Nursultan Nazarbayev: Türk inteqrasiyasının uğuru bütün Avrasiya məkanında təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün strateji əhəmiyyətə malikdir

Nursultan Nazarbayev: Türk inteqrasiyasının uğuru bütün Avrasiya məkanında təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün strateji əhəmiyyətə malikdir

Bakı. Trend:

Türk inteqrasiyasının uğuru təkcə bizim ailələrimiz üçün deyil, həm də bütün Avrasiya məkanında təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün strateji əhəmiyyətə malikdir.

Trend-in məlumatına görə, bunu Qazaxıstanın birinci Prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə çıxışı zamanı deyib.

Nursultan Nazarbayev bildirib:

"Hörmətli dövlət və hökumət başçıları, əziz dostlar.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə iştirak etməkdən məmnunam. Azərbaycan torpağında ənənəvi qonaqpərvərliyə və bu tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Heydər oğlu Əliyevə səmimi minnətdarlığımı bildirmək istərdim.

Şavkat Miromonoviç Mirziyoyevi və bütün qardaş özbək xalqını Türk Şurasına tamhüquqlu üzv kimi daxil olması münasibətilə təbrik edirəm. Bu, bütün türkdilli ailə üçün çoxdan gözlənilən tarixi hadisədir.

Zirvə Görüşündə müşahidəçi qismində ilk dəfə iştirak edən dostumuz, Macarıstanın Baş Naziri Viktor Orbanı təbrik edirəm. Budapeştdə Türk Şurası nümayəndəliyinin açılması Macarıstan hökumətinin mühüm addımıdır. Həmin nümayəndəlik bizim fəaliyyətimizi Avropa istiqamətində genişləndirəcək.

Sooranbay Şaripoviç Jeenbekov başda olmaqla, Qırğızıstanın Şuradakı sədrliyinin yekunlarını yüksək qiymətləndirirəm.

Qardaşım Prezident Rəcəb Tayyib Ərdoğana mənə Türk Şurasının fəxri sədri statusu verilməsi təklifinə görə xüsusi minnətdarlığımı bildirirəm. Bu təşəbbüsü dəstəklədiyinizə görə hamınıza minnətdaram. Mənim belə yüksək mükafatla təltif edildiyimə görə təşəkkür edir və hamınızın qarşısında baş əyirəm. Bu, mənə təşkilatın işində fəaliyyətimi davam etdirməyə imkan verəcək. Mən bunun üçün var qüvvəmi sərf etməyə hazıram.

Bildiyiniz kimi, mən Prezident səlahiyyətlərini böyüməkdə olan nəslə vermişəm və buraya birinci Prezident, Elbası kimi gəlmişəm. Mən 30 ilə yaxın Qazaxıstana rəhbərlik etmişəm. Bu illər ərzində bizim iqtisadiyyatımız 20 dəfə, ölkənin rifahı 19 dəfə artıb və biz tədricən inkişaf etmiş ölkələrə yaxınlaşırıq. Bu müddət ərzində bizim çox böyük uğurlarımız olub.

Hörmətli Zirvə Görüşü iştirakçıları. 2006-cı ildən başlayaraq Jeenbekov, Ərdoğan, Mirziyoyev və Orban isə ötən il Çolpan-Atadakı görüşlərdə iştirak edirlər. Mərkəzi Asiyada yeni müstəqil dövlətlərin tarixinin yalnız ilk ayları gedirdi, amma biz artıq qardaş xalqlarımız arasında dilin, mədəniyyətin və ənənələrin eyniliyinə əsaslanan münasibətlər qurulmasının əhəmiyyətini dəqiq başa düşürdük. Buna görə də bütün qardaş ölkələr Ankara bəyanatını imzaladılar. Bunun vasitəsilə biz geniş türk dünyasında qarşılıqlı əməkdaşlığımızı inkişaf etdirmək üçün iradə və qətiyyətimizi ifadə etdik. Türkdilli dövlətlərin başçıları müxtəlif heyətlərdə Azərbaycanda, Türkiyədə, Qırğızıstanda, Özbəkistanda və Qazaxıstanda 10-a yaxın görüş keçiriblər. Görüşlərin dəyişkən nəticələrinə bizim ölkələrimizin daxili inkişafının cürbəcür gündəlikləri və xarici siyasət konyukturası təsir edib.

On il əvvəl Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında əsas sənədi təsdiq etdik. Beləliklə, əlaqələrimizin yeni, daha düşünülmüş və praqmatik mərhələsinə start verildi. Məhz bu yanaşma bizə indiki yubiley tədbirinə yaxşı nəticələrlə gəlməyə imkan verdi. Əvvəla, biz təşkilatın həm qlobal kontekstdə, həm də özümüz üçün zəruriliyini və aktuallığını sübut etməyə nail olduq. İkincisi, Şura Özbəkistanın və Macarıstanın hesabına genişləndi ki, bu da bizim birgə salnaməmizdə yeni səhifə açdı. Üçüncüsü, ölkələr tərəfindən sanballı institusional struktur yaradıldı. Bu struktura TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası, eləcə də Türk Ticarət-Sənaye Palatası daxildir. Dördüncüsü, Şuranın siyasi və iqtisadi nüfuzu regional və beynəlxalq səviyyələrdə artır. Beşincisi, türk dünyası inteqrasiyasının konsepsiyası qəbul olunub. Həmin sənəd əsasən türkdilli ölkələrin çoxplanlı qarşılıqlı fəaliyyətini perspektivdə keyfiyyət cəhətdən daha yüksək səviyyəyə çıxaracaq.

Hörmətli dostlar, türk sivilizasiyasının dərin kökləri vardır. Əgər tarixə müraciət etsək, biz planetin ən böyük qitəsində həmişə mühüm rol oynamış xalqların xələfləriyik. Türk dünyasının müasir mərhələdə də əhəmiyyətini dərk etmək üçün dünyanın coğrafi xəritəsinə baxmaq kifayətdir. Xüsusilə qeyd etmək istərdim ki, mən ötən müddət ərzində, - 1992-ci ildən 2019-cu ilə qədər 25 ildən artıq müddətdə, - müxtəlif heyətlərlə türkdilli dövlət başçılarının 17 görüşünün hamısında iştirak etmişəm. Mən bunları əxz etmişəm: məsələn, “Türk” sözü, bu sözün hər bir hərfinin mənim üçün xüsusi mənası var. Birinci “t” hərfi - trast, yəni, inamdır, “ü” - uniti, yəni, birlik, “r”- renessans, yəni, intibah və sonuncu “k” hərfi - kinşil, yəni, qohumluq. Bu anlayışa əsaslanaraq mənim birlik daxilində işimin məqsədi ölkələrimizi yaxınlaşdırmaq olub və buna görə də mən çox şadam ki, birgə səylərlə bu məqsədə nail olmuşuq.

Bizim 160 milyona yaxın sayda qardaşlıq ailəmiz möhkəmlənir, genişlənir və inkişaf edir. Bununla yanaşı, hamımız bilirik ki, bu gün dünyada iri dövlətlər arasında qarşıdurma və etimad böhranı nəticəsində mürəkkəb geosiyasi vəziyyət yaranıb. Bəzən bizim Şuranın ölkələri arasında da öz həllini tələb edən məsələlər yaranır. Əlbəttə, belə şəraitdə biz əllərimizi yanımıza salıb oturmuruq. Birlikdə həll yollarını tapmışıq və həll etmişik. Həmişə də belə olmalıdır. Məsələn, türk dünyasının inteqrasiya konsepsiyasının qəbul olunması və mənim Çolpan-Atada türk əməkdaşlıq təşkilatlarının islahatları barədə təkliflərimlə əlaqədar bizim addımlarımız həmin çağırışlara cavab oldu. Güman edirəm ki, bizim hamımızın növbəti səviyyəyə, yəni, ümumtürk gələcəyinin yeni üfüqlərinin formalaşdırılmasına başlamağa keçmək vaxtıdır. Bununla əlaqədar mənim iki təklifim var. Birincisi, “Türk baxışı 2040” proqramını hazırlamaq. Bu proqramda türkdilli birliyin uzunmüddətli məqsədləri və onlara nail olmaq yolları əksini tapmalıdır. Beləliklə, biz xalqlarımıza göstərilən dövr üçün türk inteqrasiyasının təxmini obrazının cizgilərini təqdim edərik. Bununla da biz, həmçinin xarici siyasət və ticarətin yumşaq gücü, tranzit və turizm, investisiya, energetika, “yaşıl” iqtisadiyyat, kiçik və orta biznes kimi prioritet sahələrdə ölkələrin qarşılıqlı fəaliyyətinə yeni impuls verərik. Proqrama, həmçinin mədəniyyət və təhsil, gənclər siyasəti və səhiyyə, rəqəmsallaşdırma və süni intellekt, eləcə də türk beşiyi - Türküstan şəhərinin inkişafı bölmələrini daxil etmək zəruridir. Hazırda Qazaxıstan həmin şəhərdə nəhəng tikinti işlərinə başlayıb. Sənəddə müvafiq təhlil aparıldıqdan sonra indiki və əvvəlki görüşlərdə irəli sürülən təşəbbüslərin gerçəkləşdirilməsi üzrə “Yol xəritələri” də öz əksini tapmalıdır. Həm də sənədin bizim dövlətlərin milli inkişaf proqramları ilə əlaqəsini təmin etmək zəruridir. Bununla yanaşı, biz həm də birliyin açıqlığını təmin etməli və qapalı blok yaratmağa şirniklənməməliyik. İkincisi, perspektivdə Şuranın adının dəyişdirilməsi məsələsinə nəzər yetirmək lazımdır. Bizim təkcə dilimiz deyil, həm də tariximiz, mədəniyyətimiz, dünyagörüşümüz və ənənələrimiz də eyni mənbədən qidalanır. Buna əsaslanaraq türk inteqrasiyasının uğuru təkcə bizim ailələrimiz üçün deyil, həm də bütün Avrasiya məkanında təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi üçün strateji əhəmiyyətə malikdir. XXI əsr bizə belə imkan verir və bundan tam istifadə etmək lazımdır. Həm də hesab edirəm ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını təşkilat səviyyəsinə qədər yüksəltmək olar. Beləliklə, əgər bizim Şuramız təşkilata çevrilsə, bizim qurumumuzu türkdilli deyil, Türk Dövlətləri Təşkilatı adlandırmaq olar. Biz bilirik ki, vahid köklərə malikik, amma ötən əsrlər ərzində, ötən dövr ərzində bizim ölkələrimiz öz yollarını dəyişiblər. Köklərimiz eynidir, türk dövlətləri adlandırmalıyıq.

Hörmətli görüş iştirakçıları, türk inteqrasiyasının möhkəmləndirilməsi və inkişafı yolunda əməyimi yüksək qiymətləndirməyiniz mənim üçün böyük şərəfdir. Ümid edirəm ki, biz gələcəkdə də sizinlə birlikdə yeni zirvələr fəth edəcəyik və mən bu yolda sizə kömək etməyə və dəstək göstərməyə həmişə hazıram. Diqqətinizə və mənə göstərdiyiniz hörmətə görə təşəkkür edirəm".

Şəkidə yeni dağ gəzinti marşrutları istifadəyə verilib (FOTO)
Şəkidə yeni dağ gəzinti marşrutları istifadəyə verilib (FOTO)
Bayram günlərində hotellərdə monitorinqlər gücləndiriləcək
Bayram günlərində hotellərdə monitorinqlər gücləndiriləcək
Parlament turizmlə bağlı yeni cərimələri son oxunuşda təsdiqləyib
Parlament turizmlə bağlı yeni cərimələri son oxunuşda təsdiqləyib
Loading Bars
Xəbər lenti
Özbəkistanda 5 yaşdan yuxarı uşaqların peyvənd olunmasına icazə verildi
Azərbaycanda mobil operatorların illik gəlirləri açıqlanıb
Ankara Putin-Zelenski görüşünə ev sahibliyi etmək niyyətindədir - Ərdoğan
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
Mustafa Şentop 20 Yanvar şəhidlərinin xatirəsini yad edib.
Türkiyə ordusu 4 il ərzində 6 mindən çox terrorçunu zərərsizləşdirib
Naxçıvan Qarnizonu Qoşunlarında 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib (FOTO)
Beynəlxalq Enerji Agentliyi Azərbaycanda neft hasilatının artımını proqnozlaşdırır
ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli 4 ukraynalıya qarşı sanksiyalar tətbiq edib
ADPU kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib (FOTO)
Prezident İlham Əliyev Fransa Prezidenti Kabinetinin müşavirini və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib (VİDEO) (YENİLƏNİB)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 1 186 nəfər COVID-19-a yoluxub, 14 nəfər vəfat edib
Gənclər təşkilatlarının nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər (FOTO)
Can Azərbaycanın müstəqilliyi üçün həyatlarını fəda edən qardaşlarımızı rəhmətlə anıram - Fuat Oktay
Acunun İngiltərədə klub aldığı rəsmiləşdi
Saatlıda ərzaq mağazası yanıb
Ukraynada 20 Yanvar faciəsinin 32-ci ildönümü münasibətilə fotosərgi açılıb (FOTO/VİDEO)
MDU-nun Tələbə Gənclər Təşkilatı 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr edilmiş tədbir keçirib (FOTO)
AHİK-in rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı dəhşətli cinayəti - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)
Azərbaycan OPEC+ sazişi üzrə öhdəliyi 189 faiz yerinə yetirib
MDU-da 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş sərgi-stend hazırlanıb
Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini açıqlayıb
Gəncədə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (FOTO)
Bakıda tapança satmaq istəyən şəxs saxlanılıb
Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb - AAYDA
Azərbaycan Ordusunda 20 Yanvarla bağlı silsilə tədbirlər keçirilib (FOTO/VİDEO)
Şamaxı - Dəmirçi avtomobil yolunun bəzi hissələri buz bağlayıb (VİDEO)
Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar (FOTO)
Ağdamda Şəhidlər Xiyabanı ziyarət olunub (VİDEO)
Şuşada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb (VİDEO)
Qanunsuz hərbi forma geyinənlər 500 manat cərimə oluna bilər (VİDEO)
İranda daha 20 nəfər koronavirusdan ölüb
Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Qaxda avtomobillər toqquşub, ölən və yaralanan var
Ötən il 8800-dən çox ahıl və əlil şəxsə evində sosial-məişət xidmətləri göstərilib
Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələr açıqlanıb
Rusiyada son sutkada 40 minə yaxın yeni yoluxma qeydə alınıb
20 Yanvar şəhidlərinin xatirəsi Neftçalada dərin ehtiramla yad edilir
20 Yanvar hadisələri azərbaycanlıların öz dövlətçiliyinin və müstəqilliyin bərpası uğrunda mübarizəsinin əsasını qoydu - Şərh
Xaçmazda 20 Yanvar faciəsinin ildönümü qeyd olunub (FOTO)
ABŞ və NATO irimiqyaslı təlimlər keçirəcək
Türkiyə Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
Rusiya XİN GUAM çərçivəsində nəqliyyat dəhlizlərinin genişləndirilməsi barədə
"Şəhid ailələri" İctimai Birliyi rektor Yusif Yusibovu fəxri fərmana layiq görüb (FOTO)
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
Ermənistanla etimadın yaradılması addımları müzakirə olunacaq - Çavuşoğlu
Bakıda metal qəbulu məntəqəsinin sahibinə cinayət işi açılıb (FOTO/VİDEO)
Hava nə vaxt sabitləşəcək?
Bakı-Şamaxı-Yevlax yolu buzdan təmizlənib, hərəkət bərpa olunub (VİDEO)
Azərbaycanda Teknofest-2022 festivalının ilk hazırlıqlarına start verilib
Dünyada inflyasiya sürətlənir: Azərbaycan hansı addımları atır?
Lənkəranda uşaqlara siqaret satanlar cərimələnib
Daha 5 nəfər saxlanılıb, 10 kiloqramdan artıq narkotik və psixotrop maddə dövriyyədən çıxarılıb (FOTO)
Azad olunmuş ərazilərdə internetlə bağlı fəaliyyət planı hazırlanıb - Nazir müavini
Dairə və məntəqə seçki komisiyalarının formalaşdırılması başa çatıb - Məzahir Pənahov
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (FOTO/VİDEO)
Sabah da qar yağacaq, güclü külək əsəcək
Azərbaycan xalqı, dövlət və hökumət rəsmiləri 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir (FOTO/VİDEO)
ABŞ səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Qazaxıstan səfiri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
20 Yanvar xalqımızın qəhrəmanlıq dastanıdır - Səttar Möhbalıyev
Yaxın zamanlarda “TURKOVAC”ın Azərbaycanda sınaqları aparılacaq
Mingəçevir Dövlət Universitetində 20 Yanvar mövzusunda tədbir keçirilib (FOTO)
Səhiyyə naziri karantin rejimindən danışdı
Qarabağda törədilən ekoloji cinayətlərlə bağlı işlər davam edir - Muxtar Babayev
Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərlə bağlı işlər gedir - Baş prokuror
Azərbaycanda koronavirusa yoluxanların 40 faizi "omikron" ola bilər - Nazir
Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, xeyriyyəçi kimi qalıb - Rauf Əliyev
UNEC kollektivi Ümumxalq Hüzn Günündə şəhidlərin xatirəsini yad edib (FOTO)
20 Yanvar müstəqillik uğrunda göstərilən iradəni təmsil edir - Türkiyəli tədqiqatçı
Türkiyə səfirliyi 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
"Tərtər işi"ndən heç kim siyasi məqsəd güdə bilməz - Kamran Əliyev
Mövlud Çavuşoğlu 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib (FOTO)
DTX əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda əzmini daha da artırdı - Prezidentin köməkçisi
Səlçuk Bayraktar Azərbaycanda keçiriləcək "Teknofest"lə bağlı paylaşım edib
Ermənistan regionda yaranmış yeni geosiyasi reallıqları düzgün qiymətləndirməlidir - Hikmət Hacıyev
Gürcüstan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini anıb (FOTO)
Qazaxıstan səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar paylaşım edib
Salyan sakinindən 1 kiloqram narkotik götürülüb
Azərbaycan neftinin qiyməti 92 dolları ötüb
20 Yanvar qəhrəman Azərbaycan xalqının müstəqilliyi üçün ayağa qalxdığı gündür - Yalçın Topçu
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər (YENİLƏNİB) (FOTO/VİDEO)
Xaçmazda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib (FOTO)
Toyda karantini pozan iki nəfər cərimələnib
Türkiyə səfiri Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Bu avtomagistrallarda sürət həddi endirilib
20 Yanvar Azərbaycan xalqı üçün müstəqillik mübarizəsinin rəmzidir
Britaniya səfiri Şəhidlər Xiyabanını ziyarət edib
Şamaxıya istirahətə gələn şəxsdən külli miqdarda heroin və “patı” götürülüb (FOTO/VİDEO)
ABŞ "omikron" ştammına görə qapanmalara qayıtmaq niyyətində deyil - Co Bayden
Dünyada koronavirusa yoluxanların sayı 330 milyonu keçib
Jurnalistlər Makronun mətbuat konfransını boykot ediblər
Braziliya ardıcıl ikinci gün yeni yoluxma hallarının sayına görə antirekordu yeniləyib
"Instagram"da ödənişli abunəçilik funksiyası əlavə olunacaq
Livanın cənubundan İsrail istiqamətində raket atılıb
Mingəçevir Dövlət Universitetində “20 Yanvar Azərbaycan xalqının milli qürur və şərəf tarixidir” mövzusunda konfrans keçirilib (FOTO)
Bütün xəbərlər