Naqif Həmzəyev: Sağlam həyat tərzinin formalaşması həm də gələcəyin sağlam nəsilinin etibarlı təminatıdır

Naqif Həmzəyev: Sağlam həyat tərzinin formalaşması həm də gələcəyin sağlam nəsilinin etibarlı təminatıdır

Bakı. Trend:

Prezident İlham Əliyevin 16 illik fəaliyyəti dövrü müstəqil respublikamızın dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. XXI əsrin lideri olaraq Prezidentimizin rəhbərliyi altında aparılan düşünülmüş islahatlar, qəbul olunmuş müdrik qərarlar həyatımıza yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarıb. Azərbaycanın dünyada tanınmasında idman xüsusi yer tutur. Ümummilli lider Heydər Əliyev deyirdi ki, heç bir fəaliyyət Azərbaycanı dünyada idman qədər tanıda bilməz. Məhz bu ideyanı rəhbər tutan Prezident İlham Əliyev 16 il ərzində həm də Azərbaycanı dünyada idman dövləti kimi tanıdıb.

Bunu Trend-ə YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Naqif Həmzəyev deyib.

Millət vəkili qeyd edib k, ölkəmizdə idmanın inkişafının dayanıqlı xarakter alması beynəlxalq idman qurumları - Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar tərəfindən də yüksək qiymətləndirilir.

Bir çox mötəbər idman yarışlarına ev sahibliyi etməyimiz, idmançılarımızın Avropa, dünya çempionatlarında və Olimpiya oyunlarında yüksək nəticələr qazanması, əldə etdikləri uğurlu nəticələr müstəqil Azərbaycanın dünyadakı nüfuzuna müsbət təsir göstərib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə söylədiyi fikirlərdə də bu öz əksini tapıb: “Bu baxımdan bu il də əlamətdar il olmuşdur. Bizim idmançılarımız beynəlxalq idman yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i qızıl medaldır. Bu, onu deməyə əsas verir ki, idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda ləyaqətlə təmsil ediblər və Azərbaycanın dövlət himnini dəfələrlə səsləndiriblər, bizim bayrağımızı yüksəklərə qaldırıblar”.

Ölkəmizdə reallaşan müxtəlif idman növlərini əhatə edən önəmli beynəlxalq idman yarışları və irimiqyaslı tədbirlərin - bədii gimnastika üzrə dünya kuboklarının, “Formula 1” üzrə Azərbaycan Qran Prisinin, I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək səviyyədə təşkili, Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final qarşılaşmasının keçirilməsi Azərbaycana dünyada göstərilən etimadın təzahürüdür. Bakıda gerçəkləşən Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan komandasının 10 qızıl, 7 gümüş, 6 bürünc olmaqla, ümumilikdə 23 medalla 4-cü sırada başa vurması, idmançılarımızın İtaliyanın Neapol şəhərindəki XXX Ümumdünya Yay Universiadasında isə 7 medalla 18-ci pillədə qərarlaşması, "Qarabağ" Futbol Klubu UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması, müxtəlif idman növləri üzrə idmançılarımızın medallar qazanması, Teymur Rəcəbovun Şahmat üzrə Dünya Kubokunun qalibi olması, Şahmat üzrə qadınlardan ibarət komandanın Avropa çempionatında bürünc mükafat əldə etməsi Azərbaycanın idman ölkəsi kimi inkişaf etdiyinin göstəricisidir.

Ölkə Prezidentinin yürütdüyü siyasətdə ölkə əhalisinin sağlamlığının möhkəmləndirilməsi və sağlam həyat tərzinin təbliğ olunması dövlət quruculuğunun vacib prioritetlərindən birinə çevrilib. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsindəki çıxışında əhalinin sağlamlığının möhkəmləndirilməsinin dövlət siyasətinin strateji vəzifələrinə daxil olmasına toxunaraq, ölkədə idmanın inkişafının həm də əhalinin sağlamlığına xidmət etdiyini qeyd edib: "Mən tövsiyə edərdim ki, hər bir vətəndaş idmanla məşğul olsun. Özü də həftədə, ayda bir dəfə yox, müntəzəm olaraq. Bunun çox böyük xeyri var və əgər belə olarsa, hər bir insan öz həyatında bunu görəcəkdir”. Azərbaycanın milli maraqlarının əsas sahəsi kimi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, sağlam həyat tərzinin formalaşması həm də gələcəyin sağlam nəsilinin etibarlı təminatıdır.

Sobhani: Azərbaycanla sülh Ermənistanın iqtisadi sabitliyə nail olması üçün əsas şərtlərdən biridir
Sobhani: Azərbaycanla sülh Ermənistanın iqtisadi sabitliyə nail olması üçün əsas şərtlərdən biridir
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan dəstə saxlanılıb (FOTO)
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan dəstə saxlanılıb (FOTO)
Atəşkəs yenə snayper tüfənglərlə pozuldu - 21 dəfə
Atəşkəs yenə snayper tüfənglərlə pozuldu - 21 dəfə
Loading Bars
Xəbər lenti
Sobhani: Azərbaycanla sülh Ermənistanın iqtisadi sabitliyə nail olması üçün əsas şərtlərdən biridir
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr Misir mətbuatında geniş şəkildə işıqlandırılıb
Ərdoğan: İdlibdə hərbi əməliyyatlar hər an başlana bilər
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
Bakıda 40-a yaxın sərnişinə qarşı cibgirlik edən şəxs saxlanıldı
Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı üzrə təlim - seminar keçirilib (FOTO)
Metyu Brayza: ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsində yalnız iki tərəfi tanıyıb
Sabah yağış yağacaq
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan dəstə saxlanılıb (FOTO)
Bərdədə “Mercedes-Vito” “KamAZ”la toqquşub - Ölən var
Evlərdən və “play station” salonlarından oğurluqlar edən xalaoğlanları saxlanıldı (FOTO)
Prezident İlham Əliyev müasir dialoq siyasətini təmsil edirdi, Paşinyan isə sivil dialoqa hazır deyildi - Azər Xudiyev
Təhsildən Peşəyə devizi altında fəaliyyət göstərən Barattson öz missiyasını davam etdirir... (FOTO)
Azərbaycan bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalını artırmaq niyyətindədir
Azərbaycanda qızıl və gümüş bahalaşır
Bakıda oğurluq: Özünü mağaza sahibinin dostu kimi qələmə verib kassanı soydu (VİDEO)
Seçkilərdən narazılar yeni "oyun"a başladılar - "Politşou" təqdim edir (Videolayihə)
Mobil telefonları gizlədərək ölkəyə keçirməyə cəhd etdi
Azərbaycanda apteklər yeni ödəniş sisteminə cəlb ediləcək
Avro-2020-nin oyunları KOB-lar üçün perspektiv imkanlar yaradacaq (FOTO)
Mərkəzi Gömrük Hospitalı "Koronavirusdan necə qorunmaq olar?" başlıqlı videoçarx hazırlayıb
Tibb müəssisələrində ödənişlərin aparılması üçün bank kartı buraxılıb
KOBİA və AFFA arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı Ali Neft Məktəbinin tələbələri Malayziyada qlobal innovasiya yarışmasının qalibi oldu (FOTO)
Nazir müavini: Ərəb şirkətləri Azərbaycana 400 milyon dollara yaxın investisiya qoyur
Məktəblilər arasında ingilis dili olimpiadası keçiriləcək - qalib Böyük Britaniyaya yollanacaq
AFFA sahibkarları Avro 2020-nin keçirilməsində fəal iştirak etməyə çağırır
“Məhəbbət əfsanəsi”nin məşqləri başladı (FOTO/VİDEO)
Göygöldə 24 yaşlı oğlan naməlum şəraitdə ağır xəsarət aldı
Yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək
Orxan Məmmədov: KOBİA "Avro 2020" zamanı sahibkarlara dəstək göstərəcək
Bakı polisi "Əsgərə salam" aksiyasına qoşuldu (FOTO)
Koreyada təhsil almaq istəyənlər üçün proqram elan edildi
Həcc ziyarəti üçün müraciət edənlərin sayı artıb
Üçüncü analoji haldır ki, Paşinyan Azərbaycan Prezidenti qarşısında nə deyəcəyini bilmir - Oktay Hacımusalı
Nazirlik nümayəndələri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olublar (FOTO)
Azərbaycan nefti ucuzlaşır
Tramp Hindistanla böyük ticarət razılaşmasına ümid edir
Yük maşını minik avtomobili ilə toqquşdu - FHN əməkdaşları qəza yerində (VİDEO)
Bakıda 28 cinayətin üstü açılıb
Ötən ay əhaliyə göstərilən ödənişli xidmətlərin məbləği açıqlanıb
Cahangir Hacıyev: “Könüllülər ili” Azərbaycan tarixində könüllü olmuş bütün şəxslərin xidmətinə verilən qiymətdir
BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb (FOTO)
Aİİ-də Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri ilə görüş keçirilib (FOTO)
Bakıda daha 2 nəfər koronavirusla bağlı xəstəxanaya yerləşdirildi - RƏSMİ
Fevralın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Neftçalada ikimərtəbəli ev yanıb
Torontoda şassi təkərlərindən birini itirən təyyarə uğurla eniş edib
Atəşkəs yenə snayper tüfənglərlə pozuldu - 21 dəfə
Nazirlik: Azərbaycanda taxıl qıtlığı gözlənilmir
Salyanda 2 otaqlı ev yanıb
"Brent" markalı neftin qiyməti 58 dolları ötüb
Avstraliyada iki təyyarə toqquşub, ölənlər var
Slovakiya koronavirusla mübarizə üçün ÜST-ə 200 min avro ayıracaq
Azərbaycandan toyuq əti xaricə niyə ixrac edilmir?
Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda xəsarət alan var
ÜST koronavirusun insandan insana keçməsi statistikasını açıqlayıb
Oleq Juravlyov: Suriyadakı silahlı qruplaşmalar ABŞ silahlarından istifadə edirlər
Çində koronavirusdan ölənlərin sayı 2 min nəfəri keçib (ƏLAVƏ OLUNUB)
"Stormzy" ikinci dəfə Böyük Britaniyanın ən yaxşı ifaçısı seçilib
İsrail Qəzza zolağına qarşı məhdudiyyətləri ləğv edib
Çempionlar Liqası: "Atletiko" və "Borussiya" qalib gəldilər
İranda 3,9 bal gücündə zəlzələ olub
Göz zədələnməsinə səbəb olan allergik xəstəliklərin SƏBƏBİ açıqlandı
Tramp Ərdoğanla İdlibdəki vəziyyət üzərində birlikdə işlədiklərini açıqlayıb
Pakistan "Raad-2" qanadlı raketini sınaqdan keçirib
Bakıda daş sexində yanğın olub
Elmar Məmmədyarov Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı ilə görüşüb (FOTO)
Kalın Türkiyənin İdlibdəki səylərinin əsas məqsədini açıqladı
Baş infeksionist koronavirusla bağlı XƏBƏRDARLIQ etdi
Azərbaycanda bir ayda 192 minik avtomobili istehsal olunub
Yerli şirkətlərin məhsullarından ibarət sərgi keçiriləcək
Türkiyədə güclü zəlzələ olub
Gəncədə “Mercedes” hasara çırpılıb
Beşinci buktreyler festivalı - Buktreyler hansı tələblərə cavab verməlidir?
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində işçilərin sayı müəyyənləşib
Azərbaycanda turizm bələdçiləri üçün müxtəlif dil kursları açılacaq
Əbülfəs Qarayev Londonda Britaniya Şurasının baş ofisində görüş keçirib
MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxır - Ləğv olunan məntəqələr var (ƏLAVƏ OLUNUB - 7)
“Azerçay” Moskvada təşkil edilmiş Beynəlxalq sərgidə iştirak edib (FOTO)
Ombudsman Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara bəyanat göndərib
Azərbaycan neftinin qiyməti dəyişdi
Naxçıvan Qarnizonu Qoşunlarında taktiki-xüsusi təlim keçirilib (FOTO/VİDEO)
Ombudsman 17 Fevral - Təmənnasız Xeyirxahlıq İfadəsi Gününə həsr olunmuş tədbirdə iştirak edib
Elmar Məmmədyarov Avropa Parlamentinin komitə sədri və Azərbaycan üzrə daimi məruzəçi ilə görüşüb (FOTO)
Şamaxıda zəlzələ olub
Beyləqanda yonca oğruları ələ keçdi
Bəzi namizədlər bilərəkdən xoşagəlməz hallara yol verir - Məzahir Pənahov
Meşədə əl qumbaraları və partladıcılar tapılıb (FOTO)
Millət vəkili İsraildə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində təşkil olunacaq tədbirdə iştirak edəcək
Gədəbəydə yeni körpülərin tikintisinə 2,7 milyon manat ayrılıb
"Azercell"dən Azərbaycan kinoindustriyasının inkişafına dəstək
Fevralın 19-na manatın məzənnəsi
Komitə məcburi köçkün yataqxanalarındakı yanğınlarla bağlı məlumat yayıb
Baş prokurorluqda daha bir kadr dəyişikliyi oldu
Azərbaycan və Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir (FOTO)
II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək “Hackathon” müsabiqəsinə qeydiyyat başlayıb
Seçkilərlə bağlı bütün müraciətlərə ciddi şəkildə baxılacaq – Məzahir Pənahov
Prezident İlham Əliyev: Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir
Bütün xəbərlər