Prezident İlham Əliyev: Mənim göstərişimlə ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir

Prezident İlham Əliyev: Mənim göstərişimlə ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir

Bakı. Trend:

Mənim göstərişimlə ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılışı mərasimində kollektiv ilə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib: "Mən sizi ürəkdən salamlayıram. Sizi yeni xalça fabrikinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl müəssisədə indi 50-dən çox iş yeri yaradılıb. Gələcəkdə iş yerlərinin sayı daha da çox olacaq. Əsas məsələ ondadır ki, burada qadınlar üçün iş yerləri yaradılır. Yəni, qadınları işlə təmin etmək üçün xüsusi tədbirlər görülür ki, Azərbaycanda iş yerləri daha da sürətlə açılsın, daha geniş əhalini əhatə etsin.

Burada iş şəraiti də, əməkhaqqı da yaxşıdır. Azərbaycanda xalçaçılıq sənətinin bundan sonra da yaşadılması üçün biz çox böyük işlər görürük. Bu məqsədlə “Azərxalça” müəssisəsi yaradılıbdır və mənim göstərişimlə ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir. Onlardan 10-u istifadəyə verilib, o cümlədən biri Qəbələ şəhərində. Növbəti illərdə isə 20-dən çox fabrik fəaliyyətə başlayacaq. Bu fabriklərdə minlərlə yeni iş yeri yaradılacaq".

Prezident İlham Əliyev qeyd edib ki, xalçaçılıq sənəti bizim milli, qədim sənətimizdir: "Azərbaycan xalçaları dünyanın ən aparıcı muzeylərində nümayiş etdirilir. Xalça bizim məişətimizin ayrılmaz hissəsidir və Azərbaycan xalçaları öz keyfiyyəti ilə seçilir. Biz elə etməliyik ki, bu sənət daim yaşasın. Buna nail olmaq üçün, əlbəttə ki, belə fabriklərin yaradılması çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, gənc nəsil bu gözəl sənətə gələcək və bizim peşəkar mütəxəssislərimiz öz təcrübələrini bölüşərək bunu gənc nəslə də ötürəcəklər. Beləliklə, xalça sənəti yaşayacaq, necə ki, əsrlərboyu yaşayıb.

Eyni zamanda, xalça ixracyönümlü məhsuldur. Bu xalçalar xaricə satılmaqla ölkəmizə valyuta gələcək. Biz indi Sumqayıt şəhərində böyük əyirici-boyaq müəssisəsini yaradırıq. Ölkə üzrə yun tədarük mərkəzləri yaradılır. Bizim öz boyalarımız, öz iplərimiz olacaq və idxaldan asılılıq aradan qaldırılacaq.

Ona görə “Azərxalça”nın yaradılması, görün, nə qədər böyük, gözəl hadisələrə təkan verdi. Həm iş yerləri yaradılır, biz sənətimizi yaşadırıq, gənc nəsli yetişdiririk, həm də bölgələrdə yunçuluqla bağlı aparılan tədbirlər öz səmərəsini verir və nəticədə Azərbaycan daha da güclənir, ölkəmizin uğurlu inkişafı təmin edilir".

Azərbaycan Prezidenti vurğulayıb ki, Qəbələ rayonuna çox böyük diqqət göstərilir. Son illər ərzində burada bir çox önəmli müəssisələrin, obyektlərin açılışı olub: "Təsadüfi deyil ki, mən son 16 il ərzində Qəbələyə 13 dəfə səfər etmişəm, şəhərin, rayonun inkişafı ilə bağlı göstərişlər verilib və gözəl açılışlarda iştirak etmişəm.

Qəbələ Azərbaycanın Bakıdan sonra ikinci turizm məskənidir. Turizmin inkişafı sürətlə davam edir, 9 otel, 9 istirahət mərkəzi yaradılıb. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Qəbələdə beynəlxalq aeroport tikilib. Baxmayaraq ki, sovet vaxtında Qəbələdə aeroport yox idi, indi beynəlxalq uçuşlar təşkil edilir. İcra başçısı mənə məlumat verdi ki, bu il təkcə otellərdə 150 min qonaq istirahət edib. Fərdi evlərdə də bəlkə o qədər qonaq istirahət edib. Bu, vətəndaşlara da böyük maddi dəstəkdir. İmkanı olan vətəndaşlar öz evlərinin bir hissəsini kirayəyə verirlər, pul qazanırlar. Kəndlilər də öz məhsullarını satırlar. Ona görə turizmin inkişafı əhalinin çox böyük bir hissəsini əhatə edir.

Əlbəttə, Qəbələdə sosial infrastruktur da icra edilir. O cümlədən biz bu gün içməli su-kanalizasiya layihəsini icra etdik. Bundan sonra Qəbələ ən yüksək standartlara cavab verən içməli su ilə təmin ediləcəkdir. Şəhər sakinləri bundan faydalanır. “ASAN xidmət” mərkəzi yaradılmışdır ki, bu da vətəndaşlara çox böyük rahatlıq verir. Heydər Əliyev adına böyük Konqres Mərkəzi yaradılıb və orada beynəlxalq tədbirlər, musiqi festivalları keçirilir. Yəni, Qəbələdə hərtərəfli inkişaf təmin edilir, iş yerləri, yeni müəssisələr, konserv zavodu, iki böyük heyvandarlıq müəssisəsi, bu gün tanış olduğum, Azərbaycanın tələbatının böyük hissəsini öz üzərinə götürən gülyetişdirmə mərkəzi və bu xalça müəssisəsi. Ona görə Qəbələnin timsalında biz ölkəmizin uğurlu inkişafını görürük.

Şəhər də gündən-günə gözəlləşir, abadlaşır. Həm tarixi abidələr qorunur, həm yeni obyektlər göz oxşayır. Belə də olmalıdır. Çünki Qəbələ dünyanın ən qədim yaşayış yerlərindən biridir. Qəbələ qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuşdur. Bu şəhərin çox böyük tarixi var. Biz indi Qəbələnin tarixi simasını saxlamaqla şəhərə, rayona yeni nəfəs veririk. Yeni inkişaf konsepsiyası icra edilir. Hər dəfə Qəbələdə olanda mən gördüyüm bu inkişafı qiymətləndirirəm və buna sevinirəm.

Sizə gələcəkdə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, bu müəssisədə yaxşı işləyəsiniz, həm ailə büdcənizə töhfə verəsiniz və həm də burada gözəl sənətimizi yaşadasınız".

Qarabağda bərpa olunan enerji mənbələrinin inkişafı üzrə Tədbirlər planı hazırlanır
Qarabağda bərpa olunan enerji mənbələrinin inkişafı üzrə Tədbirlər planı hazırlanır
TAP layihə gücündən kənara çıxa bilərmi? - İcraçı direktor şərtləri açıqladı
TAP layihə gücündən kənara çıxa bilərmi? - İcraçı direktor şərtləri açıqladı
SOCAR hər hansı məsələ ilə bağlı vətəndaşlardan pul tələb etmir - Dələduzlar barədə xəbərdarlıq
SOCAR hər hansı məsələ ilə bağlı vətəndaşlardan pul tələb etmir - Dələduzlar barədə xəbərdarlıq
Loading Bars
Xəbər lenti
Müharibə düşmən ölkənin Şuşa planını da fiaskoya uğratdı - Ekspert
Vergi Xidməti işə qəbulla bağlı əlavə sənəd qəbulu elan edib
“Vikipediya”nın polyak dili bölməsində Azərbaycanla bağlı məqalələr yaradılır
Kənd Təsərrüfatı Nazirliyində şəkər çuğunduru istehsalı ilə bağlı onlayn müşavirə keçirilib (FOTO)
Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
Minatəmizləmə prosesi sürətlə davam edir (VİDEOREPORTAJ)
Fermerlərin diqqətinə: Bu il fındıq bağlarının hər hektarına 4 400 manat pul veriləcək
Bakıda qadının intiharı ilə bağlı araşdırma başlanıb
Prokurorluq orqanlarına qəbul imtahanının vaxtı açıqlanıb
Ani Ödənişlər Sistemi biznes müştərilər üçün 24/7 rejimində ilk olaraq Yelo Bankda
Şəhidlərin uyuduğu torpaq yerindən asılı olmayaraq müqəddəsdir - Təxribata UYMAYAQ (FOTO)
FAO Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı üzrə işlərə başlayacaq
Bu rayonlara içməli su məhdudiyyətlə veriləcək
Qubadlı rayonunun Dəmirçilər kəndi (FOTO/VİDEO)
Dəniz quldurlarının öldürdüyü Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirilib
Tofiq Bakıxanov “Şərəf” ordeni ilə təltif edildi
Albert Mustafayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
Bakıda yeni müntəzəm marşrut xətti təşkil edilib
Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan-Gürcüstan" müsabiqəsinə yekun vurulub (FOTO)
Vüqar Səfərli ev dustaqlığına buraxılmadı
ÜST COVID-19-la bağlı kliniki təlimatları yeniləyib
Azərbaycanda qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 70%-i ötüb - Mikayıl Cabbarov
İşğaldan azad olunan ərazilərdə qaz xətlərinin çəkilməsi üçün ilkin layihə işlərinə başlanılıb
Daha bir qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu
“YAŞAT” Fondu 1624 şəxsi öhdəliyə götürüb (FOTO)
Fərdi ovçuluq təsərrüfatlarının yaradılması məsələsinə baxıla bilər - Firuddin Əliyev
ETSN ovun qadağan edilməsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib
Baş Prokurorluq təkzib edir
Milli parklarda piknik nöqtələrinin sayı artırılıb
Yeni quraşdırılacaq mexaniki sayğaclar mərkəzdən idarə olunacaq - RƏSMİ
Rusiya Qarabağdakı vəziyyəti diqqətdən kənarda qoymayacaq - Lavrov
Ombudsman Aparatının əməkdaşları Xırdalandakı partlayışı yerində araşdırıblar
Aqrar sektorun inkişafı daim diqqət mərkəzindədir - Naqif Həmzəyev
Azərbaycanda həvəskar balıq ovuna heç bir məhdudiyyət yoxdur - ETSN
Bəzi milli park və qoruqlarda kadastr sistemi üzrə işlər həyata keçiriləcək
Xırdalanda partlayış olan evin yerləşdiyi ərazidən heç bir qaz xətti keçmir - "Azəriqaz"
Ceyhun Bayramov Mevlüt Çavuşoğlu ilə telefonla danışıb
İşğaldan azad edilən ərazilərdə mühafizə olunan təbiət vətəndaşlar üçün daha əlçatan olacaq - Nazirlik
Ovlanması nəzərdə tutulan heyvanların sayının artırılması planlaşdırılır - ETSN
Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib
Regional mədəniyyət idarələrinə yeni rəislər təyin olunub (FOTO)
Milli parklarda qanunu pozan şəxslərdən 13 odlu silah götürülüb
MİDA-da 2020-ci il ərzində fəaliyyətinin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib (FOTO)
Rusiya və Azərbaycan xilasediciləri 340 ədəd minanı zərərsizləşdirib - FHN (VİDEO)
Azərbaycandan Qətərə ekoməhsullar ixrac edilir
Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM
İtaliyanın baş naziri istefa verdi
Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi
Pandemiyadan zərər çəkmiş sahibkarlara yenidən maliyyə dəstəyi göstərilib
Gecikdirilmiş ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edilib
Qarabağda bərpa olunan enerji mənbələrinin inkişafı üzrə Tədbirlər planı hazırlanır
Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik - Əhliman Əmiraslanov
Dostluq yatağı ilə bağlı memorandum Xəzərin sülh dənizi statusunu möhkəmləndirəcək - Deputat
Xırdalanda partlayış olan ərazidə axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb
İran yük maşınları məhsulları gömrük postunda boşaltmadan Azərbaycana daşımağa başlayıb
"Access Bank" azad edilmiş ərazilərdə bank mərkəzlərini yaratmağı planlaşdırır
Xırdalanda dağıntılar altında daha bir nəfərin meyiti tapılıb
ÜST pandemiyanın psixi sağlamlığa təsirini müəyyən edib
Rusiya və İran XİN başçılarının görüşü keçirilir
Azərbaycanda qızıl bahalaşıb
Yumşalmadan sonra dəmir yollarından istifadə edənlərin sayı artıb
Azərbaycanda bu mallara aksiz dərəcələri tətbiq ediləcək
İranda daha 6,4 min nəfər koronavirusa yoluxub, 79 nəfər ölüb
TAP layihə gücündən kənara çıxa bilərmi? - İcraçı direktor şərtləri açıqladı
Prezident İlham Əliyev: Azad edilmiş ərazilərdə qurulacaq şəhərlər və kəndlər “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır
Azərbaycan Prezidenti: Müharibə bir çoxlarına Azərbaycanın potensialının nədən ibarət olduğunu göstərmişdir
Azərbaycan Tehranda keçirilən "İran Plast" sərgisinə qatılacaq
Prezident İlham Əliyev: Azərbaycanda internet azaddır, heç bir senzura yoxdur
Bir neçə aksizli malların dərəcələri artırılır
Azərbaycanda qızıl və gümüşün satışı vergidən azad olunur
Prezident İlham Əliyev: İslahatlar gedir, islahatlar labüddür və ölkə qarşısında yeni vəzifələr durur
UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib
Unibank “Qarabağ Dirçəliş Fondu”na 100.000 AZN vəsait köçürüb
Prezident İlham Əliyev: Dövlət qurumları, nazirliklər mənim göstərişlərimi axıra qədər icra etməlidirlər
Quşçu palçıq vulkanının püskürmə səbəbi açıqlandı
Azərbaycan Prezidenti: Öz siyasətimizi elə qurmalıyıq ki, Azərbaycanın hərbi potensialı daim yüksək səviyyədə olsun
Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq (VİDEO)
Prezident İlham Əliyev: Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər
Prezident İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib (FOTO)
Tütün məhsullarının aksizli malların siyahısına daxil edilməsi təklif edilir
Azərbaycan Prezidenti: Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır
Prezident İlham Əliyev: Azərbaycan rabitə və yüksək texnologiyalar sahəsində bölgədə mərkəzi rol oynayır
Rusiya və İran Qarabağdakı vəziyyət üzrə dialoqun dərinləşməsində maraqlıdır - Lavrov
Prezident İlham Əliyev: Heydər Əliyev Beynəlxalq Hava Limanı beşulduzlu hava limanıdır
Azərbaycan nefti ucuzlaşır
Azərbaycan Prezidenti: Biz Xəzərdə ən böyük donanmaya sahibik
Azərbaycanda bu avadanlıq və qurğuların idxalı vergidən azad edilir
Prezident İlham Əliyev: Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir
Bakıda idman gimnastikası üzrə Dünya kuboku təxirə salınıb
Prezident İlham Əliyev yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirini qəbul edib (FOTO/VİDEO)
Buğdanın idxalı və satışı, çörəyin istehsalı və satışı daha 1 il müddətinə vergidən azad olunur
Olimpiya oyunlarının Tokiodan Floridaya keçirilməsi təklif olunub
İran altıtərəfli əməkdaşlıq platformasının təşkil olunmasını istəyir - Zərif
SOCAR hər hansı məsələ ilə bağlı vətəndaşlardan pul tələb etmir - Dələduzlar barədə xəbərdarlıq
Rabitə naziri təyin edilən Rəşad Nəbiyev kimdir?
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında hərbçilərin Azərbaycanda fəaliyyəti müzakirə ediləcək
Xəzərdə zəlzələ olub
Hər iki Qarabağ müharibəsi şəhidlərinin ailələri və əlillərin mənzil təminatı paralel aparılacaq - Şöbə müdiri
Xırdalanda baş verən partlayışla bağlı cinayət işi açıldı
Bakı-Naxçıvan üzrə aviareyslərin sayı gündə üç dəfəyədək artırılır
Bütün xəbərlər