...

Kestutis Yankauskas: Azərbaycanda ağac əkilməsi tədbirləri ekoloji tarazlığın saxlanması baxımından çox gözəl təşəbbüsdür

Siyasət Materials 21 Oktyabr 2019 10:31 (UTC +04:00)
Bütün dünyada olduğu kimi, Avropada da ekoloji tarazlığın qorunması istiqamətində müvafiq tədbirlər görülür.
Kestutis Yankauskas: Azərbaycanda ağac əkilməsi tədbirləri ekoloji tarazlığın saxlanması baxımından çox gözəl təşəbbüsdür

Bakı. İlhamə İsabalayeva - Trend:

Bütün dünyada olduğu kimi, Avropada da ekoloji tarazlığın qorunması istiqamətində müvafiq tədbirlər görülür.

Bunu Trend-ə Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Yankauskas deyib.

Onun sözlərinə görə, təbiəti qorumaq vacibdir: "Planetimizin gələcəyini qorumaq hər birimizin vətəndaşlıq borcudur. Çünki hər birimiz təbiətin bir hissəsiyik. Nə qədər çox ağac əksək, təbiəti də bir o qədər yaxşı qorumuş olarıq və insanlar sağlam ömür sürərlər. Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə keçirilən aksiyada da 200 ağac əkildi. Bu, təbiətin qorunması, ekoloji tarazlığın saxlanması baxımından çox gözəl təşəbbüsdür".

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsünün həyata keçirilməsi üçün müxtəlif cinsli iqlimə və mühitə uyğun meşə və meyvə tingləri seçilib.

Azərbaycanın tarixində ilk dəfədir ki, bir gün ərzində bu qədər çox sayda ağac əkiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti