...

Prezident İlham Əliyev Rusiya Federasiyasına səfərə gəlib (FOTO)

Siyasət Materials 20 Dekabr 2019 16:01 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 20-də Sankt-Peterburq şəhərinə səfərə gəlib.
Prezident İlham Əliyev Rusiya Federasiyasına səfərə gəlib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 20-də Sankt-Peterburq şəhərinə səfərə gəlib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Sankt-Peterburq şəhərinin Pulkovo-1 hava limanında dövlətimizin başçısı İlham Əliyevi Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko, Sankt-Peterburq şəhəri hökumətinin üzvü, Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoriyev, Leninqrad vilayətinin Xarici əlaqələr komitəsinin sədr müavini İnna Biqotskaya və digər rəsmi şəxslər qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti