...

Azərbaycan ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb

Siyasət Materials 4 Dekabr 2019 12:52 (UTC +04:00)
Azərbaycan ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb
Azərbaycan ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin yaradılması təşəbbüsünü irəli sürüb

Bakı. Samir Əli - Trend:

ECO-ya üzv ölkələrin Regional Aqrar Tədqiqatlar və İnnovasiya Mərkəzinin (ECO-RARiN) yaradılacaq.

Trend-in məlumatına görə, bu təşəbbüs İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən 6-cı iclasında irəli sürülüb.

Mərkəzin faəliyyəti ilə bağlı sənəd layihəsi Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırlanaraq yerli dövlət qurumları və üzv ölkələrlə razılaşdırılıb.

Bildirilib ki, ECO-RARİN-nin yaradılmasında əsas məqsəd aqrar tədqiqatlar, innovasiyaların tətbiqi və müasir texnologiyaların ötürülməsində ECO-ya üzv ölkələr arasında regional səviyyədə sıx və səmərəli əməkdaşlığın qurulmasına nail olmaqdır. Bu məqsədlə üzv ölkələrdə fəaliyyət göstərən bütün müvafiq qurumalar və ya mərkəzlər sıx əməkdaşlıq edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti