Azərbaycan Prezidenti: Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur

Azərbaycan Prezidenti: Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur

Bakı. Trend:

Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərkən deyib.

Dövlət başçısı bildirib: "Bizim dünənki görüşümüz Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin qardaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi. Mən Türkmənistana keçənilki rəsmi səfərimi də səmimiyyətlə xatırlayıram. Həmin səfər müddətində mühüm məsələlərə dair geniş fikir mübadiləsi aparıldı, bizim münasibətlərimizə yeni məzmun gətirən rekord sayda, daha dəqiq desək, 21 sənəd imzalandı. Ölkənin inkişafı, Aşqabadın abadlaşdırılması işində Türkmənistan Prezidentinin şəxsi rolunu da qeyd etmək istərdim. Burada tez-tez oluram, aşkar dəyişiklikləri, sürətli inkişafı, müasir infrastrukturu görürəm. Keçən dəfə Olimpiya şəhərciyi ilə tanış oldum. Bütün bunlar göz oxşayır, vətəndaşların idmanla məşğul olmaları və ölkənin inkişafı işinə fəal töhfə vermələri üçün yaxşı imkan yaradır. Genişmiqyaslı tikinti işləri də heyranlıq doğurur. Mən bilirəm ki, Prezident hər bir layihəyə şəxsən nəzarət edir, buna görə də şəhər inkişaf edir, nadir vahid şəhərsalma ansamblı yaradılıb.

Bugünkü Zirvə Görüşünün gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciətidir. Ən dağıdıcı, qanlı müharibənin ön və arxa cəbhələrində xalqlarımız gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq və igidlik göstəriblər. Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Hərbi kinoxronikada məşhur kadrlar var: Hitlerə verilən tortun üzərində alman dilində "Xəzər dənizi" sözləri yazılmış bir oyuq, həmin oyuqda "Bakı" adlı qara rəngli maye şokolad var. Hitler şokoladı qaşıqla götürür və tortun üstünə süzür, sonra svastika şəklində şokoladı götürüb "Bakı" sözü yazılan yerə qoyur. Bu kadr faşistlərin Azərbaycanın neft yataqlarını, həmçinin hamımızın bildiyi kimi, Şimali Qafqazın neft yataqlarını tutmaq planlarını vurğulayır. Əgər faşistlər Bakını tutmağa müvəffəq olsaydılar, sovet ordusu Qələbə üçün çox zəruri olan yanacaqsız qalardı, Bakı şəhəri isə havaya sovrulardı. Çünki belə fövqəladə vəziyyətdə sovet hökuməti neft quyularının düşmən əlinə keçməməsi üçün onların hamısını minalamışdı. Yəni, bu halda qurbanların sayı bəlkə yüz minlərlə olardı.

Azərbaycan elminin nümayəndələri ümumi qələbəmizə sanballı töhfə veriblər. Məsələn, böyük Azərbaycan alimi Yusif Məmmədəliyev sonradan "Molotov kokteyli" kimi məşhurlaşmış yandırıcı maye ixtira etmişdi. Bu barədə çox adam bilmir, lakin bu, həqiqətdir. Bakının zavodlarında gecə-gündüz istehsal edilən məşhur "Katyuşa" raketləri və digər silahlar düşməni dəhşətə salmışdı. Müharibədə həlak olanların xatirəsini Azərbaycanda ehtiramla yad edir, müharibə veteranlarına böyük qayğı göstərirlər. Oyuncaq, satqın, xalqa zidd, biabırçı Xalq Cəbhəsi rejiminin hakimiyyətdə olduğu 1992-1993-cü illərdə 9 May bayramı ləğv edilmişdi, müharibə veteranları isə alçaldılmağa və təhqirlərə məruz qalırdılar. Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdandan sonra onun ilk qərarlarından biri 9 May - Qələbə Gününün bərpa edilməsi oldu. O vaxtdan təqvimdə qırmızı rənglə qeyd olunan bu gün qeyri-iş günüdür və milli bayram kimi qeyd edilir.

Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" məruzə təqdim edib. Həmin məruzədə deyilir: "Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb". Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir.

Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik "1941-1945-ci illərin Böyük Vətən müharibəsi" ensiklopediyasının "Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat" adlı VI cildində dərc edilmiş "Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti" adlı məqalədə deyilir: "Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur". Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.

Diqqətinizə görə təşəkkür edirəm".

Qarabağın iqlim və relyefi müxtəlif turizm məhsullarının inkişafına imkan yaradır - Turizm Bürosu
Qarabağın iqlim və relyefi müxtəlif turizm məhsullarının inkişafına imkan yaradır - Turizm Bürosu
Finnair sərnişinlərdən koronavirus testinin nəticələrini tələb edəcək
Finnair sərnişinlərdən koronavirus testinin nəticələrini tələb edəcək
Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Azərbaycana səfərin daha da asanlaşması üçün müzakirələr aparılır - Dövlət Agentliyi
Loading Bars
Xəbər lenti
Son bir ildə əmək qanunvericiliyinin pozulması ilə bağlı 1000-ə yaxın fakt aşkarlanıb
Kafe və restoranlar həftəsonları da işləyəcək - RƏSMİ
Saray qəsəbəsində silsilə oğurluqlar edən keçmiş məhkum saxlanılıb
Rusiya aviaşirkəti Azərbaycana müntəzəm reysləri dayandıracaq
Azərbaycan üçün müharibə veteranlarına, şəhid ailələrinə dəstək prioritetdir - "Azernews" qəzeti
Qarabağ qazisindən əlilliyə görə rüşvət alan şirkət müdirinin məhkəməsi başlayır
Yelo Bankın biznes kreditlərinin həcmi 18% artıb
Kəlbəcərin Alıbəyli kəndi (FOTO/VİDEO)
Dövlətə xəyanətdə təqsirləndirilən iki nəfərin məhkəməsi başlayır
Yeni qaz sayğacları artıq sərfiyyat hesablayır? - “Azəriqaz”ın Baş direktoru sualları cavablandırdı (MÜSAHİBƏ)
Türkiyə ilə Azərbaycan arasında viza ilə bağlı yeni sənəd təsdiq ediləcək
Kadr islahatları ölkəmizin davamlı və dayanıqlı inkişafını təmin edir - Deputat
Ötən gün cinayət törədən 47 nəfər saxlanılıb
Dilçilik İnstitutundakı "Qaynar xətt" bugündən fəaliyyətini davam etdirəcək
Bakı-Sumqayıt qatarı kontakt şəbəkəsi yeniləndikdən sonra işləyəcək (FOTO)
Ermənistanda ərzaq qıtlığı yaranır: Postmüharibə dövründə dərin iqtisadi böhran - TƏHLİL
Beynəlxalq "Art Moscow Online" forumu keçiriləcək
Parlamentin Hesablayıcı komissiyası yenidən təşkil ediləcək
Yanvarın 28-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda ödəniş və xidmətlərin rəqəmsallaşması prosesi sürətlənib
Samux sakinindən narkotik aşkar edilib
"Apple" və "Facebook"un gəlirləri açıqlandı
Norveç koronavirusa görə sərhədlərini bağlayacaq
ABŞ BƏƏ və Səudiyyə Ərəbistanına silah satışını dayandırır
Yeni Zelandiyada zəlzələ baş verib
Şimali Makedoniyada koronavirusun "Britaniya ştammı" aşkarlanıb
UEFA Avropa çempionatını 12 şəhərdə keçirmə qərarını təsdiqlədi
Goranboy və Qazaxda mərmilər, qumbaralar və minlərlə patron aşkarlanıb (FOTO)
"Yuventus" futbol üzrə İtaliya Kubokunun yarımfinalına çıxdı
"Barselona" İspaniya Kubokunun 1/4 finalına yüksəldi
ABŞ-Çin münasibətləri getdikcə gərginləşir
Səudiyyə Ərəbistanının addımları Yəməndə humanitar böhrana səbəb oldu - ABŞ dövlət katibi
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 468 mindən çox artıb
"Atalanta" futbol üzrə İtaliya Kubokunun yarımfinalına qalxdı
FED uçot dərəcəsini 0-0,25 faiz səviyyəsində saxlayıb
Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik! - Prezident növbəti tapşırıqlarını verdi
Ərdoğan İlon Mask ilə telefon danışığı aparıb
Türkiyədə son sutkada koronavirusdan 8 803 nəfər sağalıb
Beynəlxalq Olimpiya Komitəsinin prezident seçkiləri videokonfrans formatında keçiriləcək
Abşeronda ikimərtəbəli ev yanıb
Gənclik strateji təfəkkür və yanaşma tələb edir - TƏHLİL
Azərbaycanın Türkiyəyə qaz ixracı 23 faizdən çox artıb
Ermənilər Qubadlının Saray kənd qəbiristanlığını belə dağıdıb (FOTO)
"SOCAR Construction" Mozır neft emalı zavodundan işlərin icrası barədə
Azərbaycanda yeni xalça fabriki fəaliyyətə başlayacaq
Füzuli və Ağdamda dağıntılar aradan qaldırılır: Vətəndaşlara yeni evlər tikilir - Trend TV-nin REPORTAJI
Məsut Özil: Azərbaycana salam göndərir və təşəkkürümü bildirirəm (VİDEO)
“Silk Way West Airlines” Yaponiyanın Narita şəhərinə ilk reysini edəcək
Sumqayıt Kimya Sənaye Parkında istehsal artıb
Dövlət Neft Şirkəti yeni inkişaf dövrünə qədəm qoyacaq - Mikayıl Cabbarov
Yaponiyanın səfiri ASAN xidmətdə (FOTO)
Rusiya, Azərbaycan və Ermənistan işçi qrupunun iclası yaxın zamanda keçirilə bilər - Rusiya XİN
Prezident İlham Əliyev Portuqaliyanın yenidən seçilən prezidentini təbrik edib
Füzuli rayonunun Xələfşə kəndi (FOTO/VİDEO)
Polis ticarət obyektlərinə nəzarəti gücləndirdi (FOTO/VİDEO)
Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Mədəniyyət naziri Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb (FOTO)
Yanvarın 28-nə USD/AZN rəsmi məzənnəsi
Qarabağın mövcud imkanları ilə regionda yeni inkişaf zonası yaranacaq - Könül Nurullayeva
Erməni təcavüzü nəticəsində Gəncədə dağılan evlər bərpa olunur (FOTO)
Konstitusiya Məhkəməsinə yeni hakim təyin olunacaq
QHT-lərə elektron xidmətlərin göstərilməsi ilə bağlı fərmanda DƏYİŞİKLİK edildi
Azərbaycanda tikinti ilə bağlı yeni tələbin qüvvəyə minmə vaxtı daha üç il uzadılır
Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl şəkildə icra olunur - Putin
Ağsuda 305 tibb işçisi koronavirusa qarşı peyvənd olunub
Goranboyda silah-sursat tapılıb (FOTO)
Şəhid ailələrinə, müharibə əlillərinə və qazilərə dövlət qayğısı ən yüksək səviyyədədir - Cəlil Xəlilov
Azərbaycan qarşıdakı illərdə də İKT sahəsində daha böyük uğurlara imza atacaq - Vüqar Rəhimzadə
Qənirə Paşayeva 70 illik yubileyi münasibəti ilə Kamal Abdullanı təbrik edib (FOTO)
XİN-in sabiq əməkdaşlarının ev dustaqlığı müddəti uzadıldı
Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağa humanitar yardım göstərməlidir - Putin
ASCO şəhid olan əməkdaşların ailə üzvlərinə hər ay 250 manat ödəyəcək
DİM doktoranturaya yeni qəbul şərtlərini açıqladı
ABŞ şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasına hazırdır - Səfir (FOTO)
Azərbaycanda 601 nəfər COVID-19-dan sağalıb, 226 nəfər yoluxub, 5 nəfər vəfat edib
Ceyhun Bayramov və ATƏT-in Minsk Qrupunun fransalı həmsədri arasında telefon danışığı olub
ABŞ-ın sabiq vitse-prezidenti evsiz qalıb
Türkiyə Azərbaycanın yanında olmasına sərt reaksiya verən dövlətlərə məhəl qoymadı - Burhanəddin Duran
Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş vebinar keçirilib (FOTO)
Kapital Bank Hadrutda bankomat və ödəniş terminalı quraşdırdı!
"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" adlı şeir müsabiqəsi keçiriləcək
Axtarışda olan iki nəfər Rusiyadan Azərbaycana ekstradisiya edildi
Ermənistan da Türkiyə-Azərbaycan əməkdaşlığından istifadə edə bilər - Hikmət Hacıyev
“Dostluq” yatağının birgə işlənilməsi ilə bağlı anlaşmanın olması Transxəzər boru kəmərinin tikintisini yenidən gündəmə gətirir - AMEA
Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır (FOTO)
Türkiyə ilə hərbi-texniki əməkdaşlığın Vətən müharibəsində uğurlu nəticəsini gördük - PA rəsmisi
Türkiyə regionda əldə olunmuş kövrək sülhün davamlı sülhə çevrilməsində mühüm rol oynamalıdır - Hikmət Hacıyev
Tərtərdə ermənilərin dağıtdığı evlər bərpa olunur - Trend TV-nin REPORTAJI
Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr əbədidir - Hikmət Hacıyev
VI "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub (FOTO)
Ötən il “ASAN Login” istifadəçilərinin sayı 1 milyon 741 min nəfər olub (FOTO)
Ombudsman Metsamor AES-in bütün bölgə üçün potensial təhlükəsi barədə bəyanat yayıb
Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olundu
Karantin dövründə 1 milyon 270 mindən çox vətəndaşın fəaliyyətinə icazə verilib
Xarici və yerli investorların Azərbaycanın elektroenergetika sahəsinə marağı artır
Dövlət Turizm Agentliyi hotellərə XƏBƏRDARLIQ etdi
Baş Prokurorluğun əməkdaşları seminarda iştirak edib (FOTO)
Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub
Azərbaycan Prezidenti: Düşmən Şuşada bir neçə villa tikdirib, villanın biri o xunta başçısına, biri isə rüşvətxor məmura məxsusdur
Prezident İlham Əliyev: Biz hamımız, bütün xalqımız Şuşanı dirçəldəcəyik
Bütün xəbərlər