...

Rusiya səfiri geosiyasi arenada Belarus, Azərbaycan və Özbəkistanın rollarının güclənməsi barədə

Siyasət Materials 7 Oktyabr 2019 16:51 (UTC +04:00)
Belarus, Azərbaycan və Özbəkistan Avropa İttifaqı, Rusiya və Çin kimi geosiyasi güc mərkəzlər arasında dialoqun qurulması üçün məkan qismində vacib rol oynaya bilər
Rusiya səfiri geosiyasi arenada Belarus, Azərbaycan və Özbəkistanın rollarının güclənməsi barədə

Bakı. Trend:

Belarus, Azərbaycan və Özbəkistan Avropa İttifaqı, Rusiya və Çin kimi geosiyasi güc mərkəzləri arasında dialoqun qurulması üçün məkan qismində vacib rol oynaya bilər.

Trend-in məlumatına görə, bunu Rusiyanın Belarusdakı səfiri Dmitri Mezentsev “Minsk dialoqu” forumunda deyib.

Səfir bildirib ki, Belarus, Azərbaycan və Özbəkistan müasir dövrdə öz yeni rollarını qabartmalı və Avrasiya inteqrasiyasının inkişafı davam etdikcə Brüssel, Moskva və Pekin arasında qarşılıqlı fəaliyyəti təmin etmək qabiliyyətində olan vacib qovşağa çevrilməlidir:

“ABŞ-ın da mövqeyini diqqətə alsaq, bu dialoq daha da məzmunlu ola bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti