Əli Əhmədov: Radikallığa Azərbaycanın siyasət meydanında yer yoxdur

Əli Əhmədov: Radikallığa Azərbaycanın siyasət meydanında yer yoxdur

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini – İcra katibi Əli Əhmədov “Parlamentin yeniləşmə zərurəti və anti-Azərbaycan qüvvələrin narahatçılığı” sərlövhəli məqaləsində Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının noyabr ayının 28-də keçirilən iclasında Milli Məclisin yeniləşməsinin obyektiv zərurətə çevrildiyini nəzərə alaraq tarixi əhəmiyyət daşıyan təşəbbüsünü şərh edib.

Trend-in məlumatına görə, Ə.Əhmədov qeyd edib ki, Siyasi Şura Yeni Azərbaycan Partiyasını parlamentdə təmsil edən deputatlara Milli Məclisin buraxılması xahişi ilə Azərbaycan Respublikasının Prezidentinə müraciət etməyi tövsiyyə etmişdir. Müşahidələr bu təşəbbüsün əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəkləndiyini göstərir:

“Səbəb çox sadə və aydındır. Ölkə həyatının demək olar ki, bütün sahələrini əhatə edən islahatlar uğurla həyata keçirilir və inkişafın yeni mərhələsinə keçid üçün əlverişli şərait yaradır. Əslində, yaşadığımız dövrü tariximizin Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar mərhələsi adlandırmaq daha düzgün olardı. Artıq bir neçə ildir həyata keçirilən islahatlar keyfiyyətcə yeni mərhələyə çatıb və idarəetmə sahələrini əhatə edir. İcra hakimiyyəti sahəsində ciddi struktur islahatları, kadr dəyişiklikləri idarəetmənin çevikliyini artırmağa, səmərəlilik səviyyəsini yüksəltməyə hədəflənib. Hakimiyyətin digər qolu – məhkəmə hakimiyyəti sistemi də islahatlarla əhatə olunub və bu islahatların getdikcə genişlənməsi gözlənilir”.

Baş nazirin müavini daha sonra qeyd edib: “İslahatların tamlığı və ahəngdarlığının təmin edilməsi onun sistem şəklində həyata keçirilməsini tələb edir. Başqa sözlə desək, icra və məhkəmə hakimiyyəti ilə yanaşı qanunverici hakimiyyət sahəsində də islahatların keçirilməsi obyektiv zərurətə çevrilib. Cəmiyyətdə qanunverici hakimiyyət sahəsində yeniləşməyə, parlamentin qanunyaratma fəaliyyətinin daha da təkmilləşdirilməsinə, ümumiyyətlə parlamentin öz işini islahatlar strategiyasına uyğun olaraq təşkil etməsinə dair çağırışlar xeyli vaxtdır ki, səslənməkdədir.

Bu mülahizələrdən çıxış edərək, Yeni Azərbaycan Partiyası parlamentin Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılması və yeni seçkilərin keçirilməsi təşəbbüsünü irəli sürüb. Qeyd etmək lazımdır ki, ayrı-ayrı ölkələrdə parlamentin buraxılması və növbədənkənar (yaxud vaxtından əvvəl) seçkilərin keçirilməsi tez-tez rast gəlinən adi hadisədir. Ən yeni nümunə kimi Böyük Britaniya göstərilə bilər. Orada vaxtından əvvəl parlament seçkiləri keçirilməkdədir. Yaxud İspaniya və İtaliyada son bir neçə il ərzində bir neçə dəfə növbədənkənar parlament seçkiləri keçirilmişdir”.

Ə.Əhmədov fikirlərini davam etdirərək qeyd edir: “Gətirilən misallar fonunda Azərbaycanın radikal müxalifətinin siyasi həyatın bu adi hadisəsinə ənənəvi olaraq şər və böhtan prizmasından yanaşması, yumşaq desək, başadüşülən deyil. Həmin siyasi partiyalar yeni bir seçki şansından bəhrələnmək əvəzinə yenə də onun boykot edilməsindən söhbət açırlar. Aydın şəkildə görünür ki, radikal müxalifət seçki formasından istifadə etmək niyyətində deyil. Milli Şuranın parlamentə növbədənkənar seçkilərdə iştirak etmələri ilə əlaqədar irəli sürdükləri “şərtlər zərfi” bunu aydın sübuta yetirir. Açığı, hər hansı partiyanın seçkilərdə iştirakla bağlı şərtlər irəli sürməsi əcaib görünür. Siyasi partiyanın seçkilərdə iştirakı onun fəaliyyətinin və mövcudluğunun başlıca şərtidir. Bundan kənar hər hansı amil siyasi partiyanın mövcudluğuna haqq qazandıra bilməz. Digər tərəfdən, Azərbaycanda bütün seçkilər, o cümlədən parlament seçkiləri mövcud qanunvericiliyə, Seçki Məcəlləsinin tələblərinə uyğun təşkil edilir. Seçki Məcəlləsi isə hər hansı əlahiddə partiya üçün qəbul edilməyib və bu səbəbdən ayrıca götürülmüş partiyanın seçkidə iştirak etməklə bağlı şərtlər irəli sürməsi demokratiya və bərabər imkanlar anlayışına qətiyyən uyğun gəlmir.

Ayrıca götürülmüş partiya tərəfindən xüsusi şərtlərin irəli sürülməsi, əslində onun məkrli niyyətindən xəbər verir. Ölkədə keçirilən bələdiyyə seçkilərində iştirak etməyən, gözlənilən parlament seçkilərində iştirak etmək üçün xüsusi şərtlər irəli sürən təşkilat, heç şübhəsiz, seçkidən daha çox radikallaşmaq və qarşıdurma yaratmaq haqqında düşünür. Bu mənada onların həm niyyəti, həm də davranışları bəzi anti-Azərbaycan qüvvələrin istək və arzuları ilə üst-üstə düşür. Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar təntənəli yığıncaqda qeyd etdiyi kimi, yalnız Azərbaycan xalqı, onun dövləti xalqımızın milli maraqlarına uyğun fəaliyyət göstərir və göstərə bilər. Anti-Azərbaycan qüvvələrin niyyəti isə öz maraqları çərçivəsində Azərbaycana problemlər yaratmaq, imkan düşdükdə zərbə vurmaqdır. Ona görə də Azərbaycanda islahatların keçirilməsi, iqtisadiyyatın artması, dövlətin güclənməsi həmin qüvvələri təşvişə salır. Bəzi siyasi partiyalar anti-Azərbaycan qüvvələrin əlində vasitəyə çevrilməsi səbəbindən həyata keçirilən genişmiqyaslı islahatlar konsepsiyasına qarşı çıxır, ona qara yaxmağa çalışırlar. Yeni Azərbaycan Partiyasının xoş niyyətindən irəli gələn və islahatların daha da sürətlənməsinə xidmət edən təşəbbüsünə radikal müxalifətin əks çıxması da məhz bu qəbildəndir. Anti-Azərbaycan qüvvələrin narahatlığı onlara da sirayət edib”.

Radikal müxalifətin Azərbaycanda daim dağıdıcı və inkaredici mövqeyindən bəhs edən Ə.Əhmədov daha sonra yazıb: “Radikal mövqedə dayanan və hər addımda anti-milli qruplar kimi özünü göstərən partiyaların ölkədə keçirilən seçkilərdə iştirakdan müxtəlif səbəblərlə imtina etməsinin kökündə dayanan daha bir səbəb var. Bu da onların ictimai dayaqdan məhrum olması, sosial bazasını bütünlüklə itirməsidir. Seçicilər tərəfindən dəstəklənmədiyini aydın başa düşən həmin radikal partiyalar fəaliyyətlərini yalnız yalan, böhtan təbliğatı üzərində qurur, qarşıdurma yaratmağa çalışır. Onlar təlaş içindədir. Çünki islahatlar genişlənib dərinləşdikcə ölkə daha da inkişaf edir, dövlətin qüdrəti artır, xalqla iqtidarın birliyi güclənir. Radikal müxalifətin təxribatçı hərəkətlərinin sahəsi isə daralır və onlar küncə sıxılır. Bu isə göstərir ki, radikallığa Azərbaycanın siyasət meydanında yer yoxdur”.

Ötən ay “Azəriqaz”da 3132 yeni abonent qeydiyyata alınıb
Ötən ay “Azəriqaz”da 3132 yeni abonent qeydiyyata alınıb
Murat Lekompte: Qlobal iqtisadi və sosial böhranlar TANAP-ın kommersiya fəaliyyətində hər hansı bir ləngiməyə səbəb olmayıb (MÜSAHİBƏ)
Murat Lekompte: Qlobal iqtisadi və sosial böhranlar TANAP-ın kommersiya fəaliyyətində hər hansı bir ləngiməyə səbəb olmayıb (MÜSAHİBƏ)
Büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində  431 sayda araşdırma aparılıb
Büdcədən maliyyələşən istehlakçıların elektrik və qaz təchizatı şəbəkələrində 431 sayda araşdırma aparılıb
Loading Bars
Xəbər lenti
Hikmət Hacıyev: Gələn həftə ərzində xarici ölkələrdən Azərbaycan vətəndaşlarının gətirilməsi davam etdiriləcək
ABŞ səfirliyi 2020-2022-ci İllər üçün jurnalistika üzrə magistr proqramını elan edir
Bakı üzrə iyul ayının pensiyaları ödənildi
Nadir Zeynalov: Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur
Metronun bağlanmasının səbəbi açıqlandı
Pandemiya dövründə Azərbaycanda beynəlxalq daşımalar dayanmayıb - Hikmət Hacıyev
Sərt karantin rayonlarının bəziləri siayhıdan çıxarıla bilər - RƏSMİ AÇIQLAMA
TƏBİB çimərliklərlə bağlı açıqlama verib
Karantin müddətində xəstələrin bölgələrdən Bakıya xəstəxanalara gəlməsinə icazə verilir - TƏBİB
Bakıda koronavirusdan evdə müalicə olunanların sayı açıqlanıb
Hazırda biz yoluxma sayında eyniləşmə, sabitlik əldə etmişik - Yaqut Qarayeva
Ağstafanın keçmiş icra başçısı və müavinin həbs müddəti uzadıldı
Pandemiya ilə mübarizəyə dair maarifləndirmə tədbirlərinə özəl sektor da qoşuldu (VİDEO)
Respublikaya daxil olan bütün sürscülər test edilir - TƏBİB
Həftəsonu sərt karantin ərazilərində dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək - Şöbə müdiri
ABŞ-da növbəti dəfə rekord sayda yoluxma qeydə alındı
TƏBİB-ə müxtəlif idarə və təşkilatlardan əməkdaşlarının test edilməsi üçün tez-tez müraciətlər olur - Şöbə müddiri
TƏBİB: Virusa yoluxan şəxsin 21 gündən sonra yenidən test verməsi vacib deyil
Azərbaycanın xaricdə xidmət aparan hərbçisi koronavirusa yoluxub
Məhkəmə Faiq Bağırov barəsində ilkin qərar verib (ƏLAVƏ OLUNUB )
XİN-in Konsulluq İdarəsinin daha bir əməkdaşı həbs edildi
Hikmət Hacıyev: İctimai nəqliyyatdan istifadə edirəm
Bakıda yaradılan COVİD məntəqələrinə gün ərzində 700-800 müraciət edilir - Nadir Zeynalov
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyası işə başlayır
Azərbaycan vətəndaşlarına xarici ölkələrə səfərlərdən çəkinmək tövsiyə edilir - Hikmət Hacıyev
İş yerlərinin sayı azaldıldıqdan sonra metro bağlandı - Yaqut Qarayeva
Hikmət Hacıyev: Pandemiyaya qarşı mübarizəyə dəstək olmaq üçün Kubadan Azərbaycana həkim heyətinin gəlməsi nəzərdə tutulur
Azərbaycan Beynəlxalq Bankından bütün müştərilərə pulsuz TamKart və endirimli kredit
İyulun 13-də dolların manata qarşı məzənnəsi
Azərbaycandakı xəstələrin müalicəsi üçün xaricdən mütəxəssislər cəlb olunub - TƏBİB
“İki sahil”in nəşrə başlamasından 29 il ötür
Yoluxma ilə sağalma sayı eyniləşir - Şöbə müdiri
Yaqut Qarayeva: Yaya görə karantinlə bağlı şikayətlər daxil olur
Azərbaycanda bu gün 526 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 8 nəfər ölüb
Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirib
Prezident İlham Əliyev Monqolustan Prezidentini təbrik edib
ABŞ xüsusi təyinatlılarında ilk dəfə qadın xidmət edəcək
Səhiyyə Nazirliyi: Bütün COVİD məntəqələri və bu məntəqələrin yerləşdiyi poliklinikaların hamısı qoruyucu vasitələrlə təmin edilib
İsmayıllıda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri aşkarlanıb
"Unibank" özünüməşğulluq layihəsi çərçivəsində Qarabağ müharibəsi döyüşçüsünün arzusunu reallaşdırdı (FOTO)
Gənclər arasında “I Respublika Virtual Debat Çempionatı” keçiriləcək
Əgər kredit vermiriksə, müştərinin əlinin yanmasını istəmirik - Yelo Bankın sədri
Bu yollarda hərəkət qismən məhdudlaşdırılır
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasına yeni sədr seçilib
"Kaspersky" zərərsiz proqramların yayılmasının qeyri-adi sxemini aşkarlayıb - Aktiv olmayan domenlər vasitəsilə
Bu gün keçirilən qəbul imtahanlarından 2 nəfər xaric olunub
Rusiyada koronavirus vaksininin sınaqlarının son mərhələsi başlayıb
Azərbaycan Silahlı Qüvvələri Günü ilə bağlı Bolqarıstan KİV-də məqalələr dərc olunur (FOTO)
Biləsuvarda qızını evdə zəncirləyən ata tutulub - Baş Prokurorluq
Kapital Bank-ın dəstəyi ilə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər təqdim edilib (FOTO)
“Bergen Anlaşması”nın müddəaları ilə bağlı fikir mübadiləsi aparılıb (FOTO)
Göygöldəki kafelərdə reyd keçirilib, bir neçə nəfər cərimələnib (FOTO)
Latviya aviaşirkəti gələn ildən Bakıya uçuşlar həyata keçirəcək
Ötən ay “Azəriqaz”da 3132 yeni abonent qeydiyyata alınıb
İranda daha 142 nәfәr koronavirusdan ölüb
BNA avtobuslarda sərnişin sıxlığına aydınlıq gətirdi
COVİD-19 xəstələrinin evdə müalicə edilməsi ilə bağlı qərarın verilməsinə BU AMİLLƏR də təsir göstərir
Yeni nəsil kombaynlar Siyəzən, Xızı və Qusarın dağlıq və dağətəyi zonalarında biçinə başlayıb (FOTO)
Siyəzəndə maskadan istifadə etməyən, icazəsiz yaşayış yerini tərk edənlər cərimələnib (FOTO)
Rabitəbankdan Elektron ticarət tariflərinə endirim
Kliniki Tibbi Mərkəzin daha bir həkimi koronavirusa yoluxdu
Çempionlar Liqasının dörddəbir final mərhələsinin püşkü atılıb
Maştağadakı tarixi hamamın təmizlənməsi işlərinə başlanılıb (FOTO)
BMT Baş Assambleyasının 31-ci xüsusi sessiyası çağırılacaq
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Niyə əmanətlərinizi bankdan götürməməlisiniz? Yelo Bankın sədri izah edir
Rusiyalı mütəxəssislər Mərkəzi Gömrük Hospitalının fəaliyyəti barədə xoş fikirlər səsləndiriblər (FOTO)
Baş Prokurorluq əsgər ölümü ilə bağlı yayılan məlumatlara aydınlıq gətirdi
Azər Türk Bankdan fərdi sahibkarlar üçün sərfəli kredit kartı
Şirvan şəhərində 68 mənzilli yaşayış binası şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verildi (FOTO)
164 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirildi, 93 müəssisədə qayda pozuntusu aşkarlandı (FOTO)
Rezidenturaya qəbul olmaq istəyənlər üçün yenidən sənəd qəbulu başladı
PAŞA Bank uşaqları antiseptik vasitələrlə təmin etmək məqsədi ilə keçirilən sosial layihəyə dəstək verdi
Azərbaycanda pandemiya dövründə bu sahələrdə maaş daha yüksək olub
Dövlət 1,5 milyard manat kredit portfelinə subsidiya və zəmanət verəcək - Vüsal Qasımlı
Türkiyədə ictimai məkanlarda koronavirusa görə nəzarət tədbirləri gücləndirilib
Sabah Bakıda yağış, külək gözlənilir
Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini keçdi
Pambıq əkinlərində suvarma problemləri və həlli yolları müzakirə olunub (FOTO)
Azərbaycan nefti ucuzlaşır
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində nöqsanlar aşkarlanıb, 109,2 min manat dövlət büdcəsinə bərpa edilib
Böyük Şor gölünün çirkli maddələrdən təmizlənməsi davam etdirilir (FOTO)
İnsanların restoranlara, iş yerlərinə QR kod vasitəsilə buraxılması təklif olunur - “E-Təbib”
Çində daşqınlar 30 milyondan çox insana ziyan vurub
Azərbaycan koronavirusla mübarizə aparır, amma radikalların müalicəsi yoxdur - "Politşou" təqdim edir (Videolayihə)
"AHK Azərbaycan"ın ilk onlayn AHK impuls tədbiri turizm sahəsinə həsr olunub
Nərimanov rayon prokuroruna yeni müavin təyin olundu
BMT: COVİD-19-un qida məhsullarından qaynaqlanması barədə elmi məlumat aşkarlanmasa da, gigiyena qaydalarına diqqət etməliyik
İlahiyyat İnstitutunda yay imtahan sessiyası sona çatıb (FOTO)
AZAL sərnişinlərə müraciət edib
Baş Prokurorluq korrupsiya hüquqpozmalarına qarşı mübarizədə beynəlxalq əməkdaşlığı davam etdirir
Bəzi ölkələr karantin rejimini uzatmaqda davam edir
Bakının Suraxanı rayonuna yeni prokuror müavini təyin olundu
AQTA Ağstafada bəzi müəssisələrlə bağlı pozuntu halları aşkarlayıb (FOTO)
16 şəhər və rayon üzrə 190 manatın verilməsi başa çatıb
Zaqatalada oğurluq edib, sonra evi yandıran şəxslər saxlanılıb (FOTO)
Xüsusi karantin zonalarından Daşkəsən rayonuna gələn şəxslər cərimələnib (FOTO)
Mərkəzi Netçilər Xəstəxanasının direktoru: Koronavirusa yoluxan həkim Elnur Abdullanın müalicəsi ilə bağlı məsələlər dövlətin nəzarətindədir
Murat Lekompte: Qlobal iqtisadi və sosial böhranlar TANAP-ın kommersiya fəaliyyətində hər hansı bir ləngiməyə səbəb olmayıb (MÜSAHİBƏ)
Azərbaycan-Meksika parlamentlərarası əlaqələrin inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Bütün xəbərlər