Vüqar Rəhimzadə: Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi tərəfdaş ölkələrin iqtisadi imkanlarını daha da genişləndirəcək

Vüqar Rəhimzadə: Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi tərəfdaş ölkələrin iqtisadi imkanlarını daha da genişləndirəcək

Bakı. Elçin Mehdiyev - Trend:

Zəngin neft və qaz yataqlarına malik olan Azərbaycan bu resursları beynəlxalq bazarlara nəql etmək üçün çoxsaylı boru kəmələrinin reallaşmasında təşəbbüsçü və iştirakçı kimi çıxış edib, onların uğurlu sonluqla başa çatmasına nail olub. Əsas hədəf iqtisadiyyatı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq və inkişafın dayanıqlılığını təmin etməkdir. Son illərdə sənayenin, kənd təsərrüfatının, turizmin, xidmətlər sektorunun, informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yönəlib. Müasir infrastrukturun yaradılması, nəqliyyat sahəsinə investisiyaların yatırılması prioritetlərimiz sırasındadır. Ölkəmiz coğrafi mövqeyindən bəhrələnərək Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir.

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşmasında Azərbaycanın rolunu Trend-ə şərh edərkən bildirib.

V.Rəhimzadə qeyd edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Şərqi Asiya ölkələri ilə Avropanı əlaqələndirən irihəcmli layihədir: “Bu layihənin əsası 2000-ci ildə Sankt-Peterburq şəhərində Rusiya, İran və Hindistan tərəfindən qoyulub. Sonralar layihəyə Qazaxıstan, Türkmənistan, Tacikistan, Belarus, Ukrayna, İordaniya, Bolqarıstan da qoşulub. Azərbaycan 2005-ci ildə bu layihəyə qoşulmaqla qısa müddətdə onun aparıcı iştirakçısına çevrildi. Dövlətimizin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə xüsusi diqqət ayırmasının əsasında dayanan amillərdən biri Azərbaycanı logistika və tranzit mərkəzə çevirməkdir. Bu amil dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olması ilə yanaşı, iş adamlarının fəaliyyətini stimullaşdıracaq, ölkənin ixrac potensialını artıracaq".

"Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tamamilə işə düşməsi nəinki region ölkələrinin iqtisadi inkişafına təkan verəcək, eyni zamanda, həmin ölkələr siyasi sabitlik əldə etmiş olacaqlar" - söyləyən V.Rəhimzadə qeyd edib ki, hazırda beynəlxalq siyasi arenada baş verən gərginliklər Şimal-Cənub layihəsinin reallaşmasını gecikdirsə də bu problemin ölkəmizdən qaynaqlanmadığı aydın görünür: “Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması üçün zəruri olan infrastruktur layihələrini uğurla icra edib. Dövlətimizin başçısı İlham Əliyev bildirir: "Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində önəmli addımlar atılmışdır. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edib, İran sərhədinə qədər dəmir yolunun tikintisini təmin edib, eyni zamanda, dəmir yolu körpüsünü də inşa edib. Beləliklə, Azərbaycan öz ərazisində bu layihə üzrə bütün lazımi tədbirləri görüb və layihənin ümumi icrası ilə bağlı da öz töhfəsini verməyə hazırdır”.

V.Rəhimzadə diqqəti hazırda dünyanın 150 ölkəsi tərəfindən böyük dəstək qazanan Çinin «Bir kəmər, bir yol» layihəsinin reallaşmasına Azərbaycanın verdiyi töhfələrə yönəldib. Bildirib ki, bu ilin aprelində Pekində keçirilən 2-ci «Bir kəmər, bir yol» Beynəlxalq Əməkdaşlıq Forumu Azərbaycanın tranzit imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı: “Həmin Forumda bir daha qeyd olundu ki, əlverişli coğrafi məkana, zəngin təbii resurslara malik olan Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olması ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına, bu əlaqələrin mühüm əhəmiyyət kəsb edən layihələrin gerçəkləşdirilməsi ilə möhkəmləndirilməsinə geniş imkanlar açır. Son 16 ilə yaxın dövr ərzində ölkə iqtisadiyyatına 260 milyard dollara yaxın investisiyanın qoyulması da bunun bariz nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyev daim infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırılması ilə Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrildiyini, əsas sərmayənin yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldildiyini, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ölkəmizin ərazisindən keçdiyini önə çəkərək bildirir ki, infrastrukturun inkişafına çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir. Azərbaycan həm Şərq-Qərb və həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir”.

Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb
Loading Bars
Xəbər lenti
Oğuzda qaydaları pozan koronavirus xəstəsi saxlanılıb
“Qərb demokratiyası”: Aysberqin görünən və görünməyən tərəfləri
BTQ-nin Qars Logistika Mərkəzində işlər yekunlaşıb (FOTO)
Bakının əsas magistrallarında sürət həddi endirildi
ATU-nun 3 tələbəsi qəzada həlak oldu, biri ağır yaralandı
Azərbaycanda hotellərə veriləcək ulduzlar beynəlxalq platformada da tanınacaq
Noyabrın 30-da xarici valyutaların manata qarşı məzənnələri
"Ağyoxuş" qızıl yatağı istismara verildi (FOTO)
Braziliyada koronavirusa yoluxanların sayı 6,3 milyon nəfəri ötüb
Kanadada əcnəbilər üçün ölkəyə giriş qadağası 21 yanvaradək uzadılıb
Bakıdan Naxçıvana yeni avtomobil yolu çəkilə bilər (ÖZƏL)
Qazaxıstanda koronavirusa daha 794 nəfər yoluxub
Venesuela prezidenti sosial şəbəkədə özünün telefon nömrəsini paylaşdı
Fransada koronavirusa sutkalıq yoluxmaların sayı azalmağa davam edir
Bakıda hosteldə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Bayden Ağ Evin mətbuat katibi vəzifəsinə Cen Psakini təyin etmək niyyətindədir
Fransada nümayişlər zamanı 98 polis əməkdaşı xəsarət alıb
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin qalibi oldu
Moskvada koronavirusdan daha 74 nəfər ölüb
Suqovuşana çəkiləcək avtomobil yolunun minalardan təmizlənilməsi əməliyyatı davam edir (FOTO)
Abşeronda yaşayış binasında baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB)
Britaniyada koronavirusdan ölənlərin sayı 58 245 nəfərə çatıb
Meksikada silahlı hücum nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb
Türkiyədə koronavirusdan sağalanların sayı 400 mini keçib
Rusiyalı həkimdən dünyaya daha bir epidemiya xəbərdarlığı
OPEK+ monitorinq komitəsinin nazirləri razılığa gələ bilməyiblər
Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər - TƏBİB-dən xəbərdarlıq
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 564 mindən çox artıb
Argentinada güclü zəlzələ baş verib
Vətəni Xudayarın səsindən tanıyın (VİDEO)
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verib
Qırğızıstanda koronavirusa yoluxanların sayı 71 971 nəfərə çatıb
Azərbaycan gimnastlarının bədii gimnastika üzrə Avropa çempionatında nəticələri məlum olub
Rusiya Federasiyasının sülhməramlı kontingentinin təminatı ilə bağlı fəaliyyətlər həyata keçirilir (FOTO/VİDEO)
Xalq rəssamı Tahir Salahovun həyat yoldaşı vəfat edib (FOTO/VİDEO)
Qurban Qurbanov koronavirusa yoluxub
Bakıda su hovuzuna düşən 2 azyaşlının meyitləri tapıldı (ƏLAVƏ OLUNUB)
Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb
Xalqın Ali Baş Komandanının ətrafında daha sıx birləşməsi bəzi hakimiyyət hərislərini təlaşlandırır - Siyasi ekspert
Ermənistan prezidenti Paşinyan hökumətinin istefasını tələb edib
Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsini hansı cəza gözləyir?
Bakıda kommersiya obyektində yanğın olub
Abşeronda yaşayış binasında yanğın olub
Biz yaralılarımızı çiynimizə alıb irəli gedirdik, düşmən isə qoruxdan silahlarını atıb qaçırdı - Qarabağ qazisi
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
Suqovuşan kəndinə gedən yolun mina və partlamamış sursatlardan təmizlənməsi işləri davam edir (FOTO)
Zərdabda yaşayış yerini qanunsuz tərk edən aktiv koronaviruslu xəstəyə cinayət işi açılıb
İranda sutka ərzində 389 nəfər koronavirusdan ölüb
Xırdalandakı uçquna görə, 9 məcburi köçkün ailəsi müvəqqəti ünvanda yerləşdirilib - Komitə
Daşkəsəndə karantin rejimini pozan iaşə obyektləri aşkarlanıb
Bugün sifariş əsasında “qara piar” aparan radikal müxalifətin hərisliyi ucbatından topraqlarımız işğal olunmuşdu - ŞƏRH
Koronavirus mutasiyaya uğrayıb - İranın səhiyyə naziri xəbardarlıq etdi
Azərbaycanda COVID-19-a 4 170 yeni yoluxma qeydə alınıb, 1 985 nəfər sağalıb, 38 nəfər vəfat edib
Yaponiya məlumatları yüksək sürətlə ötürmək üçün peyk buraxıb
Birinci Qarabağ müharibəsinin məğlub müxalifət qalıqları tarixi Qələbəni həzm edə bilmir - ŞƏRH
Rusiyada sutka ərzində 26 mindən çox insan koronavirusa yoluxub
Ağdam rayonunun Şahbulaq kəndi (FOTO/VİDEO)
Sabah Azərbaycanda yağış, qar yağacaq
Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur - Politoloq
Gürcüstanda daha 4 426 nəfər koronavirusa yoluxub
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri müəyyən edilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin elmi-praktiki konfransı keçirilib (FOTO)
Qarabağ xalçalarının salnaməsi (FOTO)
Əfqanıstanda partlayış nəticəsində 21 nəfər həlak olub
İşğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndləri(FOTO/VİDEO)
Mayk Tayson və Roy Conson arasındakı döyüş heç-heçə ilə nəticələndi
Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb
İşğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun qurulması ilə bağlı TƏKLİFLƏR
Abşeronda "Volkswagen" yanıb
Britaniyada bir gündə koronavirusa 15 871 yoluxma qeydə alınıb
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu
Qazaxıstanda koronavirusa daha 826 nəfər yoluxub
Nigeriyada onlarla "Boko Haram" silahlısı öldürülüb
BƏƏ-də ABŞ hərbçisi həlak olub
Dünyada koronavirusa yoluxanların sayı 62 milyon nəfəri ötüb
Fransada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötüb
Londonda polis 150-dən çox nümayişçini saxlayıb
Türkiyə XİN-i iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib
Futbol üzrə İspaniya çempionatında "Real" "Alaves"ə məğlub oldu
Tovuzda minik avtomobili yanıb
Parisdə keçirilən etiraz aksiyasında 46 min nəfər iştirak edib
Şirvanda mənzildə qadın meyiti aşkarlanıb
Hikmət Hacıyev Tərtər və Ağdama səfərindən foto və videogörüntülər paylaşdı
Moskvada koronavirusdan daha 72 nəfər ölüb
"Qarabağ" qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi - Hikmət Hacıyev (FOTO)
Azərbaycanda əmtəə qazının hasilatı artıb
Türkiyədə koronavirusdan sağalanların sayı 396 mini keçib
Mustafa Şentop: Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Fransada etiraz aksiyalarında 37 polis xəsarət alıb
Dünyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb - ÜST
İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib
“Associated Press” Ermənistanın Gəncəyə raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb (FOTO/VİDEO)
Beynəlxalq ictimaiyyət terrorizmin qarşısında dayanmalıdır - Zərif
ANAMA Füzulidə 4 mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yaydı
Ağdam 27 il işğal altında qaldıqdan sonra (VİDEO)
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin üçüncü modul təlimi keçirilib (FOTO)
Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı
Bütün xəbərlər