Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan sonuncu yerdədir - Pərvin Kərimzadə

Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan sonuncu yerdədir - Pərvin Kərimzadə

Bakı. Elçin Mehdiyev – Trend:

Dahi şəxsiyyət Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas etdiyi, dinamik islahatlar yoluna çıxardığı müstəqil Azərbaycan Respublikası bu gün sabit şəraitdə sürətlə inkişaf edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib:

“Dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən ölkəmiz uğurlu idarəetmə nəticəsində beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib, istənilən müstəqil dövlətin həsəd apara biləcəyi zirvələri fəth edib. Belə ki, Azərbaycanda vətəndaşların mənafeyinin və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar, enerji, nəqliyyat sferalarında, xarici siyasətdə qazanılan bənzəri olmayan uğurlar bir-birini tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib. Qazanılan uğurlar, əldə edilən nailiyyətlərlə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də ən ağrılı problem olaraq bir an da olsun diqqətdən kənarda qalmır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə tutarlı, kəsərli faktlarla beynəlxalq aləmdə mövqeyini dayanmadan möhkəmləndirən ölkəmizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə gedən yolun bir addımlığında dayandığını nəzərə çatdırıb. Dövlət Başçısı işğalçı Ermənistanın heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığını, bütün əsas parametrlər üzrə ölkəmizin işğalçı Ermənistanı böyük fərqlə qabaqladığını diqqətə çatdırıb. Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini xatırladan Prezident İlham Əliyev bildirib ki, 2011-ci ildə bizdən əvvəl Ermənistan da öz namizədliyini vermişdi. Ancaq biz namizədliyi verəndən sonra onlar götür-qoy etdilər və gördülər ki, bizimlə rəqabətdə onlar 100 faiz uduzacaqlar, çox sakitcə, qorxaqcasına öz namizədliyini geri götürdülər. Çünki bilirdilər ki, BMT-də biz onlara böyük fərqlə qalib gələcəyik və beləliklə, onlar rüsvay olacaqlar. Yəni, 9 il bundan əvvəl baş vermiş hadisə onu göstərir ki, beynəlxalq müstəvidə Ermənistanın və Azərbaycanın hörməti və çəkisi nə dərəcədə fərqlənir. BMT Təhlükəsizlik Şurasına seçilməyimiz bizim böyük siyasi və diplomatik qələbəmizdir.

“Dünyanın ən güclü orduları reytinqində Azərbaycan 52-ci, Ermənistan isə 96-cı yerdədir. O cümlədən hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yerdədir. Dəniz gücü üzrə Azərbaycan 67-ci yerdədir, Ermənistanda dəniz yoxdur. Tank gücü üzrə Azərbaycan 32-ci, Ermənistan 78-ci yerdədir”- Ölkə başçısının səsləndirdiyi bu rəqəmlər işğalçı Ermənistanın heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında olmadığının təsdiqidir”.

P.Kərimzadə vurğulayıb ki, makroiqtisadi sahədə də göstəricilər ölkəmizin inkişafının, tərəqqisinin işğalçı qonşu ölkə ilə müqayisəedilməz dərəcədə yüksək olduğunu nümayiş etdirir: “Belə ki, 2019-cu ildə Azərbaycanın ümumi daxili məhsulu dollar ekvivalentində 47,6 milyard dollardır, Ermənistanda isə bu rəqəm cəmi 13 milyard dollardır. Alıcılıq qabiliyyətinə görə Azərbaycan 187 milyard dollar daxili məhsula sahibdir, Ermənistan 33 milyard, fərq 5,6 dəfədir. Adambaşına düşən ümumi daxili məhsul Azərbaycanda 4800 dollar, Ermənistanda 4500 dollardır. Adambaşına düşən xarici borc Azərbaycanda 799 dollar, Ermənistanda 1900 dollardır.

Təkcə sosialyönümlü islahatlarla zəngin 2019-cu ilə nəzər yetirmək kifayətdir ki, Azərbaycanda əməkhaqları və pensiyaların işğalçı qonşu ölkə ilə müqayisəedilməz dərəcədə yüksək olduğunun şahidi olasan. Minimum pensiyaya görə Azərbaycan MDB-də ikinci, Ermənistan doqquzuncu yerdədir. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB-də birinci, Ermənistan onuncu, yəni axırıncı yerdədir.

Azərbaycan Prezidentinin müşavirədə səsləndirdiyi rəqəmlər, ötən ilin oktyabr ayının 3-də Rusiyanın Soçi şəhərində keçirilmiş "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında dərin məzmunlu çıxışı hər bir Azərbaycan vətəndaşını qürurlandırır. Eyni zamanda Prezident İlham Əliyevin milli maraqlarımız naminə sərgilədiyi qətiyyətli mövqeyi işğalçı Ermənistanın avantürist hakimiyyətinin baş nazirinin öz ölkəsinin dırnaqarası uğurları haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə etməyə haqqı çatmadığının tutarlı faktlarla daha bir təsdiqidir.

“Bilirsiniz, əvvəllər mən Azərbaycanı heç bir ölkə ilə heç vaxt müqayisə etməmişəm. Biz işimizi kimisə qabaqlamaq üçün görmürük. Biz işimizi Azərbaycan xalqı, dövləti naminə görürük, sadəcə olaraq, Ermənistanın növbəti yalanlarını ifşa etmək üçün məcbur olub, bu müqayisəli təhlili sizə və Azərbaycan xalqına təqdim etdim. Özü də mənim gətirdiyim rəqəmlər həqiqəti əks etdirir, Ermənistanın gətirdiyi rəqəmlər növbəti əfsanədir, növbəti yalandır"- Ölkə başçısının reallığa, humanizmə əsaslanan bu fikirləri müstəqil Azərbaycanın siyasi və iqtisadi sahələrdə sabitliyinin əmin əllərdə olduğundan xəbər verir”.

Sabah yağış yağacaq
Sabah yağış yağacaq
Təhsildən Peşəyə devizi altında fəaliyyət göstərən Barattson öz missiyasını davam etdirir... (FOTO)
Təhsildən Peşəyə devizi altında fəaliyyət göstərən Barattson öz missiyasını davam etdirir... (FOTO)
Mobil telefonları gizlədərək ölkəyə keçirməyə cəhd etdi
Mobil telefonları gizlədərək ölkəyə keçirməyə cəhd etdi
Loading Bars
Xəbər lenti
Sobhani: Azərbaycanla sülh Ermənistanın iqtisadi sabitliyə nail olması üçün əsas şərtlərdən biridir
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr Misir mətbuatında geniş şəkildə işıqlandırılıb
Ərdoğan: İdlibdə hərbi əməliyyatlar hər an başlana bilər
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
Bakıda 40-a yaxın sərnişinə qarşı cibgirlik edən şəxs saxlanıldı
Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadənin inkişafı üzrə təlim - seminar keçirilib (FOTO)
Metyu Brayza: ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsində yalnız iki tərəfi tanıyıb
Sabah yağış yağacaq
Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan dəstə saxlanılıb (FOTO)
Bərdədə “Mercedes-Vito” “KamAZ”la toqquşub - Ölən var
Evlərdən və “play station” salonlarından oğurluqlar edən xalaoğlanları saxlanıldı (FOTO)
Prezident İlham Əliyev müasir dialoq siyasətini təmsil edirdi, Paşinyan isə sivil dialoqa hazır deyildi - Azər Xudiyev
Təhsildən Peşəyə devizi altında fəaliyyət göstərən Barattson öz missiyasını davam etdirir... (FOTO)
Azərbaycan bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi istehsalını artırmaq niyyətindədir
Azərbaycanda qızıl və gümüş bahalaşır
Bakıda oğurluq: Özünü mağaza sahibinin dostu kimi qələmə verib kassanı soydu (VİDEO)
Seçkilərdən narazılar yeni "oyun"a başladılar - "Politşou" təqdim edir (Videolayihə)
Mobil telefonları gizlədərək ölkəyə keçirməyə cəhd etdi
Azərbaycanda apteklər yeni ödəniş sisteminə cəlb ediləcək
Avro-2020-nin oyunları KOB-lar üçün perspektiv imkanlar yaradacaq (FOTO)
Mərkəzi Gömrük Hospitalı "Koronavirusdan necə qorunmaq olar?" başlıqlı videoçarx hazırlayıb
Tibb müəssisələrində ödənişlərin aparılması üçün bank kartı buraxılıb
KOBİA və AFFA arasında əməkdaşlıq memorandumu imzalanıb
Bakı Ali Neft Məktəbinin tələbələri Malayziyada qlobal innovasiya yarışmasının qalibi oldu (FOTO)
Nazir müavini: Ərəb şirkətləri Azərbaycana 400 milyon dollara yaxın investisiya qoyur
Məktəblilər arasında ingilis dili olimpiadası keçiriləcək - qalib Böyük Britaniyaya yollanacaq
AFFA sahibkarları Avro 2020-nin keçirilməsində fəal iştirak etməyə çağırır
“Məhəbbət əfsanəsi”nin məşqləri başladı (FOTO/VİDEO)
Göygöldə 24 yaşlı oğlan naməlum şəraitdə ağır xəsarət aldı
Yol qəzalarında 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək
Orxan Məmmədov: KOBİA "Avro 2020" zamanı sahibkarlara dəstək göstərəcək
Bakı polisi "Əsgərə salam" aksiyasına qoşuldu (FOTO)
Koreyada təhsil almaq istəyənlər üçün proqram elan edildi
Həcc ziyarəti üçün müraciət edənlərin sayı artıb
Üçüncü analoji haldır ki, Paşinyan Azərbaycan Prezidenti qarşısında nə deyəcəyini bilmir - Oktay Hacımusalı
Nazirlik nümayəndələri “Təmiz Şəhər” ASC-nin fəaliyyəti ilə tanış olublar (FOTO)
Azərbaycan nefti ucuzlaşır
Tramp Hindistanla böyük ticarət razılaşmasına ümid edir
Yük maşını minik avtomobili ilə toqquşdu - FHN əməkdaşları qəza yerində (VİDEO)
Bakıda 28 cinayətin üstü açılıb
Ötən ay əhaliyə göstərilən ödənişli xidmətlərin məbləği açıqlanıb
Cahangir Hacıyev: “Könüllülər ili” Azərbaycan tarixində könüllü olmuş bütün şəxslərin xidmətinə verilən qiymətdir
BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb (FOTO)
Aİİ-də Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri ilə görüş keçirilib (FOTO)
Bakıda daha 2 nəfər koronavirusla bağlı xəstəxanaya yerləşdirildi - RƏSMİ
Fevralın 19-da xarici valyutaların manata qarşı məzənnələri
Neftçalada ikimərtəbəli ev yanıb
Torontoda şassi təkərlərindən birini itirən təyyarə uğurla eniş edib
Atəşkəs yenə snayper tüfənglərlə pozuldu - 21 dəfə
Nazirlik: Azərbaycanda taxıl qıtlığı gözlənilmir
Salyanda 2 otaqlı ev yanıb
"Brent" markalı neftin qiyməti 58 dolları ötüb
Avstraliyada iki təyyarə toqquşub, ölənlər var
Slovakiya koronavirusla mübarizə üçün ÜST-ə 200 min avro ayıracaq
Azərbaycandan toyuq əti xaricə niyə ixrac edilmir?
Türkiyədə sərnişin avtobusu aşıb, çox sayda xəsarət alan var
ÜST koronavirusun insandan insana keçməsi statistikasını açıqlayıb
Oleq Juravlyov: Suriyadakı silahlı qruplaşmalar ABŞ silahlarından istifadə edirlər
Çində koronavirusdan ölənlərin sayı 2 min nəfəri keçib (ƏLAVƏ OLUNUB)
"Stormzy" ikinci dəfə Böyük Britaniyanın ən yaxşı ifaçısı seçilib
İsrail Qəzza zolağına qarşı məhdudiyyətləri ləğv edib
Çempionlar Liqası: "Atletiko" və "Borussiya" qalib gəldilər
İranda 3,9 bal gücündə zəlzələ olub
Göz zədələnməsinə səbəb olan allergik xəstəliklərin SƏBƏBİ açıqlandı
Tramp Ərdoğanla İdlibdəki vəziyyət üzərində birlikdə işlədiklərini açıqlayıb
Pakistan "Raad-2" qanadlı raketini sınaqdan keçirib
Bakıda daş sexində yanğın olub
Elmar Məmmədyarov Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı ilə görüşüb (FOTO)
Kalın Türkiyənin İdlibdəki səylərinin əsas məqsədini açıqladı
Baş infeksionist koronavirusla bağlı XƏBƏRDARLIQ etdi
Azərbaycanda bir ayda 192 minik avtomobili istehsal olunub
Yerli şirkətlərin məhsullarından ibarət sərgi keçiriləcək
Türkiyədə güclü zəlzələ olub
Gəncədə “Mercedes” hasara çırpılıb
Beşinci buktreyler festivalı - Buktreyler hansı tələblərə cavab verməlidir?
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində işçilərin sayı müəyyənləşib
Azərbaycanda turizm bələdçiləri üçün müxtəlif dil kursları açılacaq
Əbülfəs Qarayev Londonda Britaniya Şurasının baş ofisində görüş keçirib
MSK parlament seçkiləri ilə bağlı müraciətlərə baxır - Ləğv olunan məntəqələr var (ƏLAVƏ OLUNUB - 7)
“Azerçay” Moskvada təşkil edilmiş Beynəlxalq sərgidə iştirak edib (FOTO)
Ombudsman Xocalı soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara bəyanat göndərib
Azərbaycan neftinin qiyməti dəyişdi
Naxçıvan Qarnizonu Qoşunlarında taktiki-xüsusi təlim keçirilib (FOTO/VİDEO)
Ombudsman 17 Fevral - Təmənnasız Xeyirxahlıq İfadəsi Gününə həsr olunmuş tədbirdə iştirak edib
Elmar Məmmədyarov Avropa Parlamentinin komitə sədri və Azərbaycan üzrə daimi məruzəçi ilə görüşüb (FOTO)
Şamaxıda zəlzələ olub
Beyləqanda yonca oğruları ələ keçdi
Bəzi namizədlər bilərəkdən xoşagəlməz hallara yol verir - Məzahir Pənahov
Meşədə əl qumbaraları və partladıcılar tapılıb (FOTO)
Millət vəkili İsraildə “Xocalıya Ədalət” kampaniyası çərçivəsində təşkil olunacaq tədbirdə iştirak edəcək
Gədəbəydə yeni körpülərin tikintisinə 2,7 milyon manat ayrılıb
"Azercell"dən Azərbaycan kinoindustriyasının inkişafına dəstək
Fevralın 19-na manatın məzənnəsi
Komitə məcburi köçkün yataqxanalarındakı yanğınlarla bağlı məlumat yayıb
Baş prokurorluqda daha bir kadr dəyişikliyi oldu
Azərbaycan və Rusiya uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığı gücləndirir (FOTO)
II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” çərçivəsində keçiriləcək “Hackathon” müsabiqəsinə qeydiyyat başlayıb
Seçkilərlə bağlı bütün müraciətlərə ciddi şəkildə baxılacaq – Məzahir Pənahov
Prezident İlham Əliyev: Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir
Bütün xəbərlər