...

Məzahir Pənahov: 77 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Siyasət Materials 31 Dekabr 2019 15:44 (UTC +04:00)
77 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Məzahir Pənahov: 77 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2097 namizəd müraciət edib.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, indiyə qədər 2097 nəfər müraciət edib: “Onlardan 1782 nəfərin müraciəti təsdiq olunub. Namizədlərin 452 nəfəri 19 siyasi partiya tərəfindən, 12 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb".

MSK sədri qeyd edib ki, müraciət edən şəxslərin 1535 nəfər artıq imza vərəqələrini götürüb, 290 nəfəri isə imza vərəqini qaytarıb: “77 nəfərin deputatlığa namizədliyi qeydə alınıb. Deputatlığa qeydə alınanlardan 7-i siyasi partiya üzvüdür”.

Qeyd edək ki, qeydiyyat üçün sənədlərin təqdim edilməsi müddəti 2020-ci il yanvarın 10-u saat 18:00-da başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti