsar” qızıl mədəni ətrafında yaranmış siyasi xaos və Ermənistan hökumətinin düşdüyü isterik durum Nikol Paşinyanın ictimai nüfuzuna çox ciddi mənfi təsir göstərməkdədir: “Ümumiyyətlə, bu layihənin icrası Ermənistanda Rusiya biznesinin tam sıxışdırılaraq Qərb kapitalına üstünlük verilməsi deməkdir. Bu mənada Nikol Paşinyan da layihəyə neqativ yanaşan xalqın qarşısında aciz qalıb. Çünki layihə baş tutmayacağı təqdirdə baş nazir Qərbin dəstək və etimadını itirəcək, nəticə etibarilə Ermənistanın investisiya mühiti pisləşəcək və etibarsız tərəfdaş imici formalaşacaq”.

“Müşahidələrimiz onu göstərir ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiya kapitalını sıxışdırmaq üçün addımlar atılıb” deyən Vüqar Rəhimzadə əlavə edib ki, Paşinyan antirusiya fəaliyyətini əsaslandırmaq üçün “Amulsar” ətrafında manipulyasiya edir. Guya “Amulsar”ın fəaliyyətə başlaması işsizliyin azalmasına şərait yaradacaq, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına xidmət edəcək. Lakin bunun ağ yalan olduğunu həm cəmiyyət, həm müxalifət, həm də qeyri-hökumət təşkilatlarının nümayəndələri vurğulayırlar. Həmçinin müxalif qruplar qızıl mədəninin fəaliyyətə başlamasının ətraf mühitə və su təchizatına ciddi dərəcədə zərər vuracağı qənaətindədir”.

Vüqar Rəhimzadə vurğulayıb ki, “Lydian International” Qərb kapitallı bir şirkətdir və Nikol Paşinyan da bu şirkətə Ermənistanda işləməyə icazə verməklə hakimiyyətini gücləndirmək, Rusiyadan asılılığı azaltmaq üçün Böyük Britaniyaya, ABŞ-a yarınmaq niyyətindədir: “Lakin Paşinyanın hesablaya bilmədiyi bir məqam var idi, o da erməni xalqının rəyidir. Paşinyan öz aləmində siyasi manevr etməyə çalışsa da, odla-su arasında qalıb. Bir tərəfdən, Ermənistan ictimaiyyəti, digər tərəfdən, Rusiya faktoru Paşinyanı çıxılmaz duruma salıb. Hətta, bu ilin əvvəlində Böyük Britaniya qeydiyyatlı “Lydian International” şirkətinin hökuməti beynəlxalq məhkəmədə 2 milyard dollarlıq iddia qaldıracağı ilə hədələməsi, sonda hökumətin şirkətin lehinə qərar verməsi vəziyyəti daha da gərginləşdirib. Bəlkə də elə bu səbəbdəndir ki, Paşinyan vəziyyətdən çıxış yolunu Vaşinqtonda axtarmaqdadır. Ona görə də sentyabr ayında Paşinyanın Vaşinqtona gözlənilən səfərində “Amulsar” qızıl mədəni ilə bağlı məsələnin ABŞ-Ermənistan münasibətləri kontekstində gündəm mövzusu olacağı haqda mətbuatda məlumatlar yayılmaqdadır. ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mil mediaya açıqlamasında Paşinyan hökumətinin “Lydian” şirkətinin lisenziyasını ləğv edəcəyi halda bunun ABŞ-Ermənistan münasibətlərinə xələl gətirəcəyini və xarici investorları qorxudacağını bildirməsi nə dərəcədə ciddi olmasının göstəricisi sayıla bilər”.

“İki sahil” qəzetinin baş redaktoru diqqətə çatdırıb ki, “Amulsar” qızıl mədəni ətrafında baş verənlər bu gün Nikol Paşinyan iqtidarı üçün çox ciddi problemə çevrilib: “Çünki mədənlə bağlı hökumətin qeyri-adekvat reaksiyası müxalifət partiyaları tərəfindən tənqid edilməkdədir. Hətta, “Daşnaksütyun” partiyası xalqın istəyinin təmin edilməsi məqsədi ilə referendumun keçirilməsi barədə çağırış edib. Bu kontekstdə layihənin parlamentdə səsə qoyulması, ölkənin ən böyük partiyası olan hakim “Mənim Addımım” Alyansı daxilində parçalanmaya səbəb olması gözləniləndir. Eyni zamanda, müxalif “Çiçəklənən Ermənistan” partiyası da ictimai konsensusa əsaslanaraq qərar verilməsinin vacib olduğunu vurğulayıb və aksiyaçılara qoşulan partiyanın lideri Naira Zöhrabyan əhalinin etirazı olacağı təqdirdə “Amulsar” qızıl mədənində aparılacaq fəaliyyətə qarşı çıxacaqlarını söyləyib. Parlamentin digər qrupu olan “İşıqlı Ermənistan” partiyası isə digərlərindən fərqli olaraq radikal davranmayıb və əhalinin narahatlığını bölüşüb. Radikal “Sasna Tser” partiyasının nümayəndəsi Qaregin Çüqaszyan isə bir neçə gün öncə Nikol Paşinyanla görüşündə “Amulsar” layihəsi ilə bağlı atılacaq hər hansı bir səhv addımın onun siyasi karyerasına son qoyacağını açıq şəkildə bildirib. Bütün bu siyasi diskussiyalar və addımlar onu göstərir ki, Ermənistan növbəti, əgər belə demək mümkündürsə, daha dərin siyasi böhran ərəfəsindədir”.

Vüqar Rəhimzadə söyləyib ki, onsuz da Rusiya ilə siyasi münasibətləri gərgin olan Ermənistanın durumu Paşinyanın verəcəyi qərardan asılı olacaq. İstənilən halda Paşinyan Ermənistanı ya siyasi, ya da sosial-iqtisadi böhrana salacaq.

Beşinci Buktreyler Festivalı: İştirak üçün 8 addım!
Beşinci Buktreyler Festivalı: İştirak üçün 8 addım!
Heydər Əliyev Sarayında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib (FOTO)
Heydər Əliyev Sarayında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib (FOTO)
“CinemaPlus” kinoteatrında “Bayi toplantısı” türk komediyasının premyeradan öncə nümayişi keçirilib (FOTO/VİDEO)
“CinemaPlus” kinoteatrında “Bayi toplantısı” türk komediyasının premyeradan öncə nümayişi keçirilib (FOTO/VİDEO)
Loading Bars
Xəbər lenti
Beşinci Buktreyler Festivalı: İştirak üçün 8 addım!
Heydər Əliyev Sarayında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib (FOTO)
Çində koronavirus qurbanlarının sayı 2715-ə çatıb
Azərbaycanın bank sektorunun kapitallaşması artıb
Türkiyədə güclü zəlzələ baş verib
Disney-in yeni rəhbəri təyin edilib
“CinemaPlus” kinoteatrında “Bayi toplantısı” türk komediyasının premyeradan öncə nümayişi keçirilib (FOTO/VİDEO)
Türkiyə-İran sərhədində yenidən zəlzələ baş verib
Gənc atletimiz “Minsk U20 International Match” turnirində qızıl medal qazanıb
ABŞ Çin, İraq, Rusiya və Türkiyənin 13 vətəndaşına və şirkətinə sanksiya tətbiq edib
Bakıda yaşayış binasında yanğın olub
Birinci vitse-prezident Mehriban Əliyeva: Xocalı soyqırımı bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayətdir və yaddaşlarımızdan heç vaxt silinməyəcəkdir (FOTO)
XX əsrin faciəsi: Xocalı soyqırımından 28 il ötür
Bakıda qadın meyiti tapılıb
Suriyada sutka ərzində ikinci partlayış baş verib
AMEA-dakı veteran alimlərin sayı açıqlandı
Parlament seçkiləri ilə bağlı yekun protokol Konstitusiya Məhkəməsinə göndərildi
Parlament seçkiləri Azərbaycan tarixində mühüm bir hadisə oldu – Məzahir Pənahov
Güclü külək Ağdamın bir neçə kəndini işıqsız qoyub
Rəcəb Tayyib Ərdoğan: Xocalı qətliamını törədənləri bir daha şəxsən öz adımdan və millətim adından lənətləyirəm
Türkiyə Prezidenti: Biz Azərbaycanın uğurları ilə fəxr edirik
Prezident İlham Əliyev: Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək
BŞBPİ-də Xocalı qurbanları yad edildi (FOTO)
Prezident İlham Əliyev: Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir
Prezident İlham Əliyev: Azərbaycan və Türkiyə arasında əlaqələr strateji xarakter daşıyır, dostluq-qardaşlıq üzərində qurulub
Dövlət Komitəsində “Xocalı - bu olub” tamaşasının nümayişi keçirilib (FOTO)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb (FOTO)
Bir sıra seçki məntəqələrində nəticələr ləğv edilib
Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib (FOTO)
87 məntəqə seçki komissiyası buraxıldı
Azərbaycan BMT İnsan Hüquqları Şurasının iclasında təmsil olunur (FOTO)
MSK parlament seçkilərinin ümumi yekunlarına dair protokolun tərtibinə başlayıb
Yanvarda Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı açıqlanıb
Daha iki məntəqədə səsvermənin nəticələri etibarsız sayıldı
Prezident İlham Əliyev tərəfindən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə ziyafət verilib (FOTO)
MSK lider namizədin müraciətini təmin etmədi
Nərimanov Birinci Seçki Dairəsində 10 məntəqədə nəticələr ləğv edilib
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar videoçarx yerləşdirilib (VİDEO)
Dillər Universitetində Xocalı soyqırımının qurbanları anılıb (FOTO)
İrandan Azərbaycana qayıdan 23 nəfər xəstəxanaya yerləşdirilib
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər (FOTO) (YENİLƏNİB)
“Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb (FOTO)
“E-sosial”ın aktiv istifadəçi sayı 153,6 minə çatıb
Daha 2 məntəqədə seçkilərin nəticələri ləğv edilib
Heydər Əliyev Fondu Rauf Babayevin müalicəsi ilə bağlı məsələləri nəzarətə götürüb
Azərbaycan-Türkiyə sənədləri imzalanıb (FOTO) (YENİLƏNİB)
Külli miqdarda xarici valyutanın ölkədən çıxmasının qarşısı alınıb
Bu gün ən güclü külək Naftalan və Gəncədə əsib
İlk Novruz hədiyyəniz "Azercell"dən olsun!
MSK daha 2 məntəqədə seçkilərin nəticələrini ləğv edib
İranda məşhur aktrisa koronavirusa görə məsuliyyətə cəlb olunub
Sumqayıtda süngər sexi yanıb - Xəsarət alan var
Memarlıq və İnşaat Universitetində Xocalı soyqırımı ilə bağlı anım tədbiri keçirilib (FOTO)
MSK daha 9 məntəqədə nəticələri etibarsız saydı
Fevralın 26-na manatın məzənnəsi
MSK daha bir məntəqədə seçkilərin nəticələrini ləğv edib
Si Cinpin Prezident İlham Əliyevə təşəkkür edib
Bakıda ağac kəsən şirkət cəzalandırıldı
MSK 85 saylı Şamaxı Seçki Dairəsi ilə bağlı şikayəti əsassız saydı
Ekspert Azərbaycanda tibbi maskaların bahalaşmasından danışdı
Binəqədidə mənzildən qadın meyiti tapılıb
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib (YENİLƏNİB)
MSK parlament seçkilərinə yekun vurulması məsələsinə baxır
Prezident İlham Əliyev “Qeyri-formal məşğulluğa nəzarət”lə bağlı fərman imzalayıb
İranın cənubunda zəlzələ oldu
Astaranın baş həkimi BU SƏBƏBƏ görə işdən çıxarılıb
Ali məhkəmənin altı hakimi donuz qripinə yoluxdu - Hindistanda
Aİİ-nin Tələbə Gənclər Təşkilatının üzvləri “Ana harayı” memorial kompleksini ziyarət ediblər (FOTO)
Türkiyə parlamenti Xocalı faciəsinə zəruri qiymət verməyə çağırıb
AZAL xidmət sahəsində yeni texnologiyaya keçib (FOTO)
İranın səhiyyə nazirinin müavini koronavirusa yoluxdu
Assosiasiya rəhbəri: Ərdoğanın Azərbaycana səfəri strateji baxımdan çox vacibdir
Hindistan 2024-cü ilədək ümumdaxili məhsul istehsalının həcmini 5 trilyon dollara çatdırmağı planlaşdırır
Gəncədə qadının bahalı boyunbağısını oğurlayan şəxslər saxlanılıb (FOTO)
Türkiyə İrandan vətəndaşlarının təxliyəsinə başladı
Dövlət Gömrük Komitəsinin sədri və müavini vətəndaşları qəbul edəcəklər
Sahil Babayev İctimai şuranın üzvləri ilə görüşüb (FOTO)
Global Energy Solutions şirkəti BP-dən təhlükəsizlik sahəsindəki nailiyyətlərə görə mükafat almışdır (FOTO)
Hüsnü Mübarək vəfat etdi
Nutrisioloq - diyetoloq kimdir?
PAŞA Bank əməkhaqqı kart sahiblərinə xüsüsi təklif
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub (FOTO) (YENİLƏNİB)
BSU-da Xocalı soyqırımına həsr olunmuş geniş tədbir keçirilib (FOTO)
Biləsuvar sakini narkotik vasitələri satarkən saxlanıldı
Xocalı soyqırımının dünyada tanınması üçün bütün tədbirlər görüləcək - Tural Gəncəliyev
Xəzərdə dalğanın hündürlüyü 2,8 metrə çatıb - FAKTİKİ HAVA
Daha 4 nəfər koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirildi
Türk Şurası Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb
Güclü külək Gəncədə bəzi fəsadlar törətdi (FOTO)
Tural Gəncəliyev: Xocalı faciəsini törədənlərin beynəlxlaq məhkəməyə cəlb olunmaları üçün əlimizdən gələni edəcəyik
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub (FOTO)
Ağsuda idarə rəisi işdən çıxarıldı - SƏBƏBİ açıqlandı
Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Misirdə silsilə tədbirlər keçirilib
Azərbaycanla İranla sərhədə mobil səyyar hospital göndərdi (FOTO)
İranda 95 nəfər yeni koronavirusa yoluxub - RƏSMİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib (FOTO)
AzTV Novruz bayramı üçün telelayihə hazırlayır (VİDEO)
Gimnastımız Rumıniyada 3 qızıl medal qazanıb
Hərbi prokuror: Xocalı soyqırımı ilə bağlı 4500 nəfərdən çox şəxs dindirilib
Masallıda iki tarixi obyektin bərpası üçün müraciət ünvanlandı
Bütün xəbərlər