...

Novruz Məmmədov Baş Nazir vəzifəsindən azad edilməsi ilə bağlı müraciət edib

Siyasət Materials 8 Oktyabr 2019 12:10 (UTC +04:00)
Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
Novruz Məmmədov Baş Nazir vəzifəsindən azad edilməsi ilə bağlı müraciət edib

Bakı. İlhamə İsabalayeva - Trend:

Novruz Məmmədov Azərbaycanın Baş Naziri vəzifəsindən azad edilməsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Oqtay Əsədov bildirib.

O.Əsədov Novruz Məmmədova can sağlığı arzu edərək, xidmətlərinə görə təşəkkür edib.

Xatırladaq ki, N.Məmmədov Baş Nazir vəzifəsinə 2018-ci ilin aprelində təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti