...

Özbəkistan və Azərbaycan parlamentariləri arasında görüş olub

Siyasət Materials 23 Noyabr 2019 09:57 (UTC +04:00)
MDB Parlamentlərarası Assambleyası çərçivəsində Özbəkistan nümayəndə heyəti Azərbaycan parlamentariləri ilə görüşüb
Özbəkistan və Azərbaycan parlamentariləri arasında görüş olub

Bakı. Fəxri Vəkilov - Trend:

MDB Parlamentlərarası Assambleyası çərçivəsində Özbəkistan nümayəndə heyəti Azərbaycan parlamentariləri ilə görüşüb.

Trend-in məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov Özbəkistanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına, Özbəkistan parlamentini isə MDB Parlamentlərarası Assambleyasına daxil olması münasibətilə təbrik edib.

Görüş zamanı tərəflər parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər.

O.Əsədov Özbəkistan Senatının sədri Tənzilə Narbayevanı Azərbaycana rəsmi səfərə dəvət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti